Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 322                         Bakı şəhəri, 30 avqust 2016-cı il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 mart tarixli 23 nömrəli qərarı ilə təsdiq edilmişKənd təsərrüfatında sığortanın stimullaşdırılmasına maliyyə yardımının ayrılması ödənilməsi  qaydaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

 

Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 151-VQD nömrəli Qanununun tətbiqi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 mart tarixli 1881 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 mart tarixli 23 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, N 3, maddə 190) ilə təsdiq edilmişKənd təsərrüfatında sığortanın stimullaşdırılmasına maliyyə yardımının ayrılması ödənilməsi qaydaları haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 3.1-ci bəndin altıncı abzası ləğv edilsin.

2. 4.5-ci bənddən sonra aşağıdakı məzmundaQeydəlavə edilsin:

 Qeyd. Bu Əsasnamədə dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmişİcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.- 2016.- 3 sentyabr.- S. 4.