Şahmat Olimpiadasında ilk gedişi Azərbaycan Prezidenti etdi

 

Son illərdə şahmat üzrə dünya Avropa miqyaslı yüksək statusa malik yarışların paytaxt ilə yanaşı, bölgələrdə baş tutması Azərbaycanın dünyanın şahmat mərkəzlərindən birinə çevrilməsi yolunda atılmış mühüm addımdır. 42-ci Ümumdünya Şahmat Olimpiadasının ölkəmizdə keçirilməsi bu intellektual oyunun təbliğinə öz layiqli töhfəsini verəcək. Eyni zamanda Bakı Olimpiadası bu qədim oyunun tarixinə yeni uğurlu səhifələr yazacaq ölkələr arasında sülhün, əmin-amanlığın bərqərar olmasına xidmət edəcək.

Buna olimpiadanın birinci turuna start verilərkən şahidlik etdik. “Bakı Kristal Zal”da təşkil olunan bu mötəbər tədbirdə dünyanın 175 ölkəsini təmsil edən 181 kişi 142 qadın komandanın 1600-dən çox üzvü, bundan əlavə, yüzlərlə komanda kapitanları məşqçilər, digər rəsmi nümayəndələr iştirak edirlər. Təbii ki, bu qədər ölkədən olan nümayəndələrin bir arada, Azərbaycanın paytaxtı Bakıda cəmləşməsi dünyaya birlik, bərabərlik, sülh əmin-amanlıq baxımından bir çağırışdır.

Sentyabrın 2-də Şahmat Olimpiadasında oyun zalını ziyarət edən Prezident İlham Əliyev Azərbaycan yığmasının üzvü Şəhriyar Məmmədyarovun mübarizə aparacağı şahmat masası üzərində ilk gedişi etdi. Bununla da gərgin mübarizə başladı. Zala tam sakitlik çökdü. Dövlət başçısı əlil idmançılarla görüşdü, sonra təhlil otağı, mətbuat mərkəzi şərhçilər otağında oldu. Prezident olimpiadanın sərgi zalını da ziyarət etdi. Sonda isə cənab İlham Əliyev yarışı işıqlandıran mətbuat nümayəndələrinə müsahibə verdi. JurnalistinCənab Prezident, bu tədbirin Azərbaycanın tanıdılmasında əhəmiyyəti barədə deyə bilərsinizsualına Prezident İlham Əliyev belə cavab verdi: “Əlbəttə, çox əhəmiyyətlidir, bizim üçün böyük şərəfdir. Ümumdünya Şahmat Olimpiadasının Azərbaycanda keçirilməsi, əlbəttə ki, bizi çox sevindirir. Şadam ki, bütün təşkilati məsələlər yüksək səviyyədə öz həllini tapıbdır. Dünən möhtəşəm açılış mərasimində bərabər iştirak edirdik, bu gün burada artıq yarışlar başlayıb. Əlbəttə, Azərbaycan bir daha özünü dünyaya müasir, inkişaf edən ölkə kimi təqdim edir. Əminəm ki, bütün qonaqlar öz vətənlərinə ən xoş təəssüratlarla qayıdacaqlar Azərbaycan haqqında dünya şahmat ictimaiyyətinin daha da dolğun təəssüratı olacaqdır. Ona görə bunun çox böyük əhəmiyyəti var. Azərbaycanda artıq mötəbər beynəlxalq yarışlar ənənəvi olaraq keçirilir. Avropa Oyunları, Şahmat Olimpiadası, “Formula-1” yarışı, gələn il İslam Həmrəyliyi Oyunları. Yəni Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilir”.

Sonra jurnalistlər oyun zalına buraxıldı. Xarici yerli media nümayəndələri 20 dəqiqə ərzində müşahidə apardılar müxtəlif rakurslardan şəkillər çəkdilər. Onlar zalı tərk etdikdən sonra media mərkəzinə yollanaraq çalışdıqları informasiya vasitələrinə operativ xəbərlər göndərdilər.

Bir az keçdikdən sonraBakı Kristal Zal”da yaradılmış xüsusi pavilyonda əcnəbi qonaqlar görünməyə başladı. Onlar hansısa ölkənin komanda üzvləri, yaxud kapitanları idilər. Buradakı maraqlı guşələrlə tanış olur, şahmat oyunu üçün dəstlərlə maraqlanır müxtəlif əl işlərinə baxırdılar. Hind çaturanqa, İran şətrənc oyunu üçün dəst, Luis adasında morj dişindən düzəldilən şahmat dəsti, fil sümüyündən orta əsrlərə aid olan Kral I Çarlzın şahmat dəsti, buryat şahmat dəsti digər çoxsaylı eksponatların sərgiləndiyi pavilyon onlar üçün çox maraqlı idi. Xüsusi dizayn edilmiş, şahmat oyununu simvolizə edən qara geyimli rəqqas rəqqasələr ziyarətçilərdə maraq yaratmışdı. Onları kənardan izləyən, qollarına girib şəkil çəkdirənlər vardı. Bundan başqa, burada yer almış virtual oyun zonaları, şəbəkə sənətinə aid nümunələr Şahmat Olimpiadası mağazası da əcnəbi yerli ziyarətçilərin marağına səbəb olmuşdu. Onlar müxtəlif suvenir şahmat dəstlərinə baxır, xoşları gələni alırdılar.

Bununla yanaşı, “Kristal Zalda Mədəniyyət Turizm Nazirliyi tərəfindən 42-ci Şahmat Olimpiadası çərçivəsindəAzərbaycan xalça sənətisərgi-aksiyası keçirilir.

Nazirliyin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin birgə təşkilatçılığı ilə təşkil edilmiş sərgidə Azərbaycan xalça (Qarabağ, Şirvan, Gəncə, Qazax, Quba, Bakı, Naxçıvan) məktəblərinə uyğun stendlər quraşdırılıb. Tədbir iştirakçılarına şahmatçılara xalçaçılıq, tətbiqi təsviri sənət nümunələrinin nümayişi ilə yanaşı, xüsusi hazırlanmış stendlərin önündə milli geyimlərdə fotoşəkil çəkdirmək imkanı da yaradılıb.

Bütün bunlar şahmatsevərlərdə, eləcə paytaxtımıza gələn turistlərdə xoş əhvali-ruhiyyə yaradır. Onlarla söhbət zamanı məlum oldu ki, olimpiada ilə bağlı hazırlıq işlərindən, yaradılan şəraitdən, eləcə təşkilatçılıqdan çox razıdırlar. Əcnəbilər paytaxt Bakının gözəlliyini, onun qeyri-adi binalarını, insanlarının mehribanlığını yeməklərin ləzizliyini xüsusi qeyd etdilər.

Ona görə bu cür beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu xüsusi vurğulamalıyıq. Bu, həm ölkəmizin uğuru, beynəlxalq nüfuzu deməkdir. Ümid edirik ki, olimpiadada iştirak edən şahmatçılarımız da bu uğuru davam etdirəcəklər. Necə ki, 6 komandamızdan beşi artıq birinci turda 4:0 hesablı qələbə qazanıb. Yalnız kişilərdən ibarət yığmamızın üzvü Vasif Durarbəyli rəqibi ilə heç-heçə edib.

 

Elgün MƏNSİMOV,

 

Azərbaycan.-2016.- 4 sentyabr.-  S.10.