L.S.Qəndilovun Azərbaycan Respublikasının Çin Xalq Respublikasında və eyni zamanda Monqolustanda, Koreya Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycan Respublikasının Çin Xalq Respublikasında və eyni zamanda Monqolustanda, Koreya Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 oktyabr 2016-cı il

 

Azərbaycan.- 2016.- 28 oktyabr.- S. 1.