Sənayeləşmə neft amilindən asılılığı azaldır

 

Sənayenin qeyri-neft sektorunda 3,6 faiz artım var

 

Son illər Azərbaycanda qeyri-neft sənayesinin inkişafı istiqamətində ciddi tədbirlər görülür. Ancaq bu istiqamətdə hələ çox işlər həyata keçirilməlidir. Çünki, məlum olduğu kimi, müasir dövrdə mütərəqqi texnologiyaların tətbiqi sayəsində daha yüksək keyfiyyətli məhsullar istehsal edilir bu səbəbdən dünya bazarında ciddi rəqabət mühiti mövcuddur.

Buna görə ölkəmizdə qurulacaq yeni müəssisələr ixracyönümlü məhsul istehsal edərkən bu amil mütləq nəzərə alınmalıdır. Sevindirici haldır ki, hazırda belə müəssisələrimiz var. Həmin müəssisələrin məhsulları hətta inkişaf etmiş ölkələrin bazarlarında satılır. Deməli, istehsalçılarımız dünya bazarının tələblərini nəzərə almaq imkanına malikdirlər.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunan iclasında bu barədə demişdir: “Biz həmişə olduğu kimi, bu ildə ölkəmizin sənaye potensialının inkişafına böyük diqqət göstərmişik bir neçə sənaye parkının yaradılması istiqamətində işlər gedir. Onların içində Sumqayıt Kimya Sənaye Parkını xüsusilə qeyd etmək istəyirəm... Təkrar etmək istəmirəm, bu parkın tam işə düşməsi nəticəsində minlərlə, bəlkə on minlərlə yeni yerləri açılacaq bizim qeyri-neft sahəsində çox böyük ixrac potensialımız yaranacaq... Bakıda Balaxanı Pirallahı parklarının yaradılması prosesi gedir. Hər iki istiqamət üzrə konkret layihələr var. Pirallahıda dərman istehsalı planlaşdırılır. Ümid edirəm ki, yaxın aylarda artıq birinci dərman istehsalı fabrikinin təməli qoyulmalıdır. Biz xarici dərmanlardan, demək olar ki, 100 faiz asılıyıq... Azərbaycanda birinci mərhələdə 100-dən çox adda dərman preparatı istehsal olunmalıdır”. Dövlət başçısı, bununla yanaşı, bölgələrdə sənaye zonalarının yaradılması prosesinin getdiyini bildirərək qeyd etmişdir ki, artıq Neftçalada İran tərəfi ilə avtomobil zavodunun tikintisinə başlanılıb. Masallıda isə sənaye zonasının yaradılması prosesi gedir. Gələcəkdə digər bölgələrdə bu istiqamətdə işlər görüləcək.

Azərbaycanda yaxın gələcəkdə qeyri-neft sənayesinin nəhəng istehsal sahəsi yaradılacaq. Bu məqsədlə böyük metallurgiya kompleksinin tikilməsi nəzərdə tutulur. Bu işləri görmək üçün Daşkəsən filiz yatağında böyük həcmdə xammal resursları var. Həmin yataqdan hazırda səmərəli istifadə olunmur, çıxarılan filiz xammal kimi xaricə satılır. Bu da iqtisadi cəhətdən sərfəli deyil. Elə buna görə yatağın istismarı dayandırılıb. İndi bir neçə zavoddan ibarət olacaq yeni böyük metallurgiya kompleksinin tikintisinə qərar verilib. Bu kompleksin işə düşməsi nəticəsində xammaldan ən keyfiyyətli son məhsula qədər bütün proseslər ölkəmizdə həyata keçiriləcək.

Burada hazırlanan məhsullar yerli tələbatı ödəməklə bərabər, dünya bazarına da çıxarılacaq.

Ümumiyyətlə, Azərbaycanda son vaxtlar ixracyönümlü məhsul istehsalına xüsusi diqqət yetirilir. Sənaye parklarında məhəllələrində digər sahələrdə əsasən ixracyönümlü məhsulların istehsal olunması hədəflənib. Bu, hər cəhətdən sərfəlidir. Ən əsası, iqtisadiyyatın dayanıqlı inkişafı xaricdən ölkəyə valyuta axınının təmin edilməsi üçün bu, çox vacibdir. Belə üsul həm ölkənin neft amilindən asılılığını aradan qaldıracaq.

Dövlət tərəfindən bu istiqamətdə aparılan islahatların bir mühüm tərəfi sənayeləşmənin bütün ölkə üzrə həyata keçirilməsidir. Xüsusilə yerli xammaldan istifadə edilən sənaye müəssisələrinin regionlarda fəaliyyət göstərməsi daha effektlidir. Belə hal yerlərdə xammalın istehsalını stimullaşdırmaqla yanaşı, əhalinin məşğulluğunun təminatında da önəmli rol oynayır. Eyni zamanda belə müəssisələrin regionlarda fəaliyyəti bölgələrin sosial inkişafını təmin edir.

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransında qeyd edildiyi kimi, qeyri-neft sənayesində müasir tələblərə cavab verən müəssisələrin yaradılması istiqamətində görülən işlər, o cümlədən sənaye parklarının məhəllələrinin tikintisinin sürətləndirilməsi dövlət tərəfindən birmənalı olaraq hərtərəfli dəstəklənir. Artıq bölgələrdə görülən işlər nəticəsində 270-dək sənaye müəssisəsinin, o cümlədən texniki avadanlıqlar, iri qabaritli transformatorlar, metal konstruksiyalar, beton məmulatları zavodları, tekstil fabriki digər müəssisələr fəaliyyət göstərir. Eyni zamanda bir sıra müəssisələrin tikintisi davam edir.

Ölkədə sənaye istehsalının artırılması məqsədilə ayrılan güzəştli kreditlərin çox faizi regiondakı sahibkarlara verilir. Deməli, gələcəkdə ölkədə sənaye məhsulunun istehsalında bölgələrin payı daha yüksək olacaq. Belə vəziyyət regionların inkişafına, əhalinin məşğulluğunun təminatına müsbət təsir göstərəcək.

Məlum olduğu kimi, ölkənin paytaxtı ilə yanaşı, bölgələrin potensialından səmərəli istifadə etmək üçün hər bir rayonda sənaye zonaları yaradılacaq. Birinci pilot layihə Neftçala rayonunda icra olunur. İkinci sənaye zonası isə Masallı şəhərində yaradılacaq. Bu iqtisadi siyasətin özünü tam doğruldacağı şübhəsizdir. Belə ki, hər bir rayonda kifayət qədər xammal işçi qüvvəsi var. Üstəlik, bütün rayonlarda mükəmməl infrastruktur mövcuddur. Deməli, rayonlarda sənaye müəssisələrinin yaradılması bölgələrin sosial-iqtisadi inkişafını təmin etməklə yanaşı, həm yerli əhali arasında olan işsizliyi aradan qaldıracaq.

Həyata keçirilən tədbirlər nəticəsində dünyada mövcud olan iqtisadi çətinliklərə baxmayaraq, ölkəmizdə sənaye istehsalında artım var. Bu, sənayeləşmədə gələcək uğurların ilk nişanəsidir. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-sentyabr aylarında sənayedə istehsal olunan malların göstərilən xidmətlərin həcmi 0,2 faiz artaraq 23 milyard manat təşkil edib. Sənayenin qeyri-neft sektorunda istehsal əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz artıb. Hesabat dövründə sənayedə qeyri-dövlət sektorunun payı 80 faiz olub. Ümumi istehsalın 87,2 faizi sənaye məhsulunun istehsalı, 12,8 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaranıb. Amma bu rəqəmlər, qeyd etdiyimiz kimi, başlanğıcdır. Potensialımız planlarımız isə genişdir. Prezident İlham Əliyev ölkədə bu istiqamətdə həyata keçiriləcək tədbirlər barədə demişdir: “Mən dəfələrlə qeyd etmişəm ki, Azərbaycanda bir neçə sənaye mərkəzi yaradılmalıdır. Əlbəttə ki, Bakı Cənubi Qafqazın ən böyük sənaye şəhəridir. Gəncə, Sumqayıt eyni zamanda Mingəçevir şəhərində çox böyük sənaye potensialı, çox hazırlıqlı kadr potensialı var. Bu il Mingəçevir şəhərində yüngül sənaye kompleksinin təməli qoyulmalıdır. Bu, Mingəçevirdə işsizlik probleminin həllinə çox müsbət təsir göstərəcək biz çox böyük, yeni sənaye mərkəzini yaradacağıq. Mingəçevirdə bir neçə böyük sənaye müəssisəsinin tikintisi nəzərdə tutulur. Burada da yüngül sənaye inkişaf edəcək. Yaxın zamanlarda minlərlə yeri açılacaqdır. İlk növbədə bu müəssisələrin inşası zamanı ondan sonra həmin müəssisələrdə işləyəcək insanların sayı minlərlə ölçüləcək. Beləliklə, yeni sənaye mərkəzi yaradacağıq insanları işlə təmin edəcəyik”.

 

Rüstəm KAMAL,

 

Azərbaycan.- 2016.- 30 oktyabr.- S. 1, 2.