Konstitusiya islahatları Azərbaycanın inkişafının sürətlənməsinə və müstəqilliyimizin əbədiliyinə mühüm töhfə olacaq

 

Dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ərəfəsindəyik. Bu illər ərzində müstəqil Azərbaycanın keçdiyi inkişaf yolu, qazanılan nailiyyətlər vətəndaşlarımızda fəxarət hissi doğurur. Hər bir uğuru ilə öyündüyümüz Azərbaycan bu gün sürətli inkişafı ilə sanki zamanı qabaqlayır. Ola bilər ki, kimlərsə bunu adi, qanunauyğun hal kimi qarşılayır. Təbiidir, insan bəzən taleyində yaşadığı yenilikləri nəinki tam mahiyyəti üzrə dəyərləndirə bilmir, hətta bunlara vərdiş edir.

Biz artıq ölkəmizin sürətli inkişaf və tərəqqisini, müəyyən mənada, labüd, qaçılmaz, dönməz proses kimi qiymətləndirməyə başlamışıq. Azərbaycanın son illərdəki inqilabi nailiyyətləri fonunda hər bir yeniliyi, uğuru ictimai həyat reallığı kimi dəyərləndiririk. Bir zamanlar əlçatmaz olan, xəyal kimi görünən iri layihələrin ani bir zamanda real həyata vəsiqə alması, şəhərlərimizin, rayonlarımızın, hətta kəndlərimizin sürətlə abadlaşaraq göz oxşaması, insanların yaşayış səviyyəsinin ildən-ilə yaxşılaşdırılması çoxlarımız üçün adiləşib.

Çətin, lakin şərəfli müstəqillik tariximizin ötən 25 ilinə nəzər salarkən düşünməliyik ki, böyük qürur və fəxarətlə qarşılaya biləcəyimiz uğurlarımız həddən ziyadə çoxdur. İllərin müqayisəsi fonunda hansı ağır sınaqlardan, çətinliklərdən, təlatümlərdən çıxdığımızın daha çox fərqində olmalıyıq. Geridə qalan illər zaman baxımından böyük olmasa da, xaosdan sabitliyə, tərəqqidən sürətli inkişafa keçid mərhələlərini özündə ehtiva edir.

Xalqımız artıq iki aydır Azərbaycanın inkişafının sürətlənməsinə və müstəqilliyimizin əbədiliyinə mühüm töhfə olacaq Konstitusiya islahatlarını geniş müzakirə edir. Son üç həftə ərzində mütəmadi olaraq ictimaiyyət nümayəndələri ilə görüşür, fəal diskussiyalar aparır, vətəndaşlarımızın fikir və düşüncələrini dinləyirəm. Milli Məclisdə təmsil etdiyim Qəbələnin kəndlərində sakinlərlə görüşlərdə onların rəylərini, ölkədəki proseslərə münasibətlərini öyrənirəm. Və qürur duyuram!

Vətənini sevən, dövlətinə bağlı olan hər bir həmvətənimiz Azərbaycanın ötən 25 illik tarixinin müqayisəsində bugünkü nailiyyətləri, ölkəmizin daim artan beynəlxalq nüfuzunu, müstəqilliyimizin daha da qüdrətlənməsini düzgün dəyərləndirir. Ən əsası Heydər Əliyev siyasi kursunun alternativsizliyini, Prezident İlham Əliyevin fəaliyyətinin yeganə inametimad ünvanı olduğunu birmənalı qəbul edir!

Xalq öz dövlətinə, liderinə, iqtidarına tam güvənir, inanır, dəstəkləyir!

Bu tamlıq, bütövlük, monolitlik xalq-İlham Əliyev mənəvi bağlılığını təmin edən əsas amildir, gücdür!

