“İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanını “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 878 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

“İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹1, maddə 67) aşağıdakı dəyişikliklər edilsin:

1. 3.2-ci bənd ləğv edilsin.

2. Həmin fərmanla təsdiq edilmişİnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nın 10-cu hissəsində “Azərbaycan Respublikasının Nazirlər Kabineti” sözləri “Azərbaycan Respublikasının Prezidenti” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 sentyabr 2016-cı il

 

Azərbaycan.- 2016.- 6 sentyabr.- S. 6.