Veb-kameralar referendumda da sınaqdan uğurla çıxdı

Seçki sistemində şəffaflığın təmin edilməsi üçün müasir informasiya texnologiyalarının tətbiqi mühüm əhəmiyyət kəsb edir. Fərəhli haldır ki, Azərbaycan müxtəlif çoxsaylı aşkarlıq institutlarının, xüsusilə yerli beynəlxalq müşahidəçilərin, həmçinin kütləvi informasiya vasitələri nümayəndələrinin sərbəst fəaliyyət göstərməsi üçün yaradılan geniş hərtərəfli imkanlar baxımından nümunədir.

Təsadüfi deyil ki, indiyədək keçirilən bütün seçkilər referendumlar zamanı aşkarlığın daha çox təmini üçün yeni təşəbbüslərə yüksək həssaslıq nümayiş etdirilib onların reallaşması istiqamətində imkanlar səfərbər olunub. Azərbaycanda keçirilən həm seçki, həm referendumda şəffaflığın beynəlxalq standartlara uyğun, yüksək səviyyədə təmin olunması üçün bütün digər vasitələrlə yanaşı, informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərindən geniş istifadə olunur ki, bu da prosesləri əvvəldən axıradək fasiləsiz izləməyə, geniş hərtərəfli müşahidə aparmağa, beləliklə, aşkarlığın daha dolğun təminatına şərait yaradır. Bu mənada ilk dəfə 2008-ci ildə, prezident seçkiləri zamanı səsvermə məntəqələrində quraşdırılan veb-kameralar ölkəmizdə seçkilərin şəffaflığının daha dolğun təmin edilməsi istiqamətində aparılan işlərin mühüm tərkib hissəsidir. Daha sonra 2009-cu ildə referendum bələdiyyə seçkilərində, 2010-cu 2015-ci illərdə parlament seçkilərində, 2013-cü ildə prezident seçkilərində seçki məntəqələrinə quraşdırılan veb-kameralar sınaqdan uğurla çıxıb.

Ölkəmizin həyatında mühüm ictimai-siyasi hadisə olan ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsində şəffaflıq ən mühüm prinsiplərdən biri idi. Odur ki, əvvəllər seçkilərdə uğurla tətbiq olunan seçki məntəqələrinə fiziki baş çəkmədən, internet üzərindən səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan istifadə təcrübəsi referendumda da davam etdirildi. Belə ki, səsvermə günü seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə ölkəmizin coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində (təqribən 20 faiz) veb-kameralar quraşdırılmışdı. Dünən internet istifadəçiləri həm ölkə daxilindən, həm xaricdən Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsinə daxil olaraq heç bir qeydiyyat tələb olunmadan səsvermə prosesini, səslərin sayılmasını nəticələrin müəyyənləşdirilməsini arasıkəsilmədən birbaşa müşahidə etmək imkanına malik oldular. Veb-kameralar stasionar qaydada quraşdırılmışdı onlar hərəkət etmədiyi üçün yalnız yönəldiyi istiqaməti izləmək mümkün idi. Əlbəttə, onların hərəkətinə ehtiyac da yox idi. Çünki yönəldikləri istiqamətdə səsvermə məntəqəsində baş verən bütün prosesləri izləmək olurdu.

Ən çox quraşdırılan veb-kameralar 48 saylı Yevlax 113 saylı Şəki şəhər seçki dairələrinin payına düşür. Belə ki, bu seçki dairələrinin hər birinin 15 səsvermə məntəqəsində veb-kameralar quraşdırılıb. Veb-kameralar yalnız Ermənistan tərəfindən işğal edilmiş rayonlarımızı əhatə edən 120 saylı Cəbrayıl-Qubadlı, 121 saylı Laçın, 122 saylı Xankəndi, 123 saylı  Kəlbəcər, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd 125 saylı Zəngilan-Qubadlı seçki dairələri üzrə quraşdırılmamışdı.

Dünyanın hətta əksər inkişaf etmiş ölkələrində belə seçki prosesinin bu cür şəffaflığına rast gəlmək mümkün deyil. Bununla belə, 2008-ci ildən tətbiq olunduğu üçün veb-kameralardan istifadə Azərbaycanın seçki praktikası üçün yenilik sayılmır. Veb-kameralar vasitəsilə keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin edilməsi üçün kameraların quraşdırılması, tənzimlənməsi və digər texniki parametrlərin daha da təkmilləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Veb-kameralarla əldə edilən videogörüntülər mərkəzləşdirilmiş qaydada yazılır və onlardan şikayətlərin araşdırılması zamanı sübut kimi istifadə edilə bilər.

Azərbaycanda səsvermənin gedişini birbaşa internetdən izləmək üçün tətbiq olunan bu üsul - seçki məntəqələrində veb-kameraların quraşdırılması daim xarici ekspertlər tərəfindən çox yüksək qiymətləndirilib. Artıq bəzi ölkələr Azərbaycanın bu təcrübəsindən istifadə edirlər.

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2016.-27 sentyabr.- S.7.