Ən ali həqiqət budur ki, İlham Əliyev Azərbaycanı doğru yolla irəliyə aparır, dövlətimizi doğru yolla idarə edir, xalqımıza daim doğru yol göstərir. Konstitusiya islahatları da, əslində, İlham Əliyevin irəlilədiyimiz doğru yolda qarşımıza çıxan maneələri daha asan, itkisiz keçməyə yönələn müdrik təşəbbüsüdür!

Xalq da bünü aydın dərk edir, düzgün başa düşürdoğru seçimini edir!

Amma görüşlərdə sadə vətəndaşlarımız üçün bir məqama da həmişə aydınlıq gətiririk. Konstitusiya islahatlarının indi aparılmasının səbəbi nədir?

Əvvəla, 2016-cı ili Prezident İlham Əliyev dərin islahatlar ili elan edib. Ölkədə iqtisadi-sosial, maliyyə, aqrar sahələrdə genişmiqyaslı və səmərəli dəyişikliklər aparılır, inzibati idarəçilik və hüquq sferasında mühüm yeniliklər tətbiq olunur. Bütün dünyanı ağuşuna alan iqtisadi-sosial problemlər, qanlı müharibələr, terrorlar və digər təlatümlər fonunda Azərbaycan malik olduğu inkişafı, sabitliyi və müstəqil siyasəti qorumaq üçün zamanla səsləşən, yeni dövrün çağırışlarına cavab verən böyük islahatlar prosesinə başlayıb və bunu gündən-günə daha da sürətləndirir. Bu dəyişiklər, yeniliklər, islahatlar müvafiq qanunlar, qaydalar, hüquqi sənədlərlə tənzimlənsə də, onları kompleks şəkildə əlaqələndirmək üçün Əsas Qanunda müvafiq yeniləşmələrin aparılması zəruridir.

Prezidentin təşəbbüsü ilə Konstitusiyaya irəli sürülən əlavə və dəyişikliklərin əsas mahiyyəti də məhz iqtisadi-sosial inkişafın yeni kursla davamını, dövlət idarəçiliyi mexanizminin daha da təkmilləşdirilməsini, insan hüquq və azadlıqlarının daha etibarlı qorunmasını, gənclərin ölkə həyatında daha fəal iştirakını, bir sözlə, bütün nailiyyətlərin indidaha” ifadəsi ilə zənginləşməsini ehtiva edir!

Konstitusiya islahatının təfərrüatına gələrkən isə Milli Məclisin deputatı, ziyalı, bir ağsaqqal olaraq düşünürəm ki, Azərbaycan xalqı son 25 ildə həsrətində olduğu ən ali istəyi - hüquqidemokratik cəmiyyət modelini reallaşdıra bilib. Ötən əsrin əvvəllərində müsəlman Şərqində ilk demokratik, hüquqi dövləti yaradan, geniş bir coğrafiyada qadınlara seçkidə iştirak hüququ verən bir xalqın hazırkı sürət əsrində əldə etdiyi nailiyyətlər, əslində, tamamilə təbii və qanunauyğun görünür. Respublikamız əsrlər boyu həsrətində olduğu hüquqidemokratik dövlət modelini son 25 ildə daha da möhkəmləndirib. Ən əsası, bu inkişaf modelin dayanıqlılığı, sabitliyi və dönməzliyi 1995-ci ilin 12 noyabrında ümumxalq referendumu yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının ilk milli Konstitusiyasında əksini tapıb.

Bu gün biz Konstitusiyamızı əbəs yerə ulu öndər Heydər Əliyevin “şah əsəri” adlandırmırıq. Ümummilli ilderin rəhbərliyi ilə hazırlanan, dünyanın ən mütərəqqi, demokratik hüquqi normalar sisteminə söykənən bu Konstitusiya ötən 21 ildə inkişaf yolumuza işıq salıb, qarşıda duran hədəfləri dəqiq müəyyən edib. Dövlət və vətəndaş arasındakı münasibətlərin sivil məcrada inkişafını təmin edib. İnsan hüquq və azadlıqlarının qorunmasını dövlətin ali məqsədi kimi önə çəkib. Əsas Qanun dövlətlə vətəndaş arasında qırılmaz hüquqi və mənəvi bağlar yaradıb.

