Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 330                                    Bakı şəhəri, 1 sentyabr 2016-cı il

 

Azərbaycan RespublikasınınXınalıqDövlət tarix-memarlıq etnoqrafiya qoruğunun, “KeşikçidağDövlət tarix-mədəniyyət qoruğunun Atəşgah məbədiDövlət tarix-memarlıq qoruğunun əsasnamələrinin təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 220 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Reklam haqqındaAzərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi Reklam haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan RespublikasınınXınalıqDövlət tarix-memarlıq etnoqrafiya qoruğunun, “KeşikçidağDövlət tarix-mədəniyyət qoruğunun Atəşgah məbədiDövlət tarix-memarlıq qoruğunun əsasnamələrinin təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 220 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, N 9, maddə 867) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin qərarla təsdiq edilmişAzərbaycan RespublikasınınXınalıqDövlət tarix-memarlıq etnoqrafiya qoruğunun Əsasnaməsi”nə aşağıdakı məzmunda 3.7-ci bənd əlavə edilsin:

“3.7. Qoruğun ərazisində onun mühafizə zonasında, memarlıq abidələrinin (binalarının) dam hissəsində reklam daşıyıcıları Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinin razılığı ilə yalnız reklam-informasiya təşkilatlarının nəzdindəki bədii şuraların rəyi əsasında həmin binaların dayanıqlığına mənfi təsir göstərməmək şərtilə yerləşdirilə bilər.”.

2. Həmin qərarla təsdiq edilmişAzərbaycan RespublikasınınKeşikçidağDövlət tarix-mədəniyyət qoruğunun Əsasnaməsi”nə aşağıdakı məzmunda 3.7-ci bənd əlavə edilsin:

“3.7. Qoruğun ərazisində onun mühafizə zonasında, memarlıq abidələrinin (binalarının) dam hissəsində reklam daşıyıcıları Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinin razılığı ilə yalnız reklam-informasiya təşkilatlarının nəzdindəki bədii şuraların rəyi əsasında həmin binaların dayanıqlığına mənfi təsir göstərməmək şərtilə yerləşdirilə bilər.”.

3. Həmin qərarla təsdiq edilmişAzərbaycan RespublikasınınAtəşgah məbədiDövlət tarix-memarlıq qoruğunun Əsasnaməsi”nə aşağıdakı məzmunda 3.7-ci bənd əlavə edilsin:

“3.7. Qoruğun ərazisində onun mühafizə zonasında, memarlıq abidələrinin (binalarının) dam hissəsində reklam daşıyıcıları Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinin razılığı ilə yalnız reklam-informasiya təşkilatlarının nəzdindəki bədii şuraların rəyi əsasında həmin binaların dayanıqlığına mənfi təsir göstərməmək şərtilə yerləşdirilə bilər.”.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.- 2016.- 4 sentyabr.- S. 9.