Adını milli mədəniyyət tarixinə yazmışdı

 

Bir janr kimi memuar-xatirə ədəbiyyatının inkişafı XVIII-XX əsrlərdə geniş vüsət almış, elm, mədəniyyət, ədəbiyyat, jurnalistika sahəsində çalışan böyük şəxsiyyətlər öz dövrlərinin ictimai-siyasi hadisələri, müasirləri haqqında maraqlı xatirələr yazmışlar. Molla Nəsrəddin” satirik ədəbi məktəbinin banisi C.Məmmədquluzadənin “Xatiratım”, Həmidə xanımın “Mirzə Cəlil haqqında xatirələrim”, H.Sarabskinin “Köhnə Bakı”, dövlət xadimi, filosof Ə.Əlizadənin “Mənim həyatım zamanə anlamında” kitabları, görkəmli mədəniyyət xadimləri A.Şaiqin, Ə.Şərifin, M.Mərdanovun və başqa söz və sənət adamlarının yazdıqları xatirələr XX əsrdən bizlərə yadigar qalmışdır.

Elmi, ədəbi fəaliyyətimin 87-ci ilinə qədəm qoyarkən böyük arzu ilə yaşadığım dövrün kövrək hadisələri gözlərim önündə canlandı. Bu xatirələrin ilk səhifələri məktəbli dostum, Azərbaycan vokal sənəti tarixində özünəməxsus orijinal yüksəliş yolu keçmiş Mobil Əhmədovla bağlıdır.

SSRİ xalq artisti Bülbül Məmmədovun ifaçılıq məktəbinin yetirməsi, SSRİ xalq artisti Rəşid Behbudovun sənət irsinin vurğunu Mobil Əhmədov yaradıcılıq taleyini Azərbaycan Musiqili Komediya Teatrına bağlamış, 40 il bu sənət ocağında uğurla çalışmış, 70-dən çox mükəmməl obraz yaratmış, hərarətli tamaşaçı alqışları qazanmışdır.

Sənətşünaslıq doktoru, professor İlham Rəhimli Azərbaycanın xalq artisti Mobil Əhmədovun 70 illik yubileyi münasibətilə Ülvi Vahidoğlunun dəyərli tədqiqat işi - “Aktyorun tale ləpirləri” (2001) kitabına yazdığı “Ön söz”ündə qeyd edirdi ki, “bu görkəmli müğənni Azərbaycan Musiqili Komediya Teatrında vokalçı-aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri və bəlkə də, birincisi olmuşdur. Onun bulaq suyu kimi şəffaf, açıq səma kimi aydın, səhər şehi kimi təravətli, şipşirin səsi və yüksək aktyorluq istedadı birləşərək kamil sənətkarın adını milli mədəniyyət tariximizə əbədi yazıb. Mobil Əhmədov Musiqili Komediya Teatrının son 40 illik dövrünün canlı salnaməsidir. Onun bu sənət ocağının müasirlik axtarışlarında böyük xidmətləri olmuşdur”.

Bu gün görkəmli müğənnimiz aramızda yoxdur. Lakin ölməz sənətkarın ruhu, sənət dünyası, arzu və əməlləri daim yaşayır, şirin, coşqun səsi ürəklərə sevinc bəxş edir. Bu il Mobil Əhmədovun anadan olmasının 85 illiyidir. Mən də unudulmaz gənclik dostumu kövrək xatirələrlə yad etmək istərdim.

Gəncə Yazıçılar Birliyində Salman Əhmədli soyadlı qocaman müəllim, şair bizə ərəb əlifbasını öyrətmişdi. O zaman biz onun başına gələnləri, taleyi barədə heçbilmirdik. Özü haqqında heç nə danışmazdı. Sakit, gülümsər, qayğıkeş münasibəti ilə hamımızın hüsn-rəğbətini qazanmışdı. Gəncənin məşhur ziyalılarından ziyaoğullular nəslindən olan Salman müəllim XX əsrin müsibətlərini yaşamış, repressiyaya məruz qalmışdı. Salman müəllim mənim üçün daha əziz idi. Çünki o, bizim qonşumuz, sinif yoldaşım Mobil Əhmədovun atası idi. Onların evində çox olmuşam. Burada gördüyüm mədəni mühit, Mobilonun kiçik qardaşı Bəşir üçün yaradılan şərait ailənin yüksək mədəni səviyyəsindən xəbər verirdi. Mobilin babası Məşədi Ağamirzə (1853-1957) Gəncədə məşhur zərgər idi.

Mobil çox istedadlı idi. Gözəl şəkillər çəkirdi. Rəssamlığa aid bukletlər, kitablar, rəngbərəng qələmlər, yağlı boyalar, vatman kağızları, akvarel rənglər, cürbəcür fırçalar, çərçivəyə alınmış kətan parçalar məni valeh edirdi. Təbii ki, bunlar mənim üçün əlçatmaz kimi görünürdü. Məni bu ailəyə çəkib gətirən bəlkə də bunlar idi. Baxmaq, öyrənmək istəyirdim...

Mobil kətan üzərində yağlı boya ilə şəkil, portret çəkəndə gözümdə gələcəyin böyük sənətkarına çevrilirdi. Dünyarus rəssamları haqqında söhbət edəndə onun bu sahədə dünyagörüşünün zənginliyi hiss olunurdu.

Bir gün ona dedim: “Gəl gedək rəssamlıq məktəbində oxuyaq”.

Ertəsi gün qoşalaşıb M.Qorki adına Qız Məktəbinin binasının bir küncündə yerləşən İbtidai Rəssamlar Məktəbinə gəldik. Bu məktəbi teatr rəssamı Böyük bəy Əlyarbəyli yaratmışdı. Məktəbin müdiri Böyük bəy bizi xoş üzlə qarşıladı. Elə oradaca məşğələ otağına apardı. Burada xeyli uşaq və gənc naturadan rəsm çəkirdi. Əlyarbəyli Mobilə də, mənə də vatman kağızı verib qarşımızda qoyulmuş insan büstünün şəklini çəkməyi tapşırdı. Bu, rəssamlığın açarı olan idi. Çəkməyə başladıq. Arada Əlyarbəyli yanımıza gəlib istiqamət verir, bizi işləməyə həvəsləndirirdi. Bu, əslində, rəssamlıq məktəbinə qəbul olunmaq üçün bir imtahan idi. Çəkdiyimiz işləri qiymətləndirəndə məlum oldu ki, Mobil məktəbin 7-ci, mən isə 6-cı sinfinə qəbul edilmişəm. Məktəbin 7 illik təhsil ocağı olmasını nəzərə alsaq, biz artıq rəssamlıqda yetkin, bacarıqlı yuxarı sinif şagirdləri idik. Mobil bir neçə aydan sonra məktəbi bitirdi. Mən isə iki il burada təhsilimi davam etdirdim. 1952-ci ilin 25 iyununda 4 nömrəli arayışla 1951-1952-ci tədris ilində rəssamlıq məktəbində təhsilimi başa çatdırdım...

Mobilin gözəl, zərif tenor səsi var idi. O, evdə qapı ağzında, eyvanda hey mahnı zümzümə edərdi. Bəzən onun səsi evlərinin damından küçəyə yayılardı. Elə məharətlə oxuyardı ki, biz onu Gəncənin Rəşid Behbudovu adlandırardıq. O, bundan çox xoşlanar, qürur hissi keçirərdi.

Bir gün yenə ona dedim: “Sən gözəl, məşhur rəssam da olarsan, müğənni . Hər ikisi gözəl sənətdir. Bu sənətlərə - Allah vergilərinə yiyələnmək üçün təhsili davam etdirmək lazımdır”.

Bu dövrdə o, tərəddüd hissi keçirirdi. Məktəbdə təşkil etdiyimiz bədii özfəaliyyət dərnəyində, Gəncənin məşhur kinoteatrının foyesində filmdən əvvəl estrada orkestrinin müşayiəti ilə mahnılar oxuyar, müsabiqələrdə, konsert salonlarında çıxışlar edər, alqışlar selinə qərq olardı. Beləliklə, Mobil Əhmədov müğənni olmağı daha üstün tutdu. Bu, onun sonrakı taleyini müəyyən etdi.

Orta məktəbi bitirib hərəmiz bir yana ali təhsil almağa getdik. Onunla sonralar ara-sıra görüşürdüm, səmimi söhbətlərimiz olurdu. O, mənə başına gələnlərdən fərəhlə danışardı.

Tale Mobili 1955-ci ildə əvvəlcə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə gətirdi. Onun çəkdiyi rəsmlər məktəbin müəllimlərini şübhələndirdi. Bu əl işlərinin bir yeniyetmənin olduğuna nədənsə inanmaq istəmirdilər. Qərara gəldilər ki, onu yoxlasınlar. Mobil bu sınaqdan layiqincə çıxdı, bütün şübhələri alt-üst etdi. Çəkdiyi natürmort hamının xoşuna gəldi. Onu birbaşa II kursa qəbul etdilər. Elə həmin gün ona yataqxanada yer verdilər. Altı aydan sonra Mobil qış tətilinə Gəncəyə gedərkən Bakı dəmiryolu vağzalının yaxınlığında yaraşıqlı bir binadan musiqi səsi eşitdi, ayaq saxladı. Pianonun müşayiəti ilə bir gənc oxuyurdu. Mobil həmin həyəcanlı günü xatırlayaraq haqqında yazılmış kitaba belə birSabir qardaşıma ən xoş arzularla qardaşı Mobildən xatirə. 2002-ci ilavtoqraf yazıb mənə verdi. Mobil vaxtilə mənə söylədiyi xatirəni kitabda oxuyanda bir daha təsirləndim: “...Pəncərədən içəri boylanırdım. Gördüm bir qadın piano çalır. Bir cavan oğlan da oxuyurdu. Xeyli qulaq asdım. Mahnı bitmişdi, ancaq gözlərimi içəridən çəkə bilmirdim. Mənə işarə etdilər ki, istəyirəm. Əlimi qulağımın dibinə qoyub işarə etdim ki, mən oxumaq istəyirəm. Məni içəri dəvət etdilər. Vokal müəllimi (sonra öyrəndim ki, o, Pəri xanımdır) məndən soruşdu:

- oxuya bilərsən?

Dedim: “Evləri var xana-xana”.

- Oxu görüm.

Mən pianonun müşayiəti ilə həmin mahnını oxudum. Pəri xanım çox sevindi, tələsik yığışıb - “arxamca gəl”, - dedi. O, məni həmin binanın üçüncü mərtəbəsinə, iri bir otağa apardı. Bura Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası rektorunun otağı idi. Mən Əşrəf Abbasovu görən kimi tanıdım. İçəri girəndə - “müəllim, mən sizi tanıyıram”, - dedim.

- Haradan tanıyırsan?

- Siz yayda Fikrət Əmirovla Gəncəyə gəlmişdiniz...”

Bu, bəxt idimi, qismətmi idi, Tanrının istəyimi idi?! Belə təsadüflər həyatda çox nadir hallarda olur. Taleyin hökmü bax, beləcə, Mobili xeyirxah insanların yanına çəkib gətirdi. Mobilin dili sanki indi açılmışdı, dil-dil ötürdü.

1950-ci ildə Mobil Əhmədov Gəncədə keçirilən gənc istedadların müsabiqəsində yaxşı çıxış etmiş, tarın müşayiəti ilə bir neçə xalq mahnısı oxumuşdu. Görkəmli bəstəkar Fikrət Əmirov da, Əşrəf Abbasov da onun səsini bəyənmiş, demişdilər ki, məktəbi qurtaranda konservatoriyada təhsil almağa gələrsən.

Əşrəf müəllim katibə qıza dedi ki, professoru mənim yanıma dəvət et. Professor Bülbül gəldi.

Mən böyük müğənnini ilk dəfə idi görürdüm. Onun bütün hərəkətlərinə, geyiminə, danışığına heyranlıqla tamaşa edirdim. O, məsələnin yerdə olduğunu öyrənəndən sonra üzünü mənə tutub dedi: “Gəncəli balası, oxuya bilərsən?” - deyə mənə baxdı. Mən özüm bilmədənKoroğlu”nun ariyasını - dedim”. Ustad uğundu: “Bala, danışırsan? Konservatoriyanı qurtaranlar belə bir ariyanı oxuya bilmirlər. Sənə ariya oxumaq hələ tezdir. Bəlkə bir xalq mahnısı oxuyasan?”

Mən böyük həvəslə həyəcanlaEvləri var xana-xanamahnısını oxudum. Hamı susub durdu professorun deyəcəyini gözlədi. Professor üzünü Əşrəf Abbasova tutaraq: “Bu uşaqda istedad var. Ancaq musiqi təhsili yoxdur. Mütləq oxumalıdır. Mən məmnuniyyətlə onu öz sinfimə qəbul edərəm”.

Əşrəf müəllim: “Heyf ki, az, çox - düz 6 ay gecikib”.

Bülbül Məmmədov: “Bu, asan məsələdir. Gəlin biz onu hazırlıq kursuna götürək, oxusun. Sentyabr ayında konservatoriyanın birinci kursuna qəbul edərik. Çünki bunu əldən buraxsaq, bir Allah bilir neçə ildən sonra gəlib çıxacaq”.

Belə razılığa gəldilər. Həmin gecə qatara aldığım biletim cibimdə qaldı. Səhəri gün rəssamlıq məktəbi ilə vidalaşdım. Həmin gündən opera teatrının artisti, tanınmış müğənni Firudin Mehdiyev mənimlə məşğul olmağa başladı.

Yeni dərs ilindən isə mən dünya şöhrətli müğənnimiz, görkəmli vokal ustası Bülbül Məmmədovun sinfində oxumağa başladım...”

Belə böyük bir müğənnidən dərs alan Mobil Əhmədovun sənət yolu musiqi aləmində qərar tutdu. Onun səsi Azərbaycan Musiqili Komediya Teatrının səhnəsindən görkəmli sənətkarlarla birlikdə eşidildi, baş rolların ifaçısı kimi şöhrət qazandı. Azərbaycanın xalq artisti fəxri adına layiq görüldü.

Mobil Əhmədov rəssamlığını da unutmadı. Boş vaxtlarında fırçasını işə salıb doğma yurdunun ürəkaçan melodiyalarını zümzümə edə-edə yağlı sulu boyalarla al-əlvan rənglərlə vətəninin mənzərələrini, müasirlərinin, sənət dostlarının portretlərini, şarjlarını çəkib münasib bildiklərini mətbuatda çap etdirdi. Beləcə, vurğunu olduğu incəsənət dünyasında mənalı ömür yaşadı...

 

Sabir GƏNCƏLİ,

tarix elmləri doktoru

 

Azərbaycan.- 2016.- 10 sentyabr.- S. 7.