Azərbaycan SSR Nazirlər Sovetinin 1990-cı il 3 oktyabr tarixli 464 nömrəli qərarına əsasən təsdiq  olunmuşNaxçıvan MSSR-nin Culfa rayonunda yerləşənGülüstantarix-mədəniyyət  qoruğu  haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

 

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 328                                     Bakı şəhəri, 1 sentyabr 2016-cı il

 

 

Reklam haqqındaAzərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi Reklam haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan SSR Nazirlər Sovetinin 1990-cı il 3 oktyabr tarixli 464  nömrəli qərarına əsasən təsdiq olunmuşNaxçıvan MSSR-nin Culfa rayonunda yerləşənGülüstantarix-mədəniyyət qoruğu haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 13-1-ci hissə əlavə edilsin:

“13-1. Qoruğun ərazisində onun mühafizə zonasında, memarlıq abidələrinin (binalarının) dam hissəsində reklam daşıyıcıları Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinin razılığı ilə yalnız reklam-informasiya təşkilatlarının nəzdindəki bədii şuraların rəyi əsasında həmin binaların dayanıqlığına mənfi təsir göstərməmək şərtilə yerləşdirilə bilər.”.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.- 2016.- 4 sentyabr.- S. 9.