Q.Ə.Mikeladzenin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında jurnalistikapublisistika sahələrinin inkişafında xidmətlərinə görə Qalina Ələkpərovna Mikeladze “Şöhrət” ordeni ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 sentyabr 2016-cı il

 

Azərbaycan.- 2016.- 8 sentyabr.- S.2.