Ə.Ə.Namazovanın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda tibb elminin inkişafında xidmətlərinə və tibb kadrlarının yetişdirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Ədilə Əvəz qızı Namazova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 sentyabr 2016-cı il

 

Azərbaycan.- 2016.- 8 sentyabr.- S. 2.