Konstitusiya islahatları Azərbaycanın yeni inkişaf mərhələsinin əsasıdır

 

2016-cı il Azərbaycanın ictimai-siyasi həyatında olduqca möhtəşəm hadisələrlə zəngindir. Xalqımız dövlətçilik tarixində ilk dəfə müstəqilliyin bərpasının 25 illik yubileyini qeyd edir. Suverenlik tarixinin ildönümü daha bir hadisə ilə əlamətdar təqvimə çevrilir - XXI əsrin yeni dövlətçilik konsepsiyasının təməl müddəalarının əks olunduğu Referendum Aktı cəmiyyətin müzakirəsinə çıxarılır. Beləliklə, 2016-cı il xalqın yaddaşında və müstəqillik salnaməsində həm də Azərbaycanın öz inkişafında yeni fazaya qədəm qoyduğu dönüş nöqtəsi kimi həkk ediləcək.

 

Referendum yeni dövlətçilik konsepsiyasının ümumxalq müzakirəsidir

 

Müstəqil Azərbaycan dövlətinin siyasi-hüquqi sistemi bir çox ölkələrlə müqayisədə son dövrlərdə formalaşıb. Bununla belə, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu bu sistem xalqımızı ikiqütblü dünyanın və sonuncu imperiyanın alt-üst olduğugeosiyasi zəlzələlər”, təcavüzkar müharibə zamanından inkişafın magistral yoluna çıxarmağa qadir olmuşdur. Yeni yüzillikdə Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən yaradıcı şəkildə davamı ulu öndərin əmanəti olan müstəqilliyi “daimilik, sarsılmazlıq və əbədilik” formuluna çevirmişdir. Xalqımız dövlətçilik tarixində ilk dəfə gerçəkliyə çevrilən 25 illik inkişaf və zəfər salnaməsini yarada, yaza bilmişdir.

Bu gün Azərbaycan, suveren dövlətçilik yolunun əsrə bərabər olan bir mərhələsinin yeni inkişaf fazasının astanasındadır. Qarşıda Azərbaycanın öz tarixi torpaqlarını işğaldan azad etmək, ərazi bütövlüyünü təmin etmək, güclü dövlət quruculuğunu daha da möhkəmləndirmək kimi ümummilli layihənin yerinə yetirilməsi durur. Onun reallaşdırılması üçün xalqımız bütün zəruri resurslara malikdir. Bu resurs yalnız qət edilən mərhələnin son dərəcə dəyərli tarixi təcrübəsi deyil, həm də bütün dünyada dövlətçiliyin siyasi-hüquqi sisteminin təkmilləşdirilməsinın zəruri şərti olan, gələcəyə hesablanmış strateji islahatlardır. Referendum Aktı bu islahatların ifadəsidir.

Dünya üzrə konstitusiyaların “ömür müddəti”, yaranması və mövcudluğunun orta yaşı 17-18 ildir. Azərbaycan Konstitusiyası bu yaş müddətini artıq qət edib. Tədqiqatları izlədikdə məlum olur ki, dünya ölkələrinin konstitusiyalarının 116-sı Azərbaycanın Əsas Qanunundan cavandır.