Ötən illərdə müstəqil respublikamız ən mükəmməl konstitusion norma və prinsiplər əsasında daxilixarici siyasət yürüdüb. İnanılmaz tərəqqi yolu keçib, iki onillik ərzində əsrlərə bərabər yol qət edib. Təkcə sosial-iqtisadi sahədə deyil, siyasihüquqi müstəvidə də bir çox problemləri geridə qoymuşuq. Respublikamız artıq bütün regional məsələlərdə aparıcı mövqe sahibidir. Bölgədəki strateji əhəmiyyətli heç bir layihə Azərbaycansız gerçəkləşə bilmir.

Bu uğurlar fonunda müstəqilliyin ilk illərində üzləşdiyimiz acınacaqlı mənzərələri xatırlamaq belə istəmədiyimiz acı tarixə çevrilib. Lakin Konstitusiyaya növbəti əlavə və dəyişikliklərə səs verəcəyimiz 2016-cı ilin 26 sentyabr referendumu ərəfəsində tariximizin müəyyən səhifələrini unutmağa mənəvi haqqımız da yoxdur. Keçmişi unutsaq, bugünə qiymət verib gələcəyə doğru yolla, inamla addımlaya bilmərik. Bəli, 1991-ci ilin oktyabrından 1993-cü ilin iyun ayınadək ölkədə cərəyan edən xaosanarxiya, özbaşınalıq mühitinin ağrı-acısını hər bir azərbaycanlı öz taleyində qabarıq hiss edirdi. O dövrdə bütövlükdə yeni müstəqil dövlətin müqəddəratı ciddi sual altında idi. Əgər Azərbaycan Xalq Cümhuriyyəti əsrin əvvəllərində cəmi 23 ay yaşamışdısa, əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan 17-18 aya nəinki müstəqilliyini, bütövlükdə dövlətçiliyini itirmək, parçalanmaq, dövlət kimi siyasi səhnədən silinmək təhlükəsi ilə üzləşmişdi.

Fəqət 90-cı illərin əvvəllərindən fərqli olaraq, bu gün heç kim respublikamızın müstəqilliyi ilə bağlı hansısa bədgüman fikirlərə düşmür, sovet dövrünün “nostalgiya”sı ilə yaşamır.

Sadaladığım nailiyyətlərin əsasında bir vacib məqam dayanır - lider amili!

Məhz ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya əsasında Azərbaycan bu gün dinamik inkişaf edir, məqsədlərinə doğru inamla irəliləyir. Bu reallıqlar fonunda Azərbaycanda “siyasi eksperiment”lər, təsadüfi şəxslərin siyasət arenasında yalançı “qəhrəman”lara çevrilməsi dövrü çoxdan geridə qalıb.

2003-cü ildən Heydər Əliyev siyasi kursunu onun layiqli davamçısı - Prezident İlham Əliyev uğurla davam etdirir. Ötən 13 ildə İlham Əliyev ona bəslənilən ümidləri tam doğruldub, cəmiyyətin bütün gözləntilərini gerçəkləşdirməyə çalışıb. Xalqın maraq və mənafelərinə cavab verən çevik, qətiyyətli qərarlar qəbul edib. Yüksək intellekti, işgüzarlığı, təvazökarlığı, prinsipiallığı, səmimiliyi, mütərəqqi idarəçilik prinsipləri ilə cəmiyyətdə böyük nüfuz sahibinə çevrilib.

Ötən 13 il ərzindəki fəaliyyəti dövlət başçısının verdiyi bütün vədlərin əməli fəaliyyətə söykəndiyini bir daha təsdiqləyib. “Əsl siyasət konkret, real görməkdən ibarətdir” - tezisini irəli sürmüş Azərbaycan Prezidenti bu siyasəti hər bir ölkə vətəndaşının həyatında gerçəkliyə çevirmək üçün ciddi siyasi iradə, qətiyyət və əzmkarlıq nümayiş etdirib.

