Azərbaycan Beynəlxalq Moskva Kitab Sərgisində təmsil olunur

 

Moskvada açılan 29-cu Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan stendi təqdim edilib. Sərgidə dünyanın 37 ölkəsindən 500-dən çox iştirakçı təmsil olunur.

Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin sərginin açılış mərasimində çıxış edərək bildirib ki, sərgi-yarmarkada ənənəvi olaraq müəllif və oxucuların, əsl peşəkarların görüşləri keçirilirbu görüşlərin sayəsində yeni, maraqlı ədəbi layihələr yaranır.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan stendini ziyarət edib, burada təqdim olunan nəşrlərlə tanış olub.

Mədəniyyət və Turizm Nazirliyinin kitab dövriyyəsi və nəşriyyatlarla şöbəsinin baş məsləhətçisi Elbəy Əlinin sözlərinə görə, bu il yarmarkada Azərbaycan mədəniyyəti, turizm potensialı, tarixi, o cümlədən Dağlıq Qarabağ münaqişəsi haqqında kitablar təqdim olunur. Onların arasında "Qarabağ", "Qərbi Azərbaycanın abidələri" və erməni müəllif Robert Arakelyanın qələmə aldığı "Karabaxskiy tetrad" kitabları var. Ekspozisiyada Azərbaycan, rusingilis dillərində kitablar nümayiş etdirilir.

Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası sentyabrın 11-dək davam edəcək.

 

AZƏRTAC

 

Azərbaycan.- 2016.- 9 sentyabr.- S. 12.