Formalaşan modellərin müqayisəsində kimlərsə konstitusiyanın toxunulmaz qalmasının tərəfdarıdır. Burada misal kimi ABŞ təcrübəsini göstərirlər. ABŞ-ın 1787-ci ildə “təsisçi atalar” tərəfindən qəbul edilmiş konstitusiyası dünyada ilk dəfə yazılı qələmə alınan ən “qədim” əsas qanundur. Bəlkə də bu birincilik onun fərqli tarixi statusunu, toxunulmazlığını şərtləndirmişdir. Belə ki, söhbət quldarığın ləğv edilmədiyi və qulların vətəndaş hesab edilmədiyi bir dövrdə qəbul edilən əsas qanundan gedir. Bütövlükdə silah saxlamanın xalqın ayrılmaz hüququ kimi əksini tapdığı, qanunların qəbulunda leqal lobbiçilik fəaliyyətinə icazə verildiyi, ölüm hökmünün bir çox ştatlarda qaldığı və s. müddəaların əksini tapdığı bir hüquq sisteminin müqayisəsi və mükəmməliliyi barədə hərənin öz fikri ola bilər. Həmçinin istər-istəməz ağla gələn odur ki, bu ölkənin qanunverici orqanında işğalçı Ermənistana yardım etməklə bağlı qərarların, Azərbaycanla bağlı 907-ci düzəlişin, ölkəmizin daxili işlərinə qarışmaq kimi dəyərləndirilən qərəzli müzakirələrin, ikili standartlara əsaslanan qətnamələrin, qondarma soyqırımı ilə bağlı qəbul edilən qərarların qəbul edildiyi bir ölkənin hüquq sisteminin mükəmməlliyi yalnız kiminsə subyektiv fikri ola bilər.

Beləliklə, referendumkonstitusiya islahatları həmişə olubolacaq. Keçmiş Sovet İttifaqında 70 ildə cəmi bir dəfə (1991-ci il, mart) referendumun olması, yaxud dünyada ən çox referendumun onun vətəni olan İsveçrədə (500-ə yaxın) keçirilməsi o demək deyil ki, ümumxalq müzakirəsinin keçirilmə tezliyi-müddəti birmənalı müsbət və ya mənfi dəyərləndirilə bilər. Olduqca təqdirəlayiq hal odur ki, müstəqil Azərbaycan dövlətində formalaşan referendum ənənəsi-modeli milli inkişafa, birliyə, demokratiyadialoqa, cəmiyyətin konsolidasiyasına və müxtəlif xalqların dinc birgəyaşayışına xidmət etməklə, yalnız dövlətimiz üçün deyil, həm də dünya üçün bu institutun mütərəqqi mexanizm kimi tətbiqinə nümunə-töhfə ola bilər.

Referendum Aktını müzakirəyə çıxarmaq asan məsələ hesab edilmir. Yalnız xalqının etimadına əmin olan iqtidar referendumun nəticələrindən çəkinmir. Bu baxımdan referendum, deyə bilərik ki, həm də siyasi liderin öz xalqına güvəninin ifadəsidir.

Ümummilli lider Heydər Əliyevin banisi olduğu müstəqil dövlət idarəçiliyi öz başlanğıcından strateji xarakterli olub. Siyasi-hüquqi islahatlar yaxın və uzaq gələcəkdə Azərbaycan üçün çağırış və təhdidləri öncədən görməklə onları inkişafa, suverenliksabitliyin möhkəmlənməsinə yönəltməyə xidmət edib.

Azərbaycanda konstitusiya islahatları baş verən dəyişikliklərin nəticəsi olmaqla yanaşı, həm də perspektiv çağırış və təhdidləri önləyən siyasi rəhbərliyin növbəti milli layihəsi, mütərəqqi irəliləyişin təkanverici amili, milli inkişafın davamlı yeniləşən konsepsiyası kimi çıxış edib, yeni tarixi uğurlarımızın zəmini olub. Hazırkı referenduma çıxarılan yeni müddəalar və əlavələr də məhz yüzilliyin yeni dövlətçilik konsepsiyasını özündə əks etdirməsi baxımından fundamental mahiyyət daşıyır.

 

Səlahiyyətlərin şaxələnməsi və siyasi elita üçün yeni peşəkarlıq meyarları

 

XXI əsrdə dünyaonun bir parçası kimi Azərbaycan görünməmiş sürətli dəyişikliklər mərhələsi ilə üzləşib. Müstəqilliyin bərpa edildiyi ötən əsrin 90-cı illərinin geosiyasi durumu ilə indiki dövrdə cərəyan edənlər arasında mahiyyət fərqi də ortadadır. Belə ki, o zaman ikiqütblü dünyanın bir qütbü çökmüş, digərinin isə proseslərdə üstünlüyünü təmin etmək iddiası görünməmiş həddə çatmışdı. Məhz özünün geosiyasi maraqlarını güdərək bütün dünyanı idarə etməyi qarşısına qoyanqütb”, hazırda elədiklərinin, yanlış siyasətinin, başqa ölkələrin daxili işlərinə qarışmaqla demokratiya ixrac etməyin bəlalı nəticələri ilə üzbəüz durub.

