2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrupbir 1//4 oyunu) Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycanın artan beynəlxalq nüfuzuidmana dövlət qayğısı sayəsində hər il ölkəmizdə beynəlxalq səviyyəli müxtəlif idman yarışları, o cümlədən dünyaAvropa çempionatları keçirilir. Belə yarışlar sırasında futbol xüsusi yer tutur. 17 yaşınadək qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin 2012-ci ildə və 17 yaşınadək kişilər arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin 2016-cı ildə Azərbaycanda keçirilməsi bunun bariz nümunəsidir.

2014-cü il sentyabrın 19-da Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) İcraiyyə Komitəsinin 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrupbir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi haqqında qərar qəbul etməsi əlamətdar hadisədir. Avropa futbolu tarixində ilk dəfə yeni formatda təşkil olunan Avropa çempionatının 4 oyununun Bakı şəhərinə həvalə edilməsi ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə beynəlxalq və Avropa futbol qurumları tərəfindən verilən yüksək qiymətin göstəricisidir.

Bu oyunların Bakıda təşkili futbolun daha da inkişafına, ölkəmizdə idman sahəsində həyata keçirilən dövlət siyasətinin gücləndirilməsinə, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, dünya idman aləmində önəmli yer tutmasına şərait yaradacaqdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. 2020-ci ilin iyun ayında futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrupbir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi üzrə aşağıdakı tərkibdə yerli Təşkilat Komitəsi yaradılsın:

 

Təşkilat Komitəsinin sədri

 

Yaqub Eyyubov  -  Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

 

Təşkilat Komitəsinin sədr müavini

 

Rövnəq Abdullayev  -  Azərbaycan  Futbol  Federasiyaları Assosiasiyasının Prezidenti, Avropa çempionatının 4 oyununun (üç qrupbir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi ilə bağlı əməliyyat işlərinin rəhbəri

 

Təşkilat Komitəsinin üzvləri

 

 Hacıbala Abutalıbov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü

Əli Əsədov - Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini

Fatma Abdullazadə  - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü

Azad Rəhimov  - Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya  Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü

Elmar Məmmədyarov - Azərbaycan Respublikasının xarici işlər naziri

Şahin Mustafayev  - Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Samir Şərifov   -   Azərbaycan Respublikasının maliyyə naziri

Ramil Usubov  -  Azərbaycan Respublikasının daxili işlər naziri

Mikayıl Cabbarov  -  Azərbaycan Respublikasının təhsil naziri

Ziya Məmmədov - Azərbaycan Respublikasının nəqliyyat naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü

Oqtay Şirəliyev   - Azərbaycan Respublikasının səhiyyə naziri

Əbülfəs Qarayev  - Azərbaycan Respublikasının mədəniyyət turizm naziri

Ramin Quluzadə  - Azərbaycan Respublikasının rabitə yüksək texnologiyalar naziri

Mədət Quliyev  - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Elçin Quliyev  -  Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Aydın Əliyev  -  Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Cahangir Əsgərov  -Azərbaycan Hava YollarıQapalı Səhmdar Cəmiyyətinin prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü

Etibar Pirverdiyev  -AzərenerjiAçıq Səhmdar Cəmiyyətinin prezidenti

Balababa Rzayev  -AzərişıqAçıq Səhmdar Cəmiyyətinin sədri

Çingiz Hüseynzadə  - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü

Anar Ələkbərov - Heydər Əliyev Mərkəzinin direktoru

Ağacan Abiyev  - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Baş katibi, Milli Olimpiya Komitəsi İcraiyyə  Komitəsinin üzvü

Fərhad Hacıyev  - Azərbaycan Respublikasının Prezidenti yanında Fondunun icraçı direktoru

İlham Mədətov  - XXIX XXX Yay Olimpiya Oyunlarında Azərbaycan idman nümayəndə heyətinin rəhbəri,                                                    Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü (təşkilat komitəsinin katibi)

Elxan Məmmədov - Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Baş katibi, Avropa çempionatının 4 oyununun (üç qrup bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi üzrə əlaqələndirici.

 

 2. 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun Bakı şəhərində keçirilməsi ilə bağlı bütün təşkilati işlərin icra olunması, UEFA Avropa çempionatının 12 təşkilatçı ölkəsinin futbol federasiyaları ilə əlaqələndirmə işlərinin aparılması Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına həvalə olunsun.

3. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun Bakı şəhərində keçirilməsi ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb Təşkilat Komitəsinə təqdim etsin.

4. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun Bakı şəhərində keçirilməsi ilə bağlı zəruri məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 sentyabr 2016-cı il

 

Azərbaycan.- 2016.- 10 sentyabr.- S. 2.