Azərbaycan-Xorvatiya münasibətlərində yeni mərhələ başlayır

 

İki ölkənin bütün sahələrdə, xüsusən iqtisadi sahədə əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var

 

Xorvatiya geostrateji mövqeyi, iqtisadiyyatı, təbii sərvətləri, mədəniyyəti baxımından Cənub-Şərqi Avropanın önəmli ölkələrindən biridir. Azərbaycanla bu ölkənin istənilən qlobal məsələdə mövqeləri üst-üstə düşür və hər iki tərəfin maraqlarına cavab verən siyasi münasibətləri mövcuddur. Hələ üç il əvvəl imzalanmış “Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsi” iqtisadi, müdafiə və təhlükəsizlik, ticarət, turizm, nəqliyyat, elmitexniki, ekoloji, informasiya, humanitar, mədəni, gənclər və idman sahələrində münasibətlərin inkişafını nəzərdə tutur.

 

Yüksək səviyyəli siyasi dialoq

 

Xatırladaq ki, bu gün münasibətləri strateji səviyyəyə çatdıran Azərbaycan və Xorvatiyanın tarixən keçdikləri yollar oxşardır. Bu ölkələr tarix boyu xarici təsirlərə məruz qalıb, nəhayət, hər iki ölkə 1991-ci ildə müstəqilliyini elan edib. Xorvatiya 1991-ci il dekabrın 28-də Azərbaycanın müstəqilliyini tanıyıb. 1995-ci ildən isə iki ölkə arasında diplomatik münasibətlər qurulub. Təbii ki, Azərbaycanla Xorvatiya arasında münasibətlərin strateji səviyyəyə çatmasında dövlət rəsmilərinin qarşılıqlı səfərləri əsas rol oynayıb. Prezident İlham Əliyev indiyədək iki dəfə - 2005-ci ilin iyun və 2013-cü ilin mart aylarında Xorvatiyaya rəsmi səfər edib. Eləcə də Xorvatiyanın eks-prezidentlərindən Stefan Mesiç 2007-ci ilin oktyabr ayında, İvo Yosipoviç isə 2012-ci ilin mart ayında Azərbaycana rəsmi səfərdə olublar. Hər iki ölkənin parlament sədrləri, nazirləri qarşılıqlı səfərlər ediblər. Bu mənada hazırda hər iki ölkə arasında siyasi münasibətlər yüksək səviyyədədir. Müxtəlif sahələri əhatə edən 20-dək sənədin imzalanması da bunun bariz nümunəsidir.

Xorvatiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə bəyan edibbu, Zaqreb Bəyannaməsində əksini tapıb. Bu ölkə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı prinsipial mövqeyə malikdir və münaqişənin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və toxunulmazlığı əsasında nizamlanmasını dəstəkləyir.

Bu günlərdə Xorvatiyanın Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin Azərbaycana rəsmi səfəri iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiq etdi. Oktyabrın 24-də mətbuata bəyanatla çıxışında Prezident İlham Əliyev bu barədə deyib: Bizim aramızda əməkdaşlığı inkişaf etdirməklə bağlı çox yüksək səviyyədə qarşılıqlı anlaşma mövcuddur. Əməkdaşlığımız üçün möhkəm hüquqi baza var. Üç il bundan əvvəl mənim Xorvatiyaya rəsmi səfərim zamanı biz strateji tərəfdaşlıq və dostluq barədə bəyannamə imzaladıq. Bu, əsas sənəddir və bu sənədin adı onun nə dərəcədə əhəmiyyətli olduğunu göstərir. Beləliklə, biz strateji tərəfdaş və dostlarıq. Xorvatiya bizim üçün uzun illərdir əməkdaşlıq etdiyimiz dost ölkələrdən biridir. Strateji tərəfdaşlıq və dostluq barədə bəyannamə əməkdaşlığımızın bütün sahələrini əhatə edir. Bizim çox yaxşı siyasi əlaqələrimiz var. Xanım Prezidentin bugünkü səfəri bizim beynəlxalq təşkilatlar, BMT, ATƏT, Avropa Şurası çərçivəsində fəal əməkdaşlıq etdiyimizi göstərir”.

