Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Konsert-görüşkeçirilib

Sentyabrın 23-də Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində dahi bəstəkarın ev-muzeyində “Konsert-görüşkeçirilib.

AZƏRTAC xəbər verir ki, ev-muzeyinin direktoru, Əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcov skripkaçı Fərhad Aşumovupianoçu Zülfiyyə Sadıqovanı qonaqlara təqdim edib.

Bildirilib ki, Nazim Əliverdibəyov adına gənc ifaçılar müsabiqəsinin diplomantı Fərhad Aşumov Dərbənd, Mahaçqala, Brno, Bratislava, Trnava və digər şəhərlərdə konsert proqramları ilə çıxış edib.

Xəzər Universitetində Musiqi və incəsənət kafedrasının müdiri dosent Zülfiyyə Sadıqovanın İngiltərə, Norveç, İtaliya, Fransa, Türkiyə, İran, Rusiya, Qazaxıstan, Gürcüstan və Qırğızıstanda solo konsertləri olub.

Üzeyir Hacıbəylinin ev-muzeyində təqdim edilən konsertdə Fərhad Aşumov və Zülfiyyə Sadıqova Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini səsləndiriblər.

Azərbaycan.-2016.- 24 sentyabr.- S.11.