Son onillər ərzində bir çox inkişaf etməkdə olan ölkələrin təcrübəsinin, Qərb və Avropanın tarixi inkişaf yolunun meyar hesab edilərək təqlid edilməsi dərin transformasiyaya uğramışdır. İnkişaf sahəsində “möcüzə” sözü ilə ifadə edilən presedentləri yaradan Asiya ölkələrinin (“Asiya pələngləri”) təcrübəsi burada həlledici rola malik olmuşdur.

Qlobalregional sistemli böhran vəziyyəti və problemlərin artan təhlükəsi sürətli, operativstrateji idarəçilik tədbirləri ilə dəf edilə bilər. Məhz buna görə də Azərbaycan siyasi rəhbərliyi, qabaqlayıcı və preventiv prinsiplərə əsaslanan yeni idarəçilik modelinin formalaşmasını gündəmə gətirib.

Bütövlükdə beynəlxalq hüquq sisteminin iflici, texnogenhumanitar fəlakətlər, terrorizmin ən qəddar formalarının əl-ayaq açması, transmilli maliyyə oliqarxiyasının subyektiv maraqlarla yönləndirdiyi iqtisadi böhran, “azad bazarın öz-özünü tənzimləməsinə” dair müddəaların çökməsi dövlət idarəçiliyi institutunun artan rolunu gündəmə gətirib.

Azərbaycanda dövlət idarəçiliyinin mövcud şaquli müstəvisi, onun fəaliyyətinin göstəriciləri (Dünya Bankı), rəqabətədavamlılıq və islahatların dinamikası (Dünya İqtisadi Forumu), həyat keyfiyyəti və səviyyəsi (BMT-nin İnkişaf Proqramı) çoxsaylı reytinqlərdə öncül yerlərdə qərar tutub. Dünya Bankı 1996-cı ildən başlayaraq davamlı şəkildə dövlət idarəçiliyinin 6 indeksi üzrə (Worldwide Governance Indicators) tədqiqatlar aparır. Burada da ölkəmizdə mövcud olan idarəçiliyin yüksək keyfiyyəti əksini tapmışdır.

Hazırda dünyada yalnız sistemli siyasi-iqtisadi deyil, həm də idarəçilik böhranı yaşanır. Bu məsələ paradoksal olaraq həm də lider faktoru, daha dəqiq deyilsə, dünya siyasətində liderlik böhranı ilə bağlıdır. Dünya tarixi göstərir ki, dövlət quruluşunun istənilən formasında dövlət başçısı liderlik keyfiyyətləri olan şəxsiyyətdirsə, o, xalqının taleyində həlledici rol oynayır. Bu baxımdan güclü lider həm də güclü dövlət deməkdir.

Referendumda təklif edilən idarəçiliyin şaquli müstəvisinin, prezident institutunun gücləndirilməsi, vitse-prezidentlər postunun təsis edilməsi, səlahiyyətlərin şaxələnməsi Azərbaycanın mövcud idarəçilik modelinə gətirilən innovasiyalardır. Vitse-prezidentlik postunun təsis edilməsi silsilə institusional-inzibati islahatlara təkan verməklə, şaquli inteqrasiya olunmuş dövlət idarəçilik sisteminin möhkəmlənməsinə, idarəçiliyə layiqli kadrların seçilməsinə imkan yaradacaq. Bununla da müasir dövlətin milli təhlükəsizliyinin mühüm şərtlərindən olan peşəkar kadrlar korpusunun meritokratik sistemi formalaşacaq. Bu həm də, ən başlıcası, məsuliyyətin dərk edilməsi, operativçevik qərarların qəbul olunması baxımından önəmlidir.