 

İqtisadi əməkdaşlıq üçün imkanlar genişdir

 

Avropa İttifaqı üzvləri ilə çoxtərəfli əsaslarda əməkdaşlıq quran Azərbaycan iqtisadi inteqrasiyanın dərinləşməsində, birgə regional iqtisadi layihələrin həyata keçirilməsində maraqlıdır. Bu sırada ölkəmiz Cənub-Şərqi Avropa ölkələri ilə də siyasi, iqtisadi əməkdaşlığın genişləndirilməsinə önəm verir. Qeyd olunduğu kimi, Zaqreb Bəyannaməsi Azərbaycanla Xorvatiya arasında digər sahələrlə yanaşı, iqtisadi münasibətlərin inkişafını da nəzərdə tutur.

Bu mənada Xorvatiya Prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində əsas müzakirə mövzularından biri iqtisadi əlaqələrin genişləndirilməsi məsələləri idi. Hər iki Prezidentin bəyan etdiyi kimi, siyasi əlaqələr yüksək səviyyədədir. Eyni zamanda dövlət başçıları digər sahələrdə də əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyinibunun üçün geniş imkanların olduğunu qeyd etdilər. Xüsusilə qarşılıqlı investisiya qoyuluşu, ticarət dövriyyəsinin artırılması, nəqliyyat sahəsində əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulandı.

Qeyd edək ki, son bir neçə il ərzində iki ölkə arasında əmtəə dövriyyəsi əsasən neftneft məhsulları hesabına xeyli artıb. Lakin Azərbaycan təkcə neft-qaz sahəsində deyil, həmçinin qarşılıqlı maraq doğuran digər sahələrdə də iqtisadiyyatın şaxələndirilməsini və əməkdaşlığın inkişafını vacib hesab edir. Həm Azərbaycanda, həm də Xorvatiyada ikitərəfli əmtəə dövriyyəsinin həcminin artırılması üçün böyük imkanlar var. Odur ki, keçirilən görüşlərdə, o cümlədən biznes forumunda yüksək texnologiyalar, ticarət dövriyyəsinin genişləndirilməsi, gəmiqayırma, nəqliyyat, kənd təsərrüfatı, ərzaq sənayesi, turizm, əczaçılıq sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıldı.

Xorvatiya iqtisadiyyatı son 6 ildə müşahidə edilən tənəzzüldən sonra inkişaf mərhələsinə qədəm qoyub. İndiyədək qlobal iqtisadi böhranın fəsadları ilə mübarizə aparan bu ölkə iqtisadiyyatda dönüş yaradılmasında, xüsusən xarici investisiyaların cəlb olunması məsələsində Avropa İttifaqının üzvlüyündən maksimum istifadə edib. Lakin iqtisadiyyatın canlandırılması prosesini fəallaşdırmaq məqsədilə Xorvatiya təkcə Aİ və qonşu ölkələrlə deyil, həm də tərəfdaş kimi qəbul etdiyi Azərbaycanla əməkdaşlığa maraqlıdır. Bunu Azərbaycana rəsmi səfər zamanı Prezident Kolinda Qrabar-Kitaroviçi 50-dən artıq xorvat şirkətinin nümayəndəsinin müşayiət etməsi də təsdiqləyir.

