Bakıda “Xəyanətdən qələbəyə” sənədli filminin təqdimatı olub

 

Sentyabrın 7-də Bakıda Türkiyədə iyulun 15-də baş vermiş dövlət çevrilişinə cəhddən bəhs edən “Xəyanətdən qələbəyə” adlı sənədli filmin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), TRT kanalının və Anadolu Agentliyinin hazırladığı filmin təqdimat mərasimində rəsmi şəxslər, diplomatlar, deputatlar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Türkiyənin və Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin dövlət himnləri səslənib.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) əlaqələndiricisi Adəm Urfa çıxışında bu tədbiri təşkil etməklə 15 iyul hadisələri zamanı Türkiyədə nə dərəcədə böyük təhlükənin aradan qaldırıldığını göstərmək istədiklərini bildirib. O, bu mübarizədə Azərbaycanın da Türkiyənin yanında olduğunu vurğulayıb.

Anadolu Agentliyinin AsiyaQafqaz bürosunun rəhbəri Tolqa Özgenç 15 iyul gecəsi Azərbaycan xalqının da Türkiyə xalqı kimi yuxusuz qaldığını qeyd edib. O deyib: “15 iyul bizim üçün böyük sınaq idi. Biz artıq FETÖ-nun necə bir təhlükəli təşkilat olduğunu anlayırıq. Bunu dostqardaş bildiyimiz ölkələrə də anlatmaq istəyirik”.

TRT-nin Bakı nümayəndəliyinin rəhbəri Yıldıray Arslan 15 iyul gecəsi türk xalqının demokratiyanın qorunması uğrunda öz canını qurban verməyə hazır olduğunu sübut etdiyini söyləyib. Bildirilib ki, bu gün Türkiyədə xalqın demokratik yolla iradəsini nümayiş etdirərək seçdiyi prezident, hökumət var. Xalq da onlarla birdir, onların arxasındadır.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov deyib ki, iyulun 15-də Türkiyədə baş verən hadisələr Azərbaycandakı 20 Yanvar hadisələrini xatırladır. Türkiyə xalqı dövlətçiliyə sahib çıxdı. Azərbaycan xalqı da Türkiyə xalqının yanında oldu, eyni həyəcanı yaşadı. Bu iki xalq arasında güclü milli mənəvi bağlar mövcuddur. Biz ortaq dəyərləri paylaşırıq.

Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, 15 iyulda baş verənlər Türkiyə xalqının iradəsinə, seçiminə qarşı yönəlmiş çevriliş cəhdi idi. Lakin Türkiyə xalqı meydanlara axışaraq dövlət çevrilişi cəhdinin qarşısını aldı. Türkiyədə demokratiya qalib gəldi.

Türkiyənin Azərbaycanda səlahiyyətləri başa çatan səfiri İsmayıl Alper Coşqun bildirib ki, Türkiyə xalqı iyulun 15-də tarix yazdı. Həmin gecə bütün türk xalqı bir oldu. Biz bundan qürur hissi keçiririk. Türkiyə bu təcrübədən güclənərək çıxdı.

Çıxış edənlər Fətullahçı Terror Təşkilatı (FETÖ) tərəfindən Türkiyədə dövlət çevrilişinə edilən cəhdi kəskin şəkildə pisləyiblər.

Daha sonra sənədli filmin nümayişi olub.

Tədbir çərçivəsindəAnadoluAgentliyi tərəfindən təqdim edilən “15 iyul - milli iradənin yüksəlişiadlı sərgi nümayiş etdirilib.

 

Azərbaycan.- 2016.- 8 sentyabr.- S. 5.