Keçən dövrdə Azərbaycan iqtisadi, siyasi, hərbi baxımdan güclənib, sabitlik qorunub, yüksək sosial rifaha doğru ardıcıl addımlar atılıb. Azərbaycan cəmiyyətinin sürətli inkişafı vətəndaşların siyasihüquqi düşüncə tərzində də mühüm dəyişikliklərə səbəb olub. Şübhəsiz, konstitusion normaların bu inkişafla uzlaşması obyektiv tələb kimi özünü göstərir. Respublikamızda bu zərurətlə bağlı Əsas Qanuna hələ 2002 və 2009-cu illərdə mütərəqqi xarakterli əlavə və dəyişikliklər edilib.

Fikrimcə, Prezidentin “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında” 26 iyul 2016-cı il tarixli sərəncamı da obyektiv reallıqlarla şərtlənir. Ən ümumi şəkildə desək, təklif olunan əlavə və dəyişikliklər 3 əsas məqsədi güdür: insan və vətəndaş hüquqlarına daha etibarlı təminat mexanizmləri formalaşdırmaq, dövlət idarəçiliyi sistemini təkmilləşdirmək, iqtisadi-sosial inkişafın davamlılığını təmin etmək!

Bu gün artıq cəmiyyətimiz yetkin siyasi şüura malikdirreferendumun qarşıya qoyduğu mütərəqqi hədəfləri aydın dərk edir. Odur ki, seçki mübarizəsində hansısa populist şüarlara, qeyri-ciddi iddialara yer qalmayıb. İndiyə qədərki seçkilərdə Heydər Əliyev siyasi kursuna hər zaman böyük etimad göstərən xalqımız növbəti referenduma da böyük ruh yüksəkliyi ilə hazırlaşır. Təşviqat və təbliğat prosesində insanlarla görüşümdə bu reallığı aydın görürəm. Sevindirici haldır ki, insanların böyük əksəriyyəti konstitusion dəyişikliklərin əsl mahiyyətini düzgün qiymətləndirir, cılız siyasi iddialara uymur. Bəli, xalqımız reallığı qiymətləndirəcək, tərəddüdsüz, həm də doğru seçim edəcək qədər müdrikdir. Bu müdrik yanaşma həm də obyektiv reallığa, ölkənin son 25 ildə keçdiyi tarixi inkişaf yolunun məntiqi yekununa, konkret desək, Azərbaycan vətəndaşının bugünkü yaşayış tərzinə əsaslanır.

2016-cı ilin 26 sentyabr referendumu tamamilə fərqli inkişaf mərhələsinə təsadüf edir. Elə bir mərhələyə ki, mövcud həyat reallıqları fonunda bu gün kiminsə səhv etməsi, yanılması istisnadır. Seçim anında vətəndaşın mövqeyinə təsir edəcək, onu tərəddüdlə üzləşdirəcək hansısa mühüm amil, yaxud da ciddi siyasi qüvvə gözə dəymir. Keçmişə dönmək, ağır faciələri, fəlakətləri həyatında bir daha yaşamaq istəməyən ölkə vətəndaşı, əslində, xaosanarxiya ilə sabitlik, inkişaf və tərəqqi arasında prinsipial seçim etməli olub. Xalqımız onun rifahı, firavanlığı üçün çalışan, ölkəni inamla irəliyə aparan, vətəndaşların həyatında böyük irəliləyişlərə səbəb olan əməli, praktik siyasətə səs verib. Azərbaycan cəmiyyətinə xas olan nikbin ictimai ovqat, yüksək seçki əhvali-ruhiyyəsi xalqın öz Prezidentinə - İlham Əliyevə dərin və sarsılmaz inamından qaynaqlanır.