Bakıda keçirilən biznes forumunda Azərbaycanın biznesinvestisiya imkanları xorvat adamlarına təqdim edilib, energetika, tikinti, turizm, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, qida sənayesi və s. sahələrdə əməkdaşlığa dair müzakirələr aparılıb. Bununla yanaşı, Azərbaycanda kənd təsərrüfatı məhsullarının emalı üçün əlverişli şəraitin olduğu diqqətə çatdırılıb və Xorvatiya adamları bu sahədə fəaliyyət göstərməyə dəvət edilib. Diqqətə çatdırılıb ki, hazırda Azərbaycanda müxtəlif sahələr üzrə ixtisaslaşan sənaye parkları yaradılıb və xorvat adamları burada investorlar üçün yaradılmış əlverişli imkanlardan yararlana bilərlər. Biznes forumunda adamları arasında əsas müzakirə mövzularından biri də ticarət əlaqələrinin genişləndirilməsi olub. Azərbaycanın kənd təsərrüfatı məhsullarının, xüsusilə də meyvə şirələrinin, kimya sənayesi məhsullarının Xorvatiyaya ixracı, Xorvatiyadan gübrə idxalı məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Xorvatiyada da cəlbedici investisiya layihələri mövcuddur. Bunlara turizm, neft hasilatı sahələrində digər gəlirli potensial layihələrini misal göstərmək olar. Azərbaycanın adamları Xorvatiyanın geniş iqtisadi imkanlarından istifadə edərək bu ölkədə öz biznes fəaliyyətlərini həyata keçirə bilərlər.

 

Xorvatiya TANAP TAP layihələrinin tamamlanmasını səbirsizliklə gözləyir

 

Azərbaycan-Xorvatiya əməkdaşlığının digər mühüm komponentini enerji təhlükəsizliyi məsələsi təşkil edir. Xorvatiya Azərbaycan qazının Avropaya çatdırılması kontekstində Transadriatik qaz kəməri (TAP) layihəsinin həyata keçirilməsində maraqlıdır. Eyni zamanda həm TAP, həm İon-Adriatik qaz kəmərlərinin tikintisi üzrə qarşılıqlı anlaşma, dəstək əməkdaşlıq haqqında memorandum imzalayan dövlətlərdən biridir. GələcəkdəCənub qaz dəhlizi”nin genişləndirilməsi, İon Adriatik dənizləri arasında kəmərin inşası Azərbaycana imkan yaradacaq ki, Xorvatiya bazarına, eyni zamanda geniş Balkan bazarına daxil olsun həmin ölkələr təbii qaz alaraq yeni mənbə əldə etsinlər.

Xorvatiya enerji sektorunda əməkdaşlığa sadiqdir bu sahəyə diqqəti yönəltməyə davam edəcəkdir. Bildiyiniz kimi, enerji təhlükəsizliyi təkcə bizim üçün deyil, bütün qonşularımız üçün olduqca vacibdir. Mənim irəli sürdüyüm “3 dəniztəşəbbüsü Cənub-Şərqi Avropada olduqca vacibdir. Orada qaz şəbəkələrinin yaradılması da ümumi sabitliyə öz töhfəsini verəcəkdir insanların yaşayış səviyyəsini artıracaqdır. Əminəm ki, İon-Adriatik dənizi layihəsi, Krk şəhərində maye qaz terminalının inşası - bunlar perspektivli layihələrdir. Bunlar da Azərbaycan şirkətlərinin bizimlə əməkdaşlıq etmələri üçün gözəl imkandır”, - deyə biznes forumunda Prezident Kolinda Qrabar-Kitaroviç bildirib.

Enerji təhlükəsizliyi Avropa İttifaqının digər üzvləri kimi Xorvatiya üçün böyük əhəmiyyət kəsb edir. Bu ölkə həm neft, həm qaz idxalında mənbələrin sayının artırılmasında maraqlıdır. Ona görə Prezident Kolinda Qrabar-Kitaroviçin qeyd etdiyi kimi, Xorvatiya TANAP, TAP digər enerji layihələrinin tamamlanmasını İon-Adriatik kəmərinin bu şəbəkəyə qoşulmasını səbirsizliklə gözləyir.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2016.- 30 oktyabr.- S. 1, 2.