A.A.Paşayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Ağaverdi Ağa Əli oğlu Paşayev “Şöhrət” ordeni ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 sentyabr 2016-cı il

 

Azərbaycan.- 2016.-  23 sentyabr.- S. 2.