Rusiya Federasiyası Hökumətinin sədri Zati-aliləri cənab Dmitri Medvedevə

 

Hörmətli Dmitri Anatolyeviç,

Sizin başçılıq etdiyinizYedinaya Rossiya” partiyasının Rusiya Federasiyası Dövlət Dumasına seçkilərdə inamlı qələbəsi münasibətilə səmimi təbriklərimi qəbul edin.

Bu qələbə Sizin partiyayaonun dövlətçiliyin möhkəmləndirilməsi, sabitliyin qorunub saxlanması, demokratik dəyərlərin bərqərar olması və ölkə əhalisinin rifahının yüksəldilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və uzaqgörən siyasətə Rusiya xalqının yüksək etimadına dəlalət edir.

Əminəm ki, bizim birgə səylərimiz bundan sonra da xalqlarımızın firavanlığı naminə Azərbaycan ilə Rusiya arasında mehriban, ənənəvi dostluq münasibətlərinin genişlənməsinə, əməkdaşlığın və qarşılıqlı fəaliyyətin dərinləşməsinə kömək edəcək.

Hörmətli Dmitri Anatolyeviç, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dost Rusiya naminə dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev       

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 19 sentyabr 2016-cı il.

 

Azərbaycan.- 2016.-20 sentyabr.- S.2.