Milli maraqlara əsaslanan xarici siyasət

 

Azərbaycanın iqtisadi və hərbi gücü fonunda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində dönüşün baş verməsi qaçılmazdır

 

Azərbaycan beynəlxalq əlaqələr sisteminə cəlb olunan bütün ölkələrə münasibətdə - onların ərazi böyüklüyü, hərbi gücüiqtisadi potensialından asılı olmayaraq müstəqil xarici siyasət həyata keçirir. Lakin dünyada baş verən mühüm geosiyasi dəyişikliklər fonunda Cənubi Qafqazdakı münaqişə ocaqlarının söndürülməmiş qalması ümumi siyasi mənzərəyə mənfi təsir göstərir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq səviyyəli müzakirələrin intensivləşməsi bu baxımdan diqqəti cəlb edir.

Cari il aprelin əvvəllərində cəbhə bölgəsində yaşanan məlum hadisədən sonra rəsmi Bakının danışıqlar prosesindəki hərbi-siyasi, psixoloji mövqeyinin təmin edilməsi, ATƏT-in Minsk qrupu həmsədrlərinin, habelə dünyanın əsas güc mərkəzlərinin münaqişə ilə bağlı səylərinin gücləndirilməsi baxımından əhəmiyyətli sayıla bilər. Azərbaycan qısamüddətli hərbi əməliyyatlarda qazandığı real zəfərlərlə münaqişənin həllini süni şəkildə uzatmaq yolu tutmuş qüvvələrə ciddi və sərt mesaj verdi: danışıqlar prosesi sonsuz və mənasız şəkildə uzadıla bilməz və Azərbaycan beynəlxalq hüquq normalarına söykənərək ən qısa müddətdə öz torpaqlarını azad etmək, ərazi bütövlüyünüsuverenliyini təmin etmək əzmindədir.

Azərbaycan dövləti danışıqların sonadək nəticəsiz qalacağı təqdirdə münaqişənin həllində güc yoluna əl atacağını gizlətmir. Silahlı Qüvvələrimiz aprelin əvvəllərində ilk irimiqyaslı hərbi əməliyyatında yüksək taktikistrateji hazırlıq səviyyəsini və işğal altında olan torpaqlarımızı azad etmək əzmini nümayiş etdirdi. Azərbaycan Ordusunun qısa zamanda həyata keçirdiyi uğurlu hücum əməliyyatları zamanı strateji əhəmiyyətli ərazilərimizin geri qaytarılması insanlarımızın böyük coşqusu, sevinci və mənəvi dəstəyi ilə qarşılandı.

Ermənistanı destruktiv mövqedən çıxış etməyə şirnikləndirən başlıca səbəblərdən biri məhz danışıqlarda vasitəçilik edən ATƏT-in Minsk qrupu həmsədrlərinin təcavüzkar dövlətə təsir göstərmək üçün zəruri təzyiq vasitələrindən istifadə etməməsidir. Ərazi və milli-etnik separatizm zəminində baş qal-dıran münaqişələrin həlli ilə bağlı beynəlxalq hüquqda konkret normalarsivil tənzimləmə presedentləri mövcud olsa da, nədənsə, həmsədrlər uzun müddətdir ki, “Ermənistan və Azərbaycanın siyasi razılığa gəlməsi” kimi gülünc mövqeyi önə çəkir, işğalçıya və işğala məruz qalan tərəfə eyni mövqedən yanaşırlar. Belə süni balans siyasəti isə son nəticədə beynəlxalq hüquq normalarının praktik təsir gücünə əsaslı şübhə yaradır. Dünya nizamını müəyyənləşdirən fövqəlgüclərin işğal faktına liberal yanaşması, dolayısı ilə təcavüzkarlığa göz yumması bu qənaəti gücləndirir ki, hazırda dünyada etnik-milli münaqişələrin həllində hüquqi deyil, məhz siyasi vasitə və maraqlar önə çəkilir. Buna görə də işğalçı tərəf indiyə qədər müəyyən bəhanələrlə danışıqlar prosesini uzatmağa, vaxt udmağa çalışır, bunu ən pis variantlar sırasında “ən optimal gedişkimi dəyərləndirir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ədalətsiz və “ikili standartlarla yanaşma müşahidə olunmaqdadır. Halbuki BMT ilə yanaşı, ATƏT-in, AŞPA-nın, İƏT-in sənədlərində də Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı birmənalı qeyd olunub. Bütün bunlar hüquqisiyasi baxımdan xeyrimizə olsa da, reallıqda vəziyyət dəyişmir. Sözdə münaqişənin tez bir zamanda həllini arzulayan dövlətlər təcavüzkar Ermənistanı BMT-nin münaqişə ilə bağlı qəbul etdiyi dörd məlum qətnamənin icrasına məcbur etmirlər. Lakin son hadisələr göstərir ki, müasir dünyada ikili standartların nəticəsi olandondurulmuş münaqişələr” həmin aparıcı dövlətlərin öz maraqları üçünböyük təhdidlər doğurur. Eyni zamanda BMT-nin üzvü olan dövlətin ərazi bütövlüyünün pozulmasına biganə münasibət göstərmək, işğal faktının aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görməmək ilk növbədə beynəlxalq hüquqa qarşı da açıq qəsddir. Azərbaycanın qətiyyətli addımları, uğurlu hərbi əməliyyatları ədalətsiz yanaşmaya üstünlük verənləri bərk silkələdi. İndi ATƏT-in Minsk qrupu həmsədrləri başa düşürlər ki, Azərbaycanın iqtisadi cəhətdən qüdrətlənməsi, hərbi büdcəsinin əhəmiyyətli dərəcədə artması fonunda danışıqlar prosesində dönüşün baş verməsi qaçılmazdır.