Məlum olduğu kimi, şaquli inteqrasiya olunmuş dövlət idarəçilik sistemi səmərəli idarəçilik modelinin əsas göstəricilərindəndir. Səmərəli idarəçilik siyasi, iqtisadiinzibati rıçaqların şaquli inteqrasiya olunmuş potensialının, hədəflərə ən tez və ən az itkilərlə nail olmağın, inzibati elitanın dövlətçilik dəyərlərinə bağlılıq və s. kimi bir çox meyarlarını əks etdirir.

Prezidentlik müddətinin artırılması ilə bağlı yeni maddə haqda kifayət qədər əsaslı şərhlər verilmişdir. Prezident suverenliyin atributu, müstəqilliyin simvolu və qarantıdır. Onun statusrolunun möhkəmləndirilməsi həm də dövlətin möhkəmləndirilməsi deməkdir. Dünyada dövlət başçısının seçilməsində ümumi demokratik qaydalar bənzər olsa da, ölkədən ölkəyə tarixi-mədəni, sivilizasions. amillər baxımından fərqlidir. Referenduma çıxarılan dövlət hakimiyyəti, yaş senzi, parlament, prezidentlik müddətinın uzadılması və vitse-prezident postunun yaradılması dövlət idarəçiliyinin yeni tipinə aid olan müddəalar, məntiqi olaraq idarəetmənin bütün halqalarında institusional islahatlara təkan verəcək. Dövlət strukturlarının peşəkarlığı, təşkilati strukturunun təkmilləşməsi və funksional çevikliyinin yüksəldilməsi ilə xalqa xidmət edəcəkdir.

Bir məsələ xüsusi vurğulanmalıdır ki, Azərbaycanda mövcud dövlət idarəçilik modeli böhrana qərq edilən və idarəedilməz vəziyyətdə olan çoxsaylı dövlətlərlə müqayisədə örnək hesab edilə bilər. Azərbaycan milli inkişaf modelinin cəlbediciliyi son illərdə baş verən böhranhumanitar fəlakət fonunda bütün dünyada diqqəti cəlb edir. Belə olmasaydı, dövlət başçımız işğalçı müharibə şəraitində etnik təmizləməyə məruz qalmış bir milyondan çox qaçqın probleminin tənzimlənməsi ilə bağlı təcrübəsini bölüşmək üçün Avropada yaşanan humanitar fəlakətin (miqrant axınının) tənzimlənməsinə həsr edilən qlobal müzakirəyə dəvət edilməzdi. “Böyük İyirmilər”in sammitində, onun dünyanı təhdid edən qlobal problemlərin həlli yolunu göstərən “Ümumi strategiyanın formalaşması” adlı məruzəsində Azərbaycan modelinin örnəkləri təqdim edilməzdi.

 

Postneft strategiyasına keçid yeni dövlətçilik modelinin həlledici əsasıdır

 

Konstitusiya islahatlarında əksini tapan yeni maddə və əlavələr hamısı dövlətçilik konsepsiyasında məntiq etibarilə bir-biri ilə sıx bağlı olub, postneft dövrünə hədəflənmişdir. Bu baxımdan yaş senzi, sosialinzibati hüquqlar, insan həyatının və sağlamlığının müdafiəsi və digər məqamlarla bağlı əlavələr tətbiq ediləcəyi halda insan amilinə olan gözləntilər daha səmərəli reallaşacaq. Müasir dövlətin idarəçilik strukturlarında elitaların siyasiintellektual-texnokrat səviyyələri arasında fərqin, demək olar ki, aradan götürüldüyü informasiya sivilizasiyasında yaşayır. Müstəqil dövlətçiliyin yaranmasında ulu öndər Heydər Əliyevin neft strategiyasının malik olduğu əhəmiyyətli yeri indi postneft dövrünün fundamental resursu - insan amili, fəal və yaradıcı Azərbaycan vətəndaşı tutur.