Təşviqat prosesində cəmiyyət Konstitusiyaya əlavə və dəyişikliklərin necə mütərəqqi mahiyyət kəsb etdiyini bir daha dərk etdi. Təkcə onu demək kifayətdir ki, bu əlavə və dəyişikliklərin üçdə ikisi sırf insan hüquq və azadlıqları ilə bağlıdır. İnkişaf edən, qüdrətlənən Azərbaycan dövləti Konstitusiya islahatları aparmaqla hər bir vətəndaşın hüquqlarının daha etibarlı qorunması ilə bağlı üzərinə əlavə öhdəliklər götürür. İnsan ləyaqətinə hörmət; insanların etibarlı məhkəmə müdafiəsi; hüquq və azadlıqlardan sui-istifadənin yolverilməzliyi; xüsusi mülkiyyətin sosial öhdəliklərə səbəb olması; şəxsi toxunulmazlıq hüququnun daha etibarlı müdafiəsi; irqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan təşviqat və təbliğatın yolverilməzliyi və digər aktual hüquqi məsələlər Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər sırasında yer alır.

İnsanların seçib-seçilmək istəyi qədim dövrlərdən müasir günlərədək aktuallığını qoruyub saxlayır. Tarixən insan haqları uğrunda mücadilənin əsas hədəflərindən biri də məhz seçki hüququ olub. İnsanlar gələcək müqəddəratları baxımından bu prosesə son dərəcə məsuliyyətlə yanaşıblar. Bu mənada, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər sırasında deputatprezident seçilmək üçün müəyyən edilmiş yaş məhdudiyyətinin aradan qaldırılması kimi mütərəqqi müddəalar da yer alır. Əlbəttə, bu məhdudiyyətlərin aradan qaldırılması da sırf obyektiv hüquqi məntiqə əsaslanır.

18 yaşında səs vermək hüququ olan vətəndaş nəyə görə bu yaşda dövlətin seçkili orqanlarına iddia etmək hüququndan məhrum olmalıdır? Söhbət burada seçmək və seçilmək hüquqları üçün yaş həddinin bərabərləşdirilməsindən gedir. Bu, heço demək deyildir ki, 18 yaşlı hər hansı insan sabah deputatya prezident seçkilərində iştirak edə biləcək. Bunun üçün ən azından ali təhsilli olmaq kimi vacib bir şərt var. Yəni belə bir hüququn təsbit edilməsi, sadəcə, vətəndaşların aktivpassiv seçki hüquqları arasında aşkar ədalətsizliyin aradan qaldırılmasına xidmət edir.

Xüsusi olaraq prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılmasını nəzərdə tutan dəyişikliyin üzərində də dayanmaq istərdim. Bu dəyişiklik dünya təcrübəsinə əsaslanır. Bir sıra ölkələrdə prezidentlik müddəti 6 və ya 7 il müəyyən olunub. Bunda məqsəd seçkilərin keçirilməsi ilə bağlı izafi xərclərin aradan qaldırmaq, ölkəni hər il seçki keçirmək “yükündən” (nəzərə alaq ki, əlavə olaraq parlament, bələdiyyə seçkiləri də keçirilir) azad etmək, cəmiyyətdə seçkilərlə bağlı ziyanlı gərginliyi azaltmaq, ən əsası, prezidentə öz proqram və məqsədlərini həyata keçirmək üçün yetərincə vaxt imkanı qazandırmaqdır.

Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərlə ölkəmizdə vitse-prezidentlik institutunun yaradılması məramı da alqışlanmalıdır. Bu gün cəmiyyətin və dövlətin idarə olunmasında ölkə başçısının misilsiz xidmətləri, əməyi hamı tərəfindən etiraf olunur. Lakin inkişafın yeni dövrü bu məsul vəzifənin də yaradılmasını zəruri edir. Bu baxımdan vitse-prezidentlik institutunun formalaşdırılması ölkəmizdə dövlət idarəçiliyi mexanizmlərinin daha da təkmilləşdirilməsinə imkan verəcək.

