Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

N 341                                                 Bakı şəhəri, 1 sentyabr 2016-cı il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 112 nömrəli qərarı ilə  təsdiq edilmişAzərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi barədə

 

Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqındaAzərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 aprel tarixli 152 nömrəli Fərmanının 6.1.2-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 112 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, N 4, maddə 479, N 12, maddə 1572; 2016, N 6, maddə 1224) ilə təsdiq edilmişAzərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “II. Təsərrüfathesablı təşkilatlarbölməsinə aşağıdakı məzmunda 31-ci hissə əlavə edilsin:

“31. Qax Rayon Damazlıq İpəkçilik Stansiyası”.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.- 2016.- 6 sentyavbr.- S. 6.