Odlar yurdunun od saçan məbədi

 

Hər bir xalqın tarixinin, mədəniyyət adət-ənənəsinin, ümumilikdə inkişafının öyrənilməsində tarixi abidələr, maddi-mədəniyyət nümunələri misilsiz rol oynayır. Azərbaycan torpaqları hüdudlarında inşa edilən nəsildən-nəslə ötürülərək günümüzə gəlib çatan belə nümunələr kifayət qədərdir. Bunlar əcdadlarımızın hansı mədəniyyətə malik olduğunu sübut etməklə yanaşı, bu xalqın dözümlüyündən, mübarizliyindən, həm bu qədim torpağın əsrarəngiz iqlimindən, tükənməz sərvətindən xəbər verir. Bu dəfə belə nümunələrin biri olan unikallığı ilə hər kəsi heyran edən Atəşgah məbədindən söz açacağıq.

Od məbədi olan Atəşgah Bakının Suraxanı rayonunda yerləşir. Abidə burada təbii qazın çıxdığı əbədi sönməz alovun yerində inşa edilib. Özünəməxsusluğu unikallığı ilə heyrət doğuran məbəd UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib ölkə başçısının sərəncamı ilə 2007-ci ildə Bakı şəhəri Suraxanı rayonunda Atəşgah məbədi ərazisiAtəşgah məbədiDövlət Tarix-Memarlıq Qoruğu elan edilib. Məbədə ziyarətə gələnlərin sayı isə gündən-günə artır. Yerli ziyarətçilərlə yanaşı, hətta dünyanın ən ucqar ölkəsindən belə təbii od məbədinin sorağına düşüb Bakıya üz tutanlar var...

Qoruğun giriş qapısından içəri daxil olanda Suraxanı rayonunun digər küçələri kimi, buradakı səliqə-sahman diqqət çəkir. Qədimliyini tarixi xüsusiyyətlərini saxlayan abidənin ərazisi əsaslı bərpa yenidənqurma işlərindən sonra daha da heyrətamiz olub. Xüsusi memarlıq üslubunda inşa edilən qala divarları, yanaşı düzülən taybatay qapıları olan hücrələr, karvansaralar onların əhatəsindəki əbədi od məbədinə baxanda özünü hansısa sehrli bir dünyaya düşmüş kimi hiss edirsən. Bir az da dərinliklərə baş vurub hücrələri gəzdikcə, daş lövhələr onların üzərindəki yazılarla maraqlandıqca qədim Azərbaycan mədəniyyəti, onların inancları haqqında təsəvvürün daha da genişlənir. Burada vaxtilə ibadət edən zərdüştilərin dini etiqadları ilə tanış olub heç vaxt sönməyən məşəldən qopan alov dilimlərinə baxanda bir daha aydın olur ki, məbəd niyə bu qədər müqəddəsdir, insanları özünə çəkir!

 

II əsrdən alovlanan məşəl qərinələri bir-birinə calasa da, hərarətini dəyişmir

 

Məbədlə tanışlığımız davam etdikcə az qala gördüyümüz hər bir şey bizdə sual yaradır. “Atəşgah məbədiDövlət Tarix-Memarlıq Qoruğunun direktoru Rəşid Babayi suallarımızı cavablandıraraq məbəd haqqında ətraflı məlumat verdi. O bildirdi ki, Atəşgah məbədinin ilk tikililəri II-III əsrlərə aiddir. O dövrdə Azərbaycanda zərdüştilik yayılıb. Bununla əlaqədar regionlarda atəşpərəstlik məbədləri tikilib. Abidə Hindistandan gələn zərdüştilər yerli sənətkarlar tərəfindən tikilib VII əsrə kimi fəaliyyət göstərib. VII əsrdə Azərbaycanda İslam dini qəbul edildikdən sonra isə ölkədəki atəşpərəstlik məbədləri sıradan çıxmağa başlayıb. Bu, Atəşgah məbədinə təsirsiz ötüşməyib. Lakin məbəd təxminən XVII-XVIII əsrlərdə ikinci həyatına qədəm qoyub əbədi alov yenidən şölə saçmağa başlayıb. XVIII əsrin əvvəlində məbəd artıq bizim dövrə gəlib çıxdığı şəkli alıb. Bugünkü abidə həmin vaxtda qədim atəşpərəstlər məbədinin qalıqları üzərində, təbii qazın çıxdığı əbədi məşəlin yerində tikilən abidədir. Məbədin ən erkən tikilisi olan karvansara 1713-cü ilə aiddir, üstündə qədim sanskrit dilində yazı var.