XXI əsrdə müasir dövlət kimi Azərbaycanın davamlı və yüksək həyat keyfiyyəti və standartlarına malik inkişafı, yalnız insan potensialının, vətəndaşın təşəbbüskarlığının, novatorluqkreativliyinin aşkarlanması və reallaşması sayəsində mümkündür. Bu baxımdan Konstitusiyada yaş senzi ilə bağlı əlavələrin stimullaşdırıcı və təkanverici strateji əhəmiyyəti var. Yaş senzi ilə bağlı əlavə gənclərin ictimai-siyasi həyatda daha fəal olması, sağlam intellektual rəqabət aparması üçün stimul yaradacaq, onlar səy və təşəbbüslərini ortaya qoyacaqlar. Gənclərə, bir qayda olaraq, islahatçılıq ruhu xasdır. XXI əsrin Azərbaycan gənci xarici həmyaşıdları ilə rəqabətdə üstünlüyə malik olmalı, bunun üçün daha fəallığını, intellektual peşəkarlığını və əzmini artırmalıdır.

Referendum Aktında “Fərdi məlumatların qorunmasına dair” maddə elektron dövlət quruculuğu sahəsində görünməmiş irəliləyişə nail olan, bu sahə ilə bağlı qlobal dəyərləndirmələrdə öncül sıralarda duran Azərbaycanda çox böyük aktuallığa malikdir. Sivilizasiyanın öz inkişafında tamamilə yeni bir mərhələyə, informasiyabilik cəmiyyətinə qədəm qoyması səbəbindən artıq yeni - dördüncü, hətta beşinci nəsil insan hüquqlarının qəbul edilməsi zəruriliyindən söhbət gedir. Mahiyyətcə dinamik fenomen olan hüquq dəyişən reallıqla sıx əlaqədardır. Rəqəmsal inqilab milli təhlükəsizliyin fundamental şərti olan fərdi təhlükəsizliyə, insan hüquqlarına da təhdidlər yaradır. Vətəndaş virtual informasiya məkanında nə qədər çox təmsil olunursa, onun şəxsi və ictimai həyatına aid olan məlumatlara kənardan o qədər çox müdaxilə və nəzarət imkanları yaranır. Dövlət bu sahədə də ədaləti təmin edir.

“E-dövlət” sistemində insanın varlığını, onun şəxsiyyətini təkcə real sənəd deyil, həm də virtual-biometrik məlumat təsdiq edir. Bu məlumatların ələ keçirildiyi halda həyatda olan insanın öz mövcudluğunu sübut etməsi sual altında qala bilər. Bu həm də yalnız “qorxu filmləri”nin süjeti deyil, baş verə biləcək reallıqdır. Müvafiq maddənin referendumda əksini tapması bütün müsbət cəhətləri ilə yanaşı, artıq “elektron idarəçilikdən” “mobil (smart) idarəçiliyə” keçid alan ölkəmizdə vətəndaşlarımızın maariflənməsinə, onların təhlükəsizliyinə də böyük töhfə sayılmalıdır.

Referendumda Konstitusiyanın 29-cu maddəsinə xüsusi mülkiyyətin sosial öhdəliklərinə dair maddənin əlavə edilməsi strateji əhəmiyyətə malikdir. Azərbaycan Respublikasında mülkiyyət dövlət tərəfindən müdafiə olunur və mülkiyyətin bütün növləri (dövlət, xüsusi, bələdiyyə) xalqın rifahının yüksəldilməsinə xidmət edir. İnsan hüquqları sahəsində beynəlxalq müqavilə və öhdəliklər, ortaya cıxan hər hansı mübahisəli məsələlər dövlət suverenliyini və Əsas Qanunun prioritetini nəzərə almaqla icra edilə bilər. Bu baxımdan insan hüquqlarına dair beynəlxaq müstəvidə qəbul edilən qərarlar da suveren Konstitusiyanın prioritetini qəbul etməlidir. Milli qanunvericiliklə beynəlxalq qərarların icrası arasında ziddiyyətlər və müvafiq analoji hüquqi kolliziyalar Almaniyada, İtaliyada, Britaniyada, Rusiyada (“YUKOS işi” ilə bağlı Strasburq məhkəməsinin qərarının ləğvi) üzə çıxmışdır. Məlum olmuşdur ki, bütün münaqişəli vəziyyətlərdə son söz əsas qanunundur. Suveren dövlət və onun mülkiyyəti ilə bağlı iddialara dair son qərarı beynəlxalq təşkilat deyil, yalnız ölkənin konstitusiyasında əksini tapan müddəalar müəyyən edə bilər. Bu baxımdan xüsusi mülkiyyət hüququnun məhdudlaşdırılmasına dair səslənən fikirlərin heç bir əsası yoxdur.

