Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 iyul tarixli 165 nömrəli qərarı ilə təsdiq edilmiş Filmlərin yayımı nümayişi Qaydalarında dəyişiklik edilməsi barədə

 

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

334 Bakı şəhəri, 1 sentyabr 2016-cı il

 

Reklam haqqında Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi Reklam haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 iyul tarixli 165 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, N 7, maddə 633; 2008, N 3, maddə 239) ilə təsdiq edilmiş Filmlərin yayımı nümayişi Qaydalarına aşağıdakı məzmunda 18-ci hissə əlavə edilsin:

18. Kino xidməti göstərilərkən reklam kinoteatrın foyesində yayımlana bilər. Kinofilmlərin (əvvəli istisna olmaqla) nümayişi zamanı reklam yayımlanması qadağandır..

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.- 2016.- 6 sentyabr.- S. 6.