Məbədin qısa zamanda hər tərəfə soraq salmasında, sözsüz ki, Azərbaycanın yerləşdiyi əlverişli coğrafi mövqe xüsusi rol oynayıb. O zaman məşhur İpək yolu Azərbaycandan keçirdi. Bu yolla ölkəmizə gələn tacirlər öz vətənlərinə döndükdə Suraxanıda yerdən çıxan təbii alov barədə danışıblar. Nəticədə buraya zəvvarlar, atəşpərəstlər gəlməyə başlayıblar. Müxtəlif ölkələrdən, o cümlədən Hindistandan gələn atəşpərəstlər burada alova sitayiş edirdilər. Artıq bu yer onlar üçün müqəddəsləşməyə başlamışdı. Vaxt ötdükcə məbədin sorağı hər tərəfə sürətlə yayılırdı...

Yeni memarlıq ənənələri ilə tikilmiş Atəşgah məbədi özündə qədim od səcdəgahlarının elementlərini qoruyub saxlayıb. Ümumilikdə məbəd plan quruluşuna görə şəhər karvansaralarına oxşayır. Abidə memarlıq üslubuna görə hələ Midiya dövründən Azərbaycanda yayılmış od səcdəgahlarının tikinti ənənələrini əks etdirir. Lakin o, özündə bəzi hind məbədlərinin əlamətlərini saxlayıb.

Burada olarkən öyrəndik ki, məbədin sahəsi 15 min (1,5 hektar) kvadratmetrə qədərdir. Sahəsi 2 min kvadratmetrdən artıq olan əsas bina xüsusi memarlıq üslubunda inşa olunub. Ümumilikdə isə abidə od məbədindən, onun ətrafında bir-birinin yanında inşa edilən 26 hücrə mərkəzi ibadətxanadan ibarətdir. Hücrələrdən yaşayış yeri, ibadətgah karvansara kimi istifadə olunub. Ziyarətə gələn atəşpərəstlər hücrələrdə qalırdılar. Bir hücrədə 3-4 nəfər yerləşdirilirdi. Ziyarətçilər arasında zamanın qabaqcıl insanları, o cümlədən səyyahlar, yazıçılar, alimlər olub. Başqa ölkələrdən gələn tacirlər müqəddəs yer kimi mütləq Atəşgaha baş çəkirdilər. Burada 2-3 gün qalıb dincəlir, atəşpərəstlərə, zərdüştilərə vəsait ayırırdılar. Məbəddə müxtəlif dini ayinlərin icra olunması oda sitayiş edən kahinlərin fəaliyyəti üçün lazımi şərait olub. Mərkəzi ibadətxana burada ən müqəddəs yer sayılıb. Ora ancaq baş kahinlər keçə bilər sitayiş edərmışlər. Adi atəşpərəstlərin içəri keçməyə ixtiyarları yox imiş. Məbəddəki hind, fars, sanskrit başqa dillərdə yazılmış, atəşpərəstlər zərdüştilər tərəfindən qoyulan daş kitabələrdə otaqların neçənci ildə kimlər tərəfindən tikilməsi, həmçinin hind tanrılarının adları qeyd olunub.

