Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 326                                    Bakı şəhəri, 1 sentyabr 2016-cı il

 

Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması, təmiri avtomobil yollarının qəbul edilməsi zamanı müayinənin, yoxlamanın sınağın keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 7 fevral tarixli 16 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

Reklam haqqındaAzərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi Reklam haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 7 fevral tarixli 16 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, N 2, maddə 115; 2002, N 11, maddə 675; 2003, N 8, maddə 460; 2005, N 1, maddə 49; 2006, N 9, maddə 822; 2008, N 2, maddə 130,N 5, maddə 432; 2015, N 5, maddə 652,N 8, maddə 961) ilə təsdiq edilmişAvtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması təmiri Qaydaları”nın 2.3-cü bəndinin ikinci abzası aşağıdakı redaksiyada verilsin:

Avtomobil yollarında yol hərəkətinin təhlükəsizliyi tələblərinə cavab verməyən, yol hərəkəti iştirakçıları üçün maneə təhlükə yaradan, onların həyat sağlamlığına təhlükə yarada bilən, sürücülərin yol şəraitini qiymətləndirməsini çətinləşdirən, yol hərəkəti nişanlarına yazılarına bənzəyən reklam qurğularının yerləşdirilməsinə yol verilmir. Yol örtüyünün üzərində, yol hərəkəti nişanlarında, onların dirəklərində digər tənzimləmə vasitələrində, yol qurğularında reklamın yerləşdirilməsi qadağandır.”.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.- 2016.- 4 sentyabr.- S. 9.