 

Dövlətin yeni öhdəlikləri

 

Referendumda təklif edilən siyasi-hüquqi islahatların hədəflərini yığcam şəkildə “güclü dövlət, azadfiravan cəmiyyət” sözləri ilə ifadə etmək olar. Bu baxımdan əlavələrin böyük əksəriyyətinin insan hüquqları və demokratiyanın inkişafına xidmət etməsinə dair ekspertlərin izahı birmənalı reallıqdır.

İnsan hüquqları və demokratiyanın tanınmış alimlər tərəfindən “XX əsrin ən böyuk utopiyası” adlandırıldığı, Aralıq dənizində alyans gəmilərinin miqrantların qarşısını almaq məqsədilə toplardan atəş açaraq dənizin dibində batırıldığı, milyonların ləyaqətinin boş şüara, mifə çevrildiyi bir vaxtda Azərbaycan dövləti “insan ləyaqəti”ni konstitusiya islahatlarının mərkəzinə gətirir. Bir əsr əvvəl bütün Şərqdə ilk olaraq demokratiya məşəlini yandıran Azərbaycana layiq olan da məhz budur.

Bundan əlavə, aqressiv millətçiliyin, kseno və islamofobiyanın, neonasizmin, 15 minə yaxın qaraçının Avropadan sürgün edilməsini, insan hüquqlarına inanıb axın edən qaçqınlara qarşı ucaldılan “Avropa qalası”ndan bəhs etməyə, irqi ayrı-seçkiliyin sürətlə artan dinamikasının izahına ehtiyac varmı? Hər şey göz önündədir. Azərbaycan ərazi bütövlüyü pozulmuş, torpaqları işğal edilmiş şəraitdə demokratik dövlət qurmasına baxmayaraq, bir sıra ölkələr kimi, insan hüquqlarının məhdudlaşdırılması ilə bağlı ayrıca qərarlar qəbul etməyib. Halbuki bu praktika nəinki sıravi vətəndaşlar, hətta qanunverici orqan üzvlərinə münasibətdə də tətbiq edilir. 2012-ci ildə Almaniya Bundestaqı “Solçular” partiyasının 4 üzvünü deputat toxunulmazlığından məhrum etmişdi. Səbəb onların “qanunazidd əməllərin törədilməsi üçün kütləvi etirazlara çağırışlar etməsi” olmuşdu.

Referendumda insan hüquqları ilə bağlı əlavələr sosial rifahın və ədalətin balansını təmin edir, vətəndaşa xidmətin Azərbaycan standartları kimi çıxış edir. Azərbaycanda vətəndaşın firavanlıq meyarları müəyyən edilərkən maddi rifahla yanaşı, sosial ədalət də ön sıraya qoyulur. Onların balansı təmin edilir.

İstər ölkə daxilində, istərsə də xaricdə ciddi qəbul edilən qurumlar, siyasətçilər xalqın müzakirə və səsvermə haqqını dəstəkləyir. Onun əleyhinə olanlar isə həm daxildə, həm də xaricdə “bir medalın iki üzükimi eynidirlər. Referendum layihəsi özünü müxalifət adlandıranların və soyuq müharibə dövründə “sovetşünasolan, hazırda isə işsiz qalıb “azərbaycanşünas”a qədər metamorfoz edən xarici himayədarlarının düşərgəsində canlanma yaradıb.