Yerli ziyarətçilər və xarici turistlərlə qoruğun ərazisini gəzdikcə təəssüratlarımız daha genişlənir. Hücrələrdəki zərdüştilərin ibadəti, tacirlərlə söhbət anlarını əks etdirən görüntülər daha çox maraq doğurur. Buradakı eksponatlar, geyim formaları, müxtəlif dövrləri əhatə edən maddi-mədəniyyət nümunələri diqqəti çəkir. Xüsusi memarlıq üslubunda yaradılan muzeydə isə Bakı şəhəri və Abşeron rayonu ərazisində vaxtilə mövcud olan qədim yaşayış binalarını və abidələri əks etdirən guşələr yaradılıb. Muzeydə əcdadlarımızın istifadə etdikləri məişət əşyaları və incəsənət nümunələri nümayiş olunur. Alov məbədinin ətrafında yerləşən və yerdən çox hündür olmayan dördkünc tikililər də ziyarətçilərdə maraq doğurur. R.Babayi deyir ki, burada dua oxunar, qurban kəsilərmiş, 3 tikilidən ikisi dua oxumaq, niyyət tutmaq, digəri isə qurbanı kəsmək üçün nəzərdə tutulub.

 

Atəşgah turistlərin ən çox ziyarət etdiyi yerlərdəndir

 

Bu gün Azərbaycana turist axınının sürətlə artması hər birimizə məlumdur. Ölkəmizin təbii imkanları, şəhərlərimizin gözəlliyi, Azərbaycanda hökm sürən sabitlik, təhlükəsizlik turistləri daha da çox cəlb edir. Digər tərəfdən isə Azərbaycanın qədim tarixi, maddi-mədəniyyət nümünələri və abidələri, burada qədimliklə müasirliyin vəhdəti turistlərin xüsusi marağına səbəb olub. Onlar Azərbaycanı görüb qayıtdıqdan sonra bu barədə danışanda mütləq onun tarixindən, müxtəlif qərinələrdən xəbər verən abidələrindən də söz açıblar. Bu baxımdan Atəşgah yerli sakinlərlə yanaşı, əcnəbi turistləri ən çox təəccübləndirən abidələrdəndir. R.Babayinin verdiyi məlumata görə, son 6 ayda 10 minə yaxın əcnəbi turist Atəşgahı ziyarət edib. Aparıcı turizm şirkətlərinin əksəriyyəti ilə müqavilələri var, abidəyə tez-tez turlar təşkil olunur. Girişçox baha deyil - böyüklər 2, tələbələr 1, uşaqlarya məktəblilər 0,2 manat ödəməklə abidə ərazisini gəzib canlı tarixlə tanış ola bilərlər.

Son illər Türkiyə, Rusiya, İran, GürcüstanAmerikadan, eyni zamanda Avropa və ərəb ölkələrindən gələn turistlərə burada çox rast gəlmək olur. Bu gün ərəb turistlərinin ölkəmizə axınını Atəşgahda da hiss etmək mümkündür. Ziyarətçilər arasında onlar üstünlük təşkil edirlər. Abidə kompleksi öz tarixi ecazkarlığı ilə yanaşı, tikinti və yenidənqurma işləri sayəsində də turistlər üçün maraqlıdır. Onlar abidənin ərazisini gəzib sehrli dünyaya baş vurduqdan sonra buradakı yeməkxanada Azərbaycanın milli mətbəxinin təamları ilə tanış olurlar: yeyib-içib dincəldikdən sonra paytaxtın digər maraqlı yerlərinə səyahətlərini davam etdirirlər.

* * *

Bu gün ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, tarix və mədəniyyət abidələrinə dövlət səviyyəsində diqqət və qayğı gündən-günə artır. 2012-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə məbədətrafı ərazilərin abadlaşdırılması, yardımçı binaların tikinti işləri aparılıb. Ərazinin mühafizəsi və maddi-texniki təminatı gücləndirilib. Bir sözlə, Atəşgahda kütləvi tədbirlərin keçirilməsi üçün bütün şərait yaradılıb, müasir işıqlandırma sistemi qurulub. Belə bir diqqət “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunu daha da gözəlləşdirib, cəlbedici edib. Təsadüfi deyil ki, 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının məşəli ölkə başçısının əli ilə bu məbəddən od alaraq Azərbaycanı qarış-qarış dolaşıb, hər yerə nur saçıb. Bu da, öz növbəsində, ölkəmizdə tarixə, tarixi abidələrə, milli-mənəvi dəyərlərin qorunmasına dövlət səviyyəsində verilən dəyərdir...

 

Elnur HADIYEV,

 

Azərbaycan.- 2016.- 6 sentyabr.- S. 11.