Ekoloji Turizm Şurası yaradılıb

 

Ekologiya Təbii Sərvətlər Nazirliyində (ETSN) təbiət turizmi üzrə ixtisaslaşan şirkət qrup nümayəndələrinin daxil olduğu şura yaradılıb. Məqsəd təbiət turizmini təbiətə ziyan vurmadan inkişaf etdirmək, bu sahədə qərarların qəbulunda ictimaiyyətin müvafiq sahə üzrə nümayəndələrinin iştirakını təmin etməkdir. Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, Azərbaycanın hərtərəfli inkişafı, lazımi infrastrukturun yaradılması ölkədə turizmin inkişafı üçün şəraitin formalaşmasına səbəb olub. Təbiət turizmi sahəsində sıçrayışlı artım göz qabağındadır. Turizm genişlənir,  təbiətə kütləvi axın baş verir. Belə kəskin artım bəzən təbiətə münasibətdə təbii yerlərin tükənməsi ilə bağlı problemlərin ortaya çıxmasına səbəb olur. Yalnız məsələyə düzgün yanaşma belə problemlərin qarşısını ala bilər. Cəza cərimə ilə bərabər, həm təbiətə qayğı aşılayan tərbiyəvi tədbirlərin görülməsinə ehtiyac var.

Təbiətin mühafizəsinə cavabdeh qurum kimi Ekologiya Təbii Sərvətlər Nazirliyi təşəbbüslə çıxış edib. Təbiət dağ turizmi ilə məşğul olan şirkət qrupların təbiətə kütləvi axın nəticəsində yaranan fəsadlarla bağlı məlumatlandırılması mövcud problemlərin birgə müzakirəsi məqsədilə nazirlikdə görüş keçirilib. 30-dək turizm şirkətinin rəhbəri, dağçılıq klublarının təmsilçiləri, fərdi təbiət həvəskarları, həmçinin Mədəniyyət Turizm, Gənclər İdman nazirliklərinın nümayəndələrinin dəvət olunduğu görüşü giriş sözü ilə nazir Hüseyn Bağırov açıb.

Nazir qeyd edib ki, 2002-ci ildən ölkə başçısının təşəbbüsü ilə qoruq əraziləri genişləndirilib milli parklara çevrilib. Az müddətdə xüsusi mühafizə olunan ərazilər 400 min hektardan 1 milyon hektara çatdırılıb. Həmin ərazilərdə mühafizə işləri sayəsində təbii bərpa gedib, torpaqlar mal-qaranın tapdağından, eroziyadan xilas edilib. Amma görməli təbiət ərazilərinə, meşələrə, dağlara kortəbii pərakəndə şəkildə təşkil olunan çoxsaylı turlar nəticəsində təbiət ərazilərinin həddindən artıq istismarı müşahidə edilir, o cümlədən meşə dağların müxtəlif tullantılarla çirkləndirilməsi baş verir. Bu cür hallara qarşı ETSN tərəfindən inzibati qaydada mütəmadi tədbirlər görülsə , konstruktiv ruhda əməkdaşlıq etmək təbiətə ziyan gətirməyən fəaliyyəti qurmaq üçün yollar tapılmalıdır. Bu səbəbdən belə bir görüşün keçirilməsi zərurətinin yarandığını qeyd edən nazir bildirib: “Sadəcə, bir məsələni unutmamalıyıq ki, təbiətin öz tutumu var həddən artıq kütləvilik olanda təbiət onun öhdəsindən gələ bilmir, özünü bərpa edə bilmir”.

Sonra mövzu ətrafında müzakirə

lərə başlanılıb. Turizm şirkətlərinin nümayəndələri, o cümlədənEkstrimturizm şirkətinin direktoru C.Abdullayeva, “Millenium turizm”in rəhbəri R.Quliyev, “ZD Travel”in direktor müavini H.Məmmədov, “Baku Holiday”in direktoru R.Rzayev, fərdi təbiət həvəskarı C.Qara başqaları çıxışlarında təbiətə ziyan vurmadan fəaliyyət göstərməyin tərəfdarı olduqlarını, bu işdə öz məsuliyyətlərini dərk etdiklərini bildiriblər.

Müzakirələrdə nazirlik tərəfindən yüksək dağlıq ərazilərdə yerləşən milli parklara giriş prosedurlarının sənədləşmə işlərinin daha da sadələşdirilməsi məsələsinə toxunulub. Nazir təklif edib ki, müraciət edən şirkət, klub ya digər təşkilat yüksək dağlıq ərazilərdə turistlər üçün təhlükə yarandığı təqdirdə xilasetmə işlərinin təşkilini, sığorta işlərini, milli parkda davranış qaydalarına riayət edilməsini digər bu kimi zəruri şərtləri boynuna götürəcəyi təqdirdə giriş 1 gün ərzində həyata keçirilsin.

Ekologiya Təbii Sərvətlər Nazirliyinin nəzdində təbiət turizmi ilə məşğul olan şirkət qrupların nümayəndələrinin iştirakı ilə Ekoloji Turizm Şurasının yaradılması fikri iştirakçılar tərəfindən dəstəklənib.

Toplantının yekunu olaraq nazir H.Bağırovun sədrliyi ilə Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin, turizm şirkətlərinin, dağçılıq təşkilatlarının, ictimai qurumların nümayəndələrindən ibarət Ekoloji Turizm Şurası yaradılıb.

 

Azərbaycan.- 2016.- 10 sentyabr.- S.4.