“Azərbaycan Respublikasında kiçik sahibkarlığın inkişafının sürətləndirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 20 iyun tarixli 647 nömrəli Fərmanının ləğv edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikasında kiçik sahibkarlığın inkişafının sürətləndirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 20 iyun tarixli 647 nömrəli Fərmanı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, ¹ 12, maddə 364; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 2, maddə 80) ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 sentyabr 2016-cı il

 

Azərbaycan.- 2016.- 8 sentyabr.- S.2.