Belə ki, bir tərəfdə ölkə xaricində soyuq müharibə dövrünün reliktləri - “sovetşünaslar” erməni lobbisinin maliyyələşdirdiyi “azərbaycanşünas”a transformasiya ediblər. Təsəvvür edə bilmirlər ki, Azərbaycan artıq sovet respublikası deyil. Digər tərəfdən, milli azadlıq hərəkatının sovet imperiyasına qarşı çıxdığı dövrün ovqatı da daxildə özünü müxalifət adlandıran, lakin yenə də sovet respublikası ilə suveren Azərbaycan dövlətinin fərqində olmayan bir ovuc qismin şüuruna hakimdir. 25 il əvvəlin hüquqi nihilizm, fəlakət və sarsıntılarının həsrətindədir. Müstəqilliyin kağız üzərində olduğu həmin illərdə cəmiyyətdə hökmranlıq edən hüquqqanunçuluq vakuumu şəraitində ölkə qanunlarla deyil, onun əvəzinə qanunsuz silahlı dəstələrlə idarə olunurdu.

Azərbaycana qarşı Ermənistanın davam edən işğalçılıq siyasətindən narahat olmayan qüvvələr indi nəsə yaman narahat olublar. Suveren dövlətçiliyin atributu və qarantı olan prezident institutunun təkmilləşdirilməsi onlar üçünqorxulu yuxuya çevrilib. Sual olunur: Ermənistan keçən il referendumda parlament üsuli-idarəsinə keçməyi qərara alıbsa, bununla Ermənistanda “demokratiya “aşıb-daşır”? Yaxud daha “qəmli” sual: bu ölkədə yenidən siyasi mübarizədə rəqiblərini aradan götürməyin ənənəsinə çevrilən, parlamentin daxilində siyasi terror və güllələnmənin təkrar olacağı halda Ermənistanın aqibəti nə olacaq?

Qlobal maliyyə böhranının təsirlərindən ruhlananların böhran elmi və fəlsəfəsindən nə qədər bixəbər olduğu heyrət doğurur. Azərbaycan müstəqil dövlətçilik yolunda hansı böhranları, xaos və məhvedici məqamları arxada qoymayıb? Böhran elminə görə hər bir böhran mərhələsi özlüyündə həm də yeni şans, dəyişikliklər deməkdir. Necə unutmaq olar ki, 1990-cı illərdə yaşanan böhranın ən ağır xaos dövrü onlar üçün məğlubiyyət, böhranla mübarizə strategiyasına malik olan dahi lider Heydər Əliyev üçün müstəqil Azərbaycan dövlətçiliyini yaratmaq şansına, xalqımız üçün isə qalibiyyət tarixinə çevrildi?!.Demokratiya” ilə bağlı hay-küylərə nöqtəni isə 26 sentyabr referendumunun nəticələri qoyacaq.

Beləliklə, Azərbaycan müstəqillik tarixində növbəti dəfə dünyanın qabaqcıl ölkələrini təqib etməklə deyil, mümkün qlobal meyilləri və təhdidləri önləməklə inkişafın yeni fazasına keçidin layihəsini müzakirə edir. Layihədə milli inkişafın təklif edilən parametrləri, resursları, prioritetlər sırası da yeni və fərqlidir. Bu baxımdan referendum Azərbaycanın yalnız milli inkişaf yolunun təkmilləşməsi yönündə deyil, hazırda bütün dünyada yaşanan dövlət idarəçiliyi böhranını və ondan çıxış yollarını arayan ölkələr üçün töhfə sayıla bilər.

 

Tahirə ALLAHYAROVA,

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar

Mərkəzinin şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru

 

Azərbaycan.- 2016.- 22 sentyabr.- S. 11.