Prezident İlham Əliyev bu yaxınlarda “Sputnik Azerbaydjana müsahibəsində Azərbaycanın münaqişə ilə bağlı tutduğu prinsipal mövqeyi bir daha bəyan edib: “Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı - hamısının mövqeyi identikdir: beynəlxalq hüquq bizim tərəfimizdədir. Ermənistan da daxil olmaqla dünyanın heç bir ölkəsi Dağlıq Qarabağı tanımır. Bütün bunlar belədir, lakin məsələ həll edilmir. Bununüçün həll edilməməsinin əsas səbəbi odur ki, Ermənistan həll olunmasını istəmir. Çünki həll etmək nə deməkdir? - Həll etmək Ermənistanın zəbt etdiyi ərazinin işğaldan azad olunması deməkdir. Ermənilər bunu etmək istəmirlər, onlar status-kvonu dəyişməz saxlamaq istəyirlər. Hərçənd nizamlanma ilə məşğul olan Minsk qrupunun həmsədr ölkələri - Rusiya, ABŞ və Fransa - bu ölkələrin prezidentləri şəxsində dəfələrlə deyiblər ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Lakin təəssüf ki, məsələ bu cür bəyanatlardan uzağa getmir.

Biz münaqişənin həllini necə görürük: əlbəttə, Azərbaycanın ərazi bütövlüyü diskussiya mövzusu deyilola da bilməz. Biz Dağlıq Qarabağa müstəqillik verilməsinə heç vaxt razı olmayacağıq və erməni tərəfi bunu çox gözəl bilir. Lakin ağlabatan kompromis mümkündür: Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan tərəfindən investisiya layihələrinin həyata keçirilməsi, keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin hüdudlarından kənardakı ərazilərin azad edilməsi şərti ilə iki xalq arasında dinc qarşılıqlı fəaliyyət - biz münaqişənin nizamlanmasını belə görürük. Bu, bizim hazırda üzərində işlədiyimiz və vasitəçilərin irəli sürdüyü təkliflərlə həmahəngdir. Lakin münaqişənin nəyə görə nizamlanmamasının əsas səbəbi odur ki, Ermənistan artıq 24 ildir, Minsk qrupu yaradıldığı andan danışıqlar prosesinin azacıq da olsa, irəliləməsinə müxtəlif yollarla mane olur”.

Bu gün bəzi dövlətlər təcavüzkar Ermənistanı dolayısı ilə himayə etdikləri halda Azərbaycanın regionda güclənməsi, müstəqil qərarlar qəbul etməsi ilə barışa bilmirlər. Danışıqlar prosesinin daha aktiv mərhələyə qədəm qoyduğu son illərin yekununda eyni proses, demək olar, yenidən təkrarlanır: həlledici qərarlar vermək ərəfəsində rəsmi Yerevan müxtəlif bəhanə və əsassız iddialarla əvvəlki müəyyən razılaşmalardan da geri çəkilməyə çalışır. Söhbət təcavüzkar ölkənin rəhbərliyinin danışıqlar prosesində əldə olunmuş real irəliləyişlərə şübhə toxumu səpmək, prosesi geriyə döndərərək praktik olaraq razılaşdırılmış məsələləri yenidən müzakirə predmetinə çevirmək, “dialoqa maraqlı tərəf” imitasiyası yaratmaqla prosesi süni şəkildə uzatmaq cəhdlərindən gedir. Rusiya, ABŞ və Fransa dövlətinin prezidentləri status-kvonun qəbuledilməz olduğunu və dəyişdirilməsinin vacibliyini dəfələrlə bildirsələr də, təəssüf ki, məsələ bu cür bəyanatlardan uzağa getmir.

Bu gün Azərbaycan Silahlı Qüvvələri yüksək döyüş hazırlığına malik peşəkar, hərbi-texniki vərdişlərə dərindən yiyələnmiş mükəmməl, vətənpərvər kadrlardan ibarətdir. Onu da xüsusi qeyd etmək lazımdır ki, son 13 ildə respublikanın hərbi büdcəsi on dəfədən çox artaraq bütövlükdə işğalçı Ermənistanın dövlət büdcəsindən çoxdur. Ən müasir texnika və hərbi avadanlıqlarla təchiz olunan, döyüş ruhu yüksək Azərbaycan Ordusu qısa zamanda torpaqlarımızın işğaldan azad edilməsinə qadir olduğunu sübuta yetirdi.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən davam edən işğalı və azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti səbəbindən ölkəmizin sərhədlərinin müəyyən hissəsinə lazımi səviyyədə nəzarət etmək imkanı yoxdur. Bu cür vəziyyət transmilli mütəşəkkil cinayətkarlığa, nüvə və radioaktiv materialların qeyri-qanuni daşınmasına, həmçinin radioaktiv tullantı materiallarını basdırmaqla Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistan tərəfindən zəhərləndirilməsinə şərait yaradır. Ermənistan faktiki olaraq dünya üçün də başlıca problemə çevrilib. Azərbaycanın Ermənistan üzərində hərbi və diplomatik üstünlüyü tam ələ alması Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini gücləndirir və münaqişənin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həlli üçün ciddi zəmin yaradır.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2016.- 30 oktyabr.- S. 1.