Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 324                                    Bakı şəhəri, 31 avqust 2016-cı il

 

Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası ərazisində DVB-T DVB-T2 (Digital Video Broadcasting -Terrestrial) standartına uyğun rəqəmli (HD, 3D s.) televiziya yayımı işinin daha da inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Rabitə Yüksək Texnologiyalar Nazirliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alir:

1. “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, N 4, maddə 299, N 8, maddə 550, N 10, maddə 639; 1999, N 2, maddə 150; 2000, N 5, maddə 374, N 7, maddə 559, N 8, III kitab, maddə 643, N 9, maddələr 690, 699, 700, N 10, maddə 770; 2001, N 4, maddə 289, N 8, maddə 561; 2002, N 4, II kitab, maddələr 209, 212; 2005, N 1, maddə 56; 2006, N 2, maddə 180, N 4, maddə 367, N 7, maddə 652; 2008, N 7, maddələr 672, 687; 2009, N 9, maddələr 742, 744, N 12, maddələr 1061, 1071; 2010, N 7, maddə 706, N 12, maddə 1114; 2011, N 1, maddə 68, N 8, maddə 774; 2012, N 1, maddə 39, N 7, maddə 779, N 10, maddə 1020; 2013,  N 11, maddə 1458; 2014, N 4, maddə 456; 2015, N 7, maddə 895; 2016, N 4, maddə 801) aşağıdakı məzmunda  4.26-cı bənd əlavə edilsin:

“4.26. Azərbaycan Respublikası Rabitə Yüksək Texnologiyalar Nazirliyinin təsdiqedici sənədinə əsasən, DVB-T DVB-T2 standartına uyğun rəqəmli televiziya yayımı üçün avadanlıqlar onlara aid ötürücü anten fider sistemləri.”.

2. Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir 3 (üç) il müddətində qüvvədədir.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.- 2016.- 3 sentyabr.- S. 4.