Mingəçevir Cənubi Qafqazın

əsas sənaye mərkəzlərindən olacaq

 

Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursu dövlətçiliyimizin uğur missiyası, təkmil inkişaf konsepsiyasıdır. Ulu öndərin müəyyən etdiyi yol ölkəmizi tarixin ağır sınaqlarından çıxarıb hər zaman yüksəlişə, tərəqqiyə, xalqımızı firavan həyata, xoş güzərana qovuşdurub.

Energetika şəhəri Mingəçevirə də Heydər Əliyev həmişə fərqli, xüsusi qayğı və diqqət göstərib. Onun bu şəhər haqqında fikirləri indiçox aktual səslənir: “Mingəçevirin tikilməsində, qurulmasında inkişaf etməsində vaxtilə mən çox zəhmət çəkmişəm. İndi mən buraya gəlib bu hündür binaları, gözəl küçələri, gözəl meydanları, gözəl yaşıllıqları görəndə sevinirəm. Çünki 30 il bundan öncə mən Azərbaycanda rəhbərliyə başlayarkən biz Azərbaycanın hər bir yerində quruculuq işləri aparırdıq. Ancaq Mingəçevir gənc şəhər olduğuna görə, energetiklər şəhəri olduğuna görə buraya xüsusi fikir verirdik”.

Varislik missiyasını bütün istiqamətlərdə böyük məharətlə həyata keçirən Prezident İlham Əliyev də ölkəyə rəhbərlik etdiyi dövrdə hər zaman Mingəçevirə istidoğma münasibət sərgiləyib. Dövlət başçısının energetiklər şəhərinə artıq altıncı səfəri reallaşıb. Söz yox ki, Prezident İlham Əliyevin bölgəyə hər səfəri Mingəçevirin ictimai-siyasi, sosial-iqtisadi həyatında dərin izlər qoyur, şəhərin inkişafında, quruculuğunda yeni mərhələ kimi tarixə çevrilir, unudulmaz şirin xatirələr kimi şəhər sakinlərinin yaddaşına həkk olur.

Dövlət başçısının Mingəçevirə növbəti səfəri sentyabrın 21-nə, payızın ilk gününə təsadüf edirdi. Prezident bu gəlişi ilə Mingəçevirin sosial-iqtisadi həyatında yeni dövrün başladığı, şəhər sakinlərinin firavan dolanışığı üçün minlərlə yeni yeri açılacağı müjdəsini gətirmişdi.

İlk öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsinin önünə gül dəstəsi qoyan Prezident İlham Əliyev sonra şəhərdə aparılan abadlıq, quruculuq işləri ilə tanış oldu. Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimində iştirak edən dövlət başçısı burada şəhər ictimaiyyətinin nümayəndələri qarşısında çıxış etdi. Mingəçevirin yüksəlişinə, şəhər sakinlərinin firavan həyatını təmin etməyə hesablanan möhtəşəm bir layihəsinə start verildi. Prezident çıxışında dedi: “Bu parkın yaradılması Mingəçevir üçün çox böyük əhəmiyyət daşıyır. Deyə bilərəm ki, bu gündən Mingəçevirin yeni inkişaf dövrü başlayır. Bu Sənaye Parkında görüləcək işlər bizim ümumi iqtisadi potensialımızı gücləndirəcək. Burada 9 fabrik yaradılacaq. Bu fabriklərdə işləyənlərin sayı 5-6 minə çatacaq. Bu Sənaye Parkında görüləcək işlərin həcmi təqribən 150-200 milyon dollar səviyyəsindədir. Yəni bu, böyük investisiya layihəsidir. Bu layihəni icra etdikcə, əminəm ki, yeni təşəbbüslər də ortaya çıxacaq. Çünki bu layihənin şəhərin inkişafına, yerlərinin yaradılmasına, ümumiyyətlə, kənd təsərrüfatımızın, sənaye potensialımızın inkişafına çox böyük xeyri olacaq.

Mingəçevir sənaye şəhəridir. Mingəçevir energetiklər şəhəridir. Bundan sonra isə eyni zamanda Mingəçevir nəinki Azərbaycanın, ümumiyyətlə, Cənubi Qafqazın yüngül sənaye mərkəzlərindən birinə, bəlkə də birincisinə çevriləcək”.

Beləcə, yeni inkişaf dövrünə qədəm qoyan Mingəçevir sakinlərinin yaddaşına daha bir tarixi görüşün unudulmaz anları yazıldı. İndi nur şəhərində xoş ovqat yaşanır. Dövlətin öz vətəndaşına sahib çıxması, onun yaxşı yaşaması, xoş güzəran keçirməsi üçün belə möhtəşəm layihəni reallaşdırmasını hər bir şəhər sakini minnətdarlıqla qarşılayıb.

Dövlət başçısının bölgəyə səfərinin şəhər sakinlərində yaratdığı təəssürat da çox yüksəkdir.

İlham MAYILOV, Mingəçevir şəhər xəstəxanasının baş həkiminin müavini:

- Prezident İlham Əliyevin bölgəyə hər səfəri bizim üçün dəyərli töhfələrlə yadda qalır. Regionda böyük inam qazanan Mingəçevir şəhər xəstəxanası uzun illərdən bəri qeyri-normal şəraitdə fəaliyyət göstərirdi. Səhiyyənin maddi-texniki bazası son dərəcə zəif idi. Müasir avadanlıqlarla işləməyi çox arzulayırdıq. Həkimlər gileyli, xəstələr narazı idilər. Dövlət başçısının təşəbbüsü ilə Mingəçevir səhiyyəsini müasir tələblər səviyyəsinə qaldırmaq mümkün oldu. Şəhər xəstəxanası əsaslı şəkildə təmir edilib bölgə sakinlərinin istifadəsinə verildi. Minnətdarlıqla, həm də qürurla deyə bilərik ki, indi bizim xəstəxanada yaradılmış mövcud şərait Avropa ölkələrindəki şəraitdən geri qalmır.

Natiq ABBASOV, Kür Olimpiya tədris idman mərkəzi MMC-nin direktoru:

- Energetiklər şəhəri kimi şöhrət qazanmış Mingəçevir bu gün həm idmançılar şəhəridir. Prezident

İlham Əliyevin böyük qayğı diqqəti sayəsində şəhər başdan-başa yenidən qurulmuş, sözün həqiqi mənasında, gözəlliklər diyarına çevrilmişdir. Ölkə rəhbəri olmamışdan əvvəl - 2000-ci ildə Mingəçevirə gəlmişdi. Kür avarçəkmə bazasının acınacaqlı vəziyyətdə olduğunu görüb, təcili tədbirlərə qərar verdi. O vaxt bazada Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdən qaçmağa məcbur edilmiş məcburi köçkünlər yaşayırdılar. Bazanın adından başqa, demək olar ki, heç qalmamışdı. Dövlətin qayğısı ilə şəhərdə yeni qəsəbə salındı. Köçkün soydaşlarımız rahat mənzillərə köçürüldü. Bundan sonra bazada yeni quruculuq dövrü başladı. Baza əsaslı şəkildə yenidən quruldu. Məhz Prezident İlham Əliyevin qayğısı ilə Kür avarçəkmə bazası dünyanın müasir idman kompleksləri sırasında yer aldı. Bizim bazanın üstünlüyü ondadır ki, ilin bütün fəsillərində fəaliyyət göstərir. Artıq xarici idmançılar da gəlib burada məşq edirlər. 2015-ci il I Avropa Oyunları çərçivəsində avarçəkmə yarışları Mingəçevirdə keçirildi. Şəhərimizə çox sayda idmançılar əcnəbi qonaqlar gəlmişdi. Bazada yaradılmış şərait onların çox xoşuna gəldi. Qayğıya, qonaqpərvərliyə görə hədsiz minnətdarlıqlar eşitdik. Bütün bunlar Mingəçevirin idman həyatında əsl bayram oldu, bizim üçün qürurverici hadisəyə çevrildi. Üzümüzü edən, bazanı müasir tələblər səviyyəsində quran, Azərbaycanı, eləcə Mingəçeviri bütün dünyaya tanıdan Prezident İlham Əliyevin uzaqgörən müdrik siyasəti idi. Dövlətin nur şəhərinə qayğısı indi daha geniş müstəvidə davam edir. Biz bu səfərdən çox məmnunuq. Bu gün Mingəçevirdə yaşamaq işləmək çox xoşdur. İnanırıq ki, dövlətin davamlı qayğısından güc alan nur şəhərinin sabahı daha işıqlı olacaq.

Tahir ƏZİZLİ, şəhər mədəniyyət turizm şöbəsinin müdiri:

- Bu dəfəki səfəri ilə Mingəçevirin inkişafında yeni səhifələr açan Prezident İlham Əliyev şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdə iqtisadi potensialı gücləndirməklə yanaşı, turizmi inkişaf etdirməyə böyük önəm verərək dedi ki, xarici turistlər Mingəçeviri tanımalıdır. Çünki Mingəçevirin gözəl təbiəti, təmiz havası var. Kür çayının ən gözəl təmiz hissəsi Mingəçevirdədir. Kür çayı böyük çaydır. Suyun rəngi , keyfiyyəti bir az fərqlidir. Kür çayı burada tərtəmiz, gözəl, gözoxşayan rəngdədir. Burada çox gözəl təbii şərait, infrastruktur var. Gəncə Qəbələ beynəlxalq aeroportları da yaxınlıqdadır. İndi Bakıdan buraya gəlmək üçün gözəl imkanlar var. Ona görə gələcəkdə burada turizm potensialı inkişaf etməlidir. Dövlət başçısının bu fikirləri bizim gələcək fəaliyyətimizə istiqamət verir. Bölgədə turistlərin marağına səbəb olacaq çox şey var. Mingəçevirin qədim yaşayış məskəni olduğunu sübut edən nümunələr görənlərdə maraq doğurur. Burada tarixi mədəniyyