Multikulturalizm və tolerantlığın dünyada ən mükəmməl nümunəsi

 

Xarici dövlətlər bu sahədə Azərbaycan təcrübəsindən yararlanmağa çalışırlar

Azərbaycan dünyada təkcə enerji resursları ilə zəngin olan ölkə kimi deyil, həm də humanizm prinsiplərinə sadiq, tolerantmultikultural ölkə kimi tanınır. Odlar yurdunun əsrlər boyu bir çox fərqli sivilizasiyaların və mədəniyyətlərin qovuşağında yerləşməsi, Asiya ilə Avropa arasında körpü rolunu oynaması burada mədəniyyət müxtəlifliyinin yaranmasına səbəb olmuşdur. Ölkəmizdə müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin sülhdostluq şəraitində yaşamaları Azərbaycanın ən böyük sərvətlərindən biridir. Azərbaycanın Konstitusiyası da dini azadlıqların qarantıdır.

Ümumiyyətlə, müasir multimədəni cəmiyyətlər kulturoloji strategiyalara əsaslanan düşünülmüş multikulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməzlər. Çünki multikulturalizm çox mədənilik, bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyəti təyin edən fenomendir. O, ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir.

Multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda, bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi mövcud olub. Hazırda isə multikulturalizm ölkəmizdə alternativi olmayan həyat tərzidir və Azərbaycan tolerantlığı ilə dünyaya nümunədir. Müstəqil Azərbaycanda etnik azlıqların hüquqlarının müdafiəsi ölkənin siyasi sabitliyinin təminatı və xarici siyasətin prioritet vəzifələrindəndir. Respublikada multikulturalizm dövlətin milli-mənəvi, ümumbəşəri, humanist dəyərlərə söykənən davamlı və ardıcıl siyasi kursudur. Multikulturalizm bir ideyatermin kimi ilk dəfə Avropada yaransa da, Azərbaycan mühitində artıq cəmiyyətin əxlaq kateqoriyasına çevrilib.

Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi sayəsində Azərbaycan tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqisiyasi müstəvidə yenidən bərpa etdi. Ulu öndər Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdimüdrik siyasəti ilə əsrlər boyu formalaşan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Onun rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi istiqamət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilirbu gün Azərbaycan dünyaya tolerantlıq nümunəsi kimi təqdim olunur. Millətlərarası, multikulturalizmdini məsələlər üzrə yaradılmış dövlət müşavirlik institutu, həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu sahənin dövlət siyasətinin tərkib hissəsinin olmasını sübut edir. Bu ilin Azərbaycanda УMultikulturalizm iliФ elan edilməsi də bu baxımdan təsadüfi deyil. Ölkəmizdə mövcud olan yüksək multikultural dəyərlər, tolerantlıq, bütün dünyəvi dinlərin sərbəst şəkildə fəaliyyət göstərməsi Azərbaycanın xarici imicini formalaşdırıreyni zamanda, bir vizit kartı rolunu oynayır.

Yüz illər boyu yüksək mənəvi-əxlaqi dəyərlərin və etnik-dini tolerantlıq ənənələrinin qorunub saxlandığı Azərbaycan cəmiyyətindəki dözümlülük ölkədə nadir tolerantlıq mühiti yaradıb və indi bu, bir nümunə kimi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Ölkəmizdə yaşayan müxtəlif xalqlara öz milli-mənəvi dəyərlərini, dini etiqadını, adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün demokratik şəraitin yaradılması Azərbaycanı dünya ölkələri üçün tolerantlıq örnəyinə çevirib. İndi dünyada multikulturalizm sahəsində ən optimal model kimi Azərbaycan nümunəsi öyrənilir. Qürurverici haldır ki, bu gün bir sıra dövlətlər Azərbaycanın təcrübəsindən yararlanmağa çalışırlar. Hazırda ölkəmizdə səfərdə olan İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinterin həm dövlət başçısı, həm Milli Məclisdə keçirdiyi görüşlərdə səsləndirdiyi fikirlər bunu bir daha təsdiqləyir.

Öncə onu xatırladaq ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin əsasının qoyulduğu ölkədə - İsveçrədə 16 yəhudu icması fəaliyyət göstərir. Onlar dini yox, siyasi fəaliyyətlə məşğuldurlar dövlətin həyata keçirdiyi siyasətə dəstək verirlər. Keçirdiyi görüşlərdə İsveçrədə mövcud olan multikultural dəyərlərdən söz açan Herbert Vinter xüsusi olaraq vurğulayıb ki, dünyanın bir sıra bölgələrində multikulturalizmin boğulduğu bir vaxtda Azərbaycanda bu dəyərlər inkişaf etməkdədir bunun da ən başlıca səbəbi ölkədə təmin olunan sabitlikdir. Onları maraqlandıran ən vacib məsələ isə Azərbaycanda etnik dini qruplararası dinc yanaşı yaşamanın dövlət tərəfindən necə təmin olunması məsələsidir. Xüsusilə dünyada yəhudi icmalarının sıxışdırıldığı bir zamanda Azərbaycanda onların əsrlər boyu dinc şəraitdə yaşaması təqdirəlayiq haldır. Səfərin məqsədi Azərbaycanda yaradılmış multikulturalizm tolerantlıq təcrübəsindən yararlanmaqdır.

Azərbaycana ilk dəfə təşrif buyuran isveçrəli qonaqlar həm keçirdikləri görüşlərdə aldıqları bilgilər, həm burada gördükləri tolerantlıq, multikulturalizm dəyərlərindən olduqca faydalandıqlarını, eləcə bütün bunların onlarda zəngin təəssürat yaratdığını etiraf ediblər. Bu görüşlərdə onlara məlumat verilib ki, ölkəmizdə uzun illərdir mövcud olan yəhudi icması bu ərazidə yaşayan xalqların nümayəndələri kimi bütün imkanlardan tam şəkildə istifadə edə bilir. Keçmiş SSRİ məkanında Azərbaycan yeganə ölkədir ki, burada yəhudilər yaşadıqları bütün dövrlərdə heç zaman ayrı-seçkiliyə, təzyiqə məruz qalmayıblar. Ölkəmizdə yəhudilər öz dillərində təhsil almaq, mədəniyyətlərini inkişaf etdirmək, dövlət cəmiyyət həyatında fəal rol oynamaq üçün hər cur imkanlara malikdirlər. Azərbaycan qanunları reallıqları buna şərait yaradır. Ölkə əhalisinin böyük əksəriyyətinin islam dininə mənsub olmasına baxmayaraq, burada məscidlərlə yanaşı, kilsə, sinaqoq digər ibadətgahlar azad şəkildə fəaliyyət göstərir. Onların əksər hissəsi Azərbaycan dövlətinin maliyyəsi hesabına tikilib, bərpa edilib. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğala məruz qalmasına baxmayaraq, paytaxt Bakı şəhərində erməni kilsəsinə toxunulmayıb. Yalnız bu faktın özü Azərbaycanda dini tolerantlığın səviyyəsini nümayiş etdirir.

Bütün bu faktlara əsasən, əminliklə söyləyə bilərik ki, multikulturalizm bu gün Azərbaycanda gedən demokratik proseslərin ayrılmaz tərkib hissəsidir dövlətin milli-mənəvi dəyərlərə söykənən davamlı siyasi kursudur. Tolerantlığın məkanı, multikultural ənənələrə sadiq Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanması sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönəlmiş mühüm layihələrin, mötəbər forumların gerçəkləşdirilməsi sahəsində zəngin təcrübəyə malikdir. Bu ilin aprel ayında Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu da dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsi idi. Bu forumlar həm ölkəmizdə multikultural təhlükəsizliyin intellektual göstəricilərinin artıq formalaşdığını təsdiqləyir. Elə bu səbəbdən əksər dövlətlər bu gün Azərbaycan təcrübəsindən yararlanmağa çalışır.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2016.- 10 sentyabr.- S. 7.