Beynəlxalq Caz Festivalı uğurla davam edir

 

Beynəlxalq Muğam Məktəbində Mədəniyyət Turizm Nazirliyinin Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə ənənəvi Bakı Beynəlxalq Caz Festivalı böyük coşqu ilə davam edir. Festivalda 10-dan çox ölkədən caz ifaçıları iştirak edir. Geniş proqramı mahiyyəti baxımından əvvəlkilərdən xeyli fərqlənən beynəlxalq tədbirdə ustad dərslərinə xüsusi önəm yetirilir. Tədbir ərəfəsində gənc caz ifaçıları üçün müsabiqə keçirilməsi nəzərdə tutulub. İlk dəfə olaraq bu festival çərçivəsində caz mövzusuna aid bir neçə sərginin açılması nəzərdə tutulub. Burada eyni zamanda kinematoqrafiya ilə musiqinin vəhdətinin eksperiment təqdimatı keçiriləcək. Cazın zəngin tarixi olan Azərbaycanda vaxtilə Tofiq Quliyev, Niyazi, Tofiq Əhmədovun rəhbərliyi altında çoxlu caz kollektivləri fəaliyyət göstərib. Azərbaycanın adı caz musiqisi aləmində Vaqif Mustafazadə Rafiq Babayevin adları ilə məşhurlaşmışdı. Keçmiş SSRİ ərazisində Bakı ən qabaqcıl caz məkanlarından sayılırdı. Müstəqilliyimizin bərpasından sonra ölkəmizdə bu musiqiyə maraq daha da artıb. Gənc nəsil bu janrda istedadlarını sınamaq üçün müxtəlif müsabiqələrdə iştirak edir. Azərbaycan ifaçıları dünyanın ən mötəbər caz yarışmasına qatılır. Bu da onların dünya miqyasında tanınmasına geniş imkan yaradır.

Bakı Caz Festivalı dünya musiqiçiləri arasında yaxşı tanınır. Yüzlərlə məşhur ifaçı ölkəmizdə olub, onlar Azərbaycanı artıq caz ölkələri qədər sevirlər.

Festivalın açılış konsertində Braziliyadan Qabriel Qrossi triosu çıxış edib. Cazsevərlər musiqi axşamından böyük zövq alıblar. Heydər Əliyev Sarayında gənc azərbaycanlı caz ifaçılarının konserti təşkil olunub. Sarayın mətbuat xidmətindən bildiriblər ki, “Azzeri Bandscaz musiqi axşamında ifaçılar öz repertuarlarında Azərbaycan caz kompozisiyaları ilə yanaşı, dünyaca məşhur caz ustalarının əsərlərini səsləndiriblər.

Bakı Caz Festivalı çərçivəsində Gürcüstanın tanınmış caz musiqiçisi İrakli Kolovanın konserti olub. İçərişəhərdə “Art Garden” məkanında çıxış edən musiqiçi deyib: “Mən Azərbaycan cazına yaxşı bələdəm. Rain SultanovŞahin Növrəsli ilə birlikdə buraxdığımız albomda musiqini, sevgidostluğu birləşdirməyə nail olmuşuq”.

Tanınmış Fransa cazmeni Pyer de Tregomenin kvartetiLandmark Rotundacaz klubunda konsert proqramı ilə çıxış edib. Pyerin vokal ifası, musiqiçilər Amo Qransak (fortepiano), Ble Şevalyö (kontrabas) və Simon Bemye (zərb alətləri) dinləyicilərə əsl sənət zövqü yaşadıb.

Pyer de Tregomen Azərbaycanın gənc caz müğənniləri üçün ustad dərsi keçib. O, Azərbaycan caz sənətində Vaqif Mustafazadənin, onun qızı Əzizə Mustafazadənin ifalarını bəyəndiyini, həmçinin “Bayatı-Şiraz” və “Bayatı-kürd” muğamlarından zövq aldığını söyləyib. Gənclərin xahişi ilə bir parça muğam oxuyan qonaq fransız musiqisini də gənclərlə birgə ifa edib.

Caz festivalı oktyabrın 30-dək davam edəcək.

 

Azərbaycan.- 2016.- 28 oktyabr.- S. 8.