Lisenziyaların icazələrin vahid reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ¹ 347

 

¹ 347                                    Bakı şəhəri, 16 sentyabr 2016-cı il

 

 

Lisenziyalar icazələr haqqındaAzərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədəAzərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Lisenziyaların icazələrin vahid reyestrinin aparılması Qaydasıtəsdiq edilsin (əlavə olunur).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-  il 16 sentyabr tarixli 347 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

Lisenziyaların icazələrin vahid reyestrinin aparılması

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu QaydaLisenziyalar icazələr haqqındaAzərbaycan Respublikası Qanununun 8.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır respublikada verilmiş lisenziyalar icazələrlə bağlı məlumatları özündə ehtiva edən vahid reyestrin aparılması qaydasını müəyyən edir.

1.2. Lisenziyaların icazələrin vahid reyestri (bundan sonrareyestr) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (bundan sonraNazirlik) tərəfindən aparılır.

1.3. Reyestr informasiya ehtiyatıdır, onun istifadəsi mühafizəsi Nazirlik tərəfindən təmin edilir.

 

2. Reyestrin aparılması prinsipləri

 

2.1. Reyestr Azərbaycan Respublikasının dövlət dilində aparılır.

2.2. Reyestrdə olan məlumatlar informasiya alınması məqsədi ilə dövlət hakimiyyəti orqanları, bələdiyyələr, hüquqifiziki şəxslər üçün açıqdır.

2.3. Reyestr vahiddir, vahid forma, metod prinsiplər əsasında aparılır.

2.4. Reyestrin formalaşdırılması, aparılması, istifadəsi orada saxlanılan məlumatların mühafizəsi elektron texnologiyalar əsasında həyata keçirilir.

 

3. Reyestrin strukturu reyestrə daxil edilən məlumatlar

 

3.1.Reyestr “Lisenziyalar” və  “İcazələr” bölmələrindən ibarətdir.

3.2. Reyestrə lisenziyalar və icazələrlə bağlı aşağıdakı məlumatlar daxil edilir:

3.2.1. lisenziya və icazə verən orqanın adı və ünvanı;

3.2.2. lisenziyanın (icazənin) sahibi barədə məlumatlar (hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının, nümayəndəliyinin adı və hüquqi ünvanı, fərdi sahibkarın soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi və fəaliyyət ünvanı);

3.2.3. lisenziya (icazə) sahibinin vergi ödəyicisinineyniləşdirmə nömrəsi;

3.2.4. lisenziyanın (icazənin) verildiyi tarixqeydiyyat nömrəsi (icazə sənəd formasında verildikdə);

3.2.5. əgər varsa, icazənin müddəti (başlamabaşa çatma tarixləri göstərilməklə);

3.2.6. lisenziyada göstərilmiş fəaliyyət növü və icazədə göstərilmiş hərəkət;

3.2.7. lisenziyanın və icazənin əlavəsinin verildiyi tarixqeydiyyat nömrəsi (lisenziyanın və icazənin əlavəsi verildikdə);

3.2.8. yenidən rəsmiləşdirilmiş lisenziyanın və icazənin verildiyi tarixqeydiyyat nömrəsi (lisenziya və icazə yenidən rəsmiləşdirildikdə);

3.2.9. lisenziyanın və icazənin dublikatının verildiyi tarixqeydiyyat nömrəsi (dublikat verildikdə);

3.2.10. lisenziyanın və icazənin dayandırılması və bərpa edilməsi haqqında inzibati aktın tarixi və nömrəsi (dayandırılmanın və bərpanın əsasları göstərilməklə);

3.2.11. lisenziyanın və icazənin ləğvi haqqında inzibati aktın tarixi və nömrəsi (ləğvetmənin əsası göstərilməklə), məhkəmə qərarının tarixionu qəbul edən məhkəmənin adı.

 

4. Reyestrin aparılması

 

4.1. Reyestr elektron formada aparılır.

4.2. “Lisenziyalar icazələr haqqındaAzərbaycan Respublikası Qanununun 1 nömrəli əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinə verilən lisenziyalar, 3 nömrəli əlavəsində nəzərdə tutulmuş Nazirlik tərəfindən verilən icazələr istisna olmaqla digər lisenziya icazələrə dair Qanunun 6.3.2-ci maddəsində göstərilən reyestrə yeni məlumatlar daxil edildikdə ya həmin məlumatlar dəyişdirildikdə, onlar lisenziya icazə verən orqan tərəfindən reyestrə daxil edilmək üçün hər ayın 10-dək elektron qaydada Nazirliyə təqdim edilir. Həmin məlumatlar təqdim edildiyi gün reyestrə daxil edilir.

4.3. Nazirlik tərəfindən verilənLisenziyalar icazələr haqqındaAzərbaycan Respublikası Qanununun 1 3 nömrəli əlavələrində nəzərdə tutulmuş lisenziya icazələrə dair bu Qaydanın 3.2-ci bəndində göstərilən məlumatlar yeniləndiyi gün reyestrdə qeydə alınır.

4.4. “Lisenziyalar icazələrportalında yerləşdirilən reyestrə məlumatların daxil edilməsi yenilənməsi həmin portal vasitəsilə həyata keçirilir.

 

5. Reyestrdən istifadə

 

5.1. Reyestrdən dövlət orqanları, bələdiyyələr, təşkilati hüquqi formasından asılı olmayaraq hüquqi şəxslər, xarici hüquqi şəxslərin filial nümayəndəlikləri, fərdi sahibkarlar sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər istifadə edə bilərlər.

5.2. Reyestrdə olan məlumatlar bu Qaydanın 5.1-ci bəndində göstərilən subyektlərin yazılı (o cümlədən elektron) sorğusu əsasında sorğunun daxil olduğu tarixdən 5 (beş) günü ərzində Nazirlik tərəfindən verilir.

5.3. “Lisenziyalar icazələrportalında yerləşdirilən reyestrdən məlumatlar bu Qaydanın 5.1-ci bəndində göstərilən subyektlər tərəfindən həmin portalda olan axtarış sistemi vasitəsilə birbaşa əldə olunur.

5.4. Reyestrdən istifadə reyestrdən məlumatların alınması ödənişsizdir.

 

Azərbaycan.- 2016.- 17 sentyabr.- 4.