Əli Həsənov: “Azərbaycan islahatlar astanasında

 

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Rusiyanın TASS agentliyinin müxbirinə müsahibəsində ölkə Konstitusiyasına əlavə dəyişikliklərlə bağlı sentyabrın 26-da keçiriləcək referendum Azərbaycanda islahatlar barədə danışıb. AZƏRTAC müsahibəni təqdim edir.

 

X X X

 

-Azərbaycan Konstitusiyasına əlavələr dəyişikliklər edilməsi ilə əlaqədar referendum keçirilməsi zərurəti hansı amillərlə bağlıdır?

-Azərbaycan Respublikasının hazırda qüvvədə olan Konstitusiyası 1995-ci ildə qəbul edilib. 2002-ci 2009-cu illərdə Konstitusiyaya əlavələr dəyişikliklər edilməsi ilə bağlı referendumlar keçirilib. Azərbaycan Konstitusiyasına əlavələr dəyişikliklər edilməsi zərurəti son 7 ildə ölkənin ictimai-siyasi, sosial-iqtisadi mədəni həyatında baş vermiş köklü dəyişikliklərlə, habelə regionda dünyada cərəyan edən siyasi iqtisadi proseslərlə əlaqədar yaranıb.

-Konstitusiya islahatı hansı sahələri əhatə edir?

-Referendum aktında Konstitusiyanın 23 maddəsinə dəyişikliklər edilməsi onun altı yeni maddə ilə tamamlanması nəzərdə tutulur. Əlavələr dəyişikliklər insan haqlarının azadlıqların müdafiəsini təmin edən əsasların təkmilləşdirilməsini; effektiv çevik dövlət idarəçiliyi mexanizminin formalaşmasını; həyata keçirilən iqtisadi islahatların səmərəliliyini ardıcıllığını təmin etmək üçün iqtisadi idarəçilik mexanizminin təkmilləşdirilməsini, qanunverici hakimiyyətin fəaliyyəti ilə bağlı yeni tələblərin müəyyən edilməsini; dövlətin təhlükəsizliyi, cəmiyyətdə sabitlik üçün əlavə təminatlar yaradılmasını nəzərdə tutur. Bütövlükdə dəyişikliklər cəmiyyətin inkişafının müasir mərhələsində onun həyat fəaliyyətinin əsas sahələrini əhatə edir.

-Vitse-prezidentlik təsisatının tətbiq edilməsi ilə bağlıdır?

-Dövlət idarəçiliyinin səmərəli çevik mexanizminin formalaşması, icra hakimiyyəti şaqulisinin icra intizamının möhkəmlənməsi üçün beynəlxalq təcrübədə operativ effektiv idarəetmənin təmin edilməsi üçün əlverişli mexanizm kimi özünü doğrultmuş vitse-prezidentlik təsisatı yaratmaq təklif olunur.

Dəyişikliklər dövlətin həyat fəaliyyətinin müxtəlif sahələrinə cavabdeh olan birinci vitse-prezident vitse-prezidentlər vəzifələrinin təsis olunmasını nəzərdə tutur. Yeni idarəçilik təsisatı prezident idarəçilik formasının müasir çağırışlara adekvatlığını təmin edəcək fors-major hallarında dövlət idarəçilik mexanizminin optimal funksionallığı üçün şərait yaradacaq. Yenilik ölkədə artıq uğurla həyata keçirilən iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsi ideyasına xidmət edir. Yeni təsisatın formalaşması ilə əlaqədar Azərbaycan Prezidentinin səlahiyyətlərinin icraçı mexanizmi dəqiqləşdirilir dövlət idarəçiliyi mümkün risklərdən sığortalanır.

-Referendumdan sonra dəyişikliklərin dərəcədə tez tətbiq edilməsi nəzərdə tutulur?

-Əgər sentyabrın 26-da Azərbaycan xalqı Azərbaycan Konstitusiyasına dəyişikliklərin əlavələrin lehinə səs verərsə, onda müvafiq dövlət orqanları tərəfindən təsdiq ediləndən sonra ölkə Prezidenti qanunvericilik qaydasında öz səlahiyyətləri çərçivəsində referendumun nəticələrinin reallaşdırılması proseduruna başlayacaq.

-Dövlət başçısının təşəbbüsünün cəmiyyət tərəfindən dəstəklənməsi ehtimalı necədir?

-Prezident İlham Əliyev xalqın çox böyük dəstəyini qazanıb onun təşəbbüslərinin praktiki olaraq hamısı Azərbaycan vətəndaşları tərəfindən bəyənilir. Bu il sentyabrın əvvəlində nüfuzlu beynəlxalq sosioloji mərkəzlər tərəfindən aparılmış sorğuların nəticələrinə əsasən qəti demək olar ki, ölkə vətəndaşları Konstitusiyaya dövlət başçısı tərəfindən təklif edilən dəyişiklikləri əlavələri dəstəkləyəcəklər.

AmerikanınAJF&Associates, Inc.” təşkilatının keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 92,8 faizi Konstitusiyaya əlavələr dəyişikliklər edilməsinə razılıqlarını bildirib. Fransanın “Opinion Way” tədqiqat institutu tərəfindən keçirilmiş sosioloji sorğu da göstərib ki, respondentlərin 87 faizi Prezidentin təşəbbüsünü bəyənir.

-Dəyişikliklər əlavələrdə yaş senzinin ləğv edilməsi nəzərdə tutulur. Bu, o deməkdirmi ki, respublikanın 18 yaşa çatmış vətəndaşı ölkənin prezidenti ola bilər?

-Beynəlxalq praktika göstərir ki, bir sıra ölkələrdə, məsələn Fransa Finlandiyada seçkili vəzifələr üçün yaş senzi müəyyən edilməyib. Beynəlxalq təcrübəyə uyğun olaraq aşağı yaş senzinin aradan qaldırılması hər bir insanın öz potensialını reallaşdırmasına imkan verən mühüm amillərdən biridir. Bu, vətəndaşların, xüsusən gənclərin siyasi fəallığını stimullaşdırır.

Azərbaycan qanunvericiliyində yüksək vəzifələr tutmaq üçün 18-20 yaşlarında vətəndaşların dövlət vəzifələrinə seçilməsi ya təyin edilməsi imkanını məhdudlaşdıran tələblərali təhsil s. nəzərdə tutulur.

-Avropa Şurasının Venesiya Komissiyası lap yaxın günlərdə Azərbaycan Konstitusiyasına təklif edilən dəyişikliklərə tənqidi münasibət bildirib. Siz həmin rəyi necə səciyyələndirərdiniz?

-Azərbaycan Avropa Şurasına daxil olandan sonra respublika hökuməti Venesiya Komissiyası ilə həmişə səmərəli əməkdaşlıq edirdi. Tərəflər ümumi dil tapır bir-birinin mövqelərinə hörmətlə yanaşırdı. Bütün hallarda Azərbaycan tərəfinin rəyi arqumentləri öyrənilir yalnız bundan sonra komissiya öz rəylərini elan edirdi. Təəssüf ki, Azərbaycanda referendum məsələsinə dair bütün prosedur qaydaları kobud şəkildə pozulub. Adətən belə məsələləri üç ay ərzində nəzərdən keçirən komissiya bu dəfə tələm-tələsik, Azərbaycan tərəfinin dinlənilmək hüququna məhəl qoymadan, konspirativ formada, iki həftə ərzində özünün çoxsaylı qeyri-dəqiqliklər kobud səhvlərlə dolu rəyini hazırlayıb yayıb.

Venesiya Komissiyası ilə əməkdaşlıq təcrübəsinə əsaslanaraq, habelə onun fəaliyyətinin xarakterini nəzərə alaraq əminliklə demək olar ki, bu qurum öz nüfuzuna xələl gətirərək, məcburi şəkildə siyasi sifarişi yerinə yetirib.

-İqtisadi idarəçilik dövlət idarəçiliyi sahəsində radikal islahatlar gözlənilirmi?

-Konstitusiya islahatının əsas ideyası dövlət idarəçiliyinin iqtisadi idarəçiliyin daha səmərəli mexanizmlərinin yaradılması üçün zəruri şəraitin təmin edilməsidir.

Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ili Azərbaycan iqtisadiyyatını postneft dövrünün tələblərinə uyğun vəziyyətə gətirməli olan iqtisadi islahatlar ili kimi səciyyələndirib. Yeni mərhələnin əsas prioritetləri ölkə iqtisadiyyatının beynəlxalq məkanda rəqabət qabiliyyətinin artırılması olacaq. 2025-ci ilə qədər sonrakı illər üçün nəzərdə tutulan ümumi hədəfləri müəyyən edən yeni iqtisadi islahatların yol xəritəsi artıq tərtib olunub.

Hesab edirəm ki, dərin iqtisadi transformasiya perspektivinə görə müvafiq dəyişikliklər aparılması nəzərdə tutulan məqsədləri həyata keçirməyə qabil olan daha mükəmməl mexanizmlər yaradılması tələb olunur. Buna görə şübhəsiz ki, dövlət idarəçiliyinin islahatı üzrə ardıcıl konkret addımlar atılmalıdır.

Əminəm ki, Azərbaycan xalqı Prezidentin ölkənin yeni çağırışlara uyğun uğurlu inkişafını təmin edəcək qanunvericilik təşəbbüsünü dəstəkləyəcək.

 

Azərbaycan.- 2016.- 25 sentyabr.- S.2.