Azərbaycan Respublikasında Turizm işçiləri günü peşə bayramının təsis edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Hər il sentyabr ayının 27-si Azərbaycan Respublikasında Turizm işçiləri günü peşə bayramı kimi qeyd edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 sentyabr 2016-cı il

 

Azərbaycan.- 2016.- 2 sentyabr.- S. 4.