Ə.N.Qocayevin “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Əbülfət Novruz oğlu Qocayev “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 sentyabr 2016-cı il

 

Azərbaycan.- 2016.- 3 sentyabr.- S. 4.