Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 333                                    Bakı şəhəri, 1 sentyabr 2016-cı il

 

Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

 

Reklam haqqındaAzərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi Reklam haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, N 10, maddə 866; 2006, N 3, maddə 303, N 5, maddələr 463, 468, N 8, maddə 731, N 9, maddə 822, N 11, maddə 994; 2007, N 1, maddə 50, N 10, maddə 1021, N 12, maddələr 1343, 1352; 2008, N 2, maddə 130, N 4, maddə 308, N 10, maddə 936; 2009, N 1, maddələr 22, 32, N 2, maddələr 144, 150, N 9, maddələr 736, 753; 2010, N 4, maddə 369, N 11, maddə 1048; 2011, N 1, maddə 66, N 4, maddə 365; 2012, N 9, maddə 934; 2013, N 8, maddə 1000, N 10, maddə 1202; 2014, N 1, maddələr 59, 69, N 2, maddə 201, N 5, maddə 557, N 6, maddələr 745, 747, N 9, maddə 1130; 2015, N 2, maddə 227, N 3, maddələr 328, 337, N 6, maddələr 774, 781, N 7, maddə 890, N 11, maddə 1412; 2016, N 3, maddə 595, N 4, maddələr 806, 831, N 5, maddələr 941, 955) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Büdcə gəlirlərinin təsnifatı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1.4.6.1.0-cı yarımbənddəküçə (divar) reklamının yerləşdirilməsi sözləriaçıq məkanda reklamınsözləri ilə əvəz edilsin;

2. 1.4.2.2.9.6-cı yarımbənddən “, həmçinin küçə reklamının yerləşdirilməsinə birdəfəlik icazənin verilməsinə görəsözləri çıxarılsın.

3. 1.1.4.6-cı yarımbənddəküçə (divar) reklamının yerləşdirilməsi sözləriaçıq məkanda reklamınsözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.- 2016.- 6 sentyabr.- S. 6.