Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvlərinə fəxri adların verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının aşağıdakı üzvlərinə Azərbaycan Respublikasının fəxri adları verilsin:

Əməkdar incəsənət xadimi

Atayev Fəxrəddin Qəhrəman oğlu

Əməkdar artist

Əliyev Telman Adil oğlu

Əsədov Çingiz Eynulla oğlu

Qubadov Ceyhun Şahbala oğlu

Şahmuradova Nigar Oqtay qızı

Şahmuradova Viktoriya Aleksandrovna

Talıbzadə Xuraman Səmədağa qızı.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 sentyabr 2016-cı il

 

Azərbaycan.- 2016.- 23 sentyabr.- S. 2.