Prezident İlham Əliyev Qusarda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də Xaçmaza səfərini başa çatdıraraq Qusara gəlib.

Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, bu məkan rayon sakinlərinin və Qusara gələn qonaqların ən sevimli istirahət yerlərindən biridir.

 

AZƏRTAC

 

Azərbaycan.- 2016.- 9 sentyabr.- S. 5.