Bu taleyüklü günlərdə ölkə ağsaqqalları yenə də öndədirlər, fəal təbliğat və təşviqat işi aparırlar. Ölkənin paytaxtından kəndlərə qədər - bütün bölgələrdə seçicilərlə görüşlər təşkil olunur, əhali ilə sıx təmas qurulur. Əsasən də gənclərlə ünsiyyət saxlanılır, onlara Konstitusiya islahatlarının mahiyyəti anladılır. Sevinirik ki, xalqımızın yüksək mənəvi dəyərlərindən irəli gələn ağsaqqala ehtiram, ağsaqqal nəsihətini dinləmək kimi xüsusiyyətlər bu prosesdə də özünü əyani göstərir. Ağsaqqallar təşviqat prosesində daim xalqımızın keçdiyi məşəqqətli yolu gənclərə bir daha anladır, müstəqillyimizin ilk illərində baş verən xaosu yada salır, bugünkü inkişafın hansı çətinliklə əldə edildiyini real faktlarla təsdiqləyir.

Ağsaqqallar Şurasının İdarə Heyətində keçirdiyimiz iclaslarda referendumda fəal iştirakla bağlı qərar qəbul etmişikbu prosesdə fəaliyyətimizin əsas istiqamətlərini müəyyənləşdirərək, rayon təşkilatlarına göndərmişik. Ağsaqqallar fərdi qaydadamüvafiq təşəbbüs qruplarının tərkibində ölkənin əsas siyasi kampaniyasında iştirak etməyi böyük vətəndaşlıq borcu kimi qəbul edirlər.

Ağsaqqallarımız bu qənaətdədirlər ki, cəmiyyət inkişafını şərtləndirən hüquqi normalar sisteminin Əsas Qanunda da əksini tapması mütləqdir. Bu mənada, Konstitusiyaya əlavə və dəyişikliklər ölkəmiz üçün yeni uğurlu mərhələnin başlanğıcıdır. Bütün bu dəyişikliklər mahiyyətcə postneft dövründə ölkəmizin davamlı və sabit inkişafını təmin etmək, siyasihüquqi idarəçilik mexanizmlərini müasir dünyanın aktual çağırışlarına uyğunlaşdırmaq, islahatları sürətləndirmək məqsədi daşıyır.

Bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası, xalqın və dövlətin mənafeyi naminə nümayiş etdirdiyi siyasi idarə və qətiyyət Konstitusiya islahatlarının əsl mahiyyətini obyektiv qiymətləndirməyə əsas verir. Azərbaycan 26 sentyabr referendumundan sonra demokratikhüquqi inkişaf yolunda daha inamla irəliləyəcək, yeni imkanlar əldə edəcək.

Bu inam dövlət başçısının son 13 ildəki gərgin əməyinə, fədakarlığına və bunun möhtəşəm nəticələrinə söykənir!

Bu inam hər addımda müşahidə etdiyimiz bir əlahiddə amildən - Prezidentlə xalqın sarsılmaz mənəvi bağlılığından vüsət alır!

Bu inam Prezident İlham Əliyevin Azərbaycanda idarəçilik fəlsəfəsinə yeni məna çalarları gətirmiş “Mən hər bir azərbaycanlının prezidenti olacağam” çağırışından qaynaqlanır!

Nəhayət, bu inam mayasında Heydər Əliyev sevgisi dayanan ümumxalq rəğbətindən qüdrət alır!

İnanıram ki, müdrik Azərbaycan xalqının düzgünobyektiv reallığa əsaslanan bu seçimi də müstəqil respublikamızın yüksəlişinin və firavanlığının davamlılığına böyük töhfə verəcək, Heydər Əliyev siyasi kursunun əbədiliyinə yeni zəmin yaradacaq...

 

Fəttah HEYDƏROV,

Milli Məclisin Komissiya sədri,

Azərbaycan Ağsaqqallar Şurasının sədri

 

Azərbaycan.- 2016.- 21 sentyabr.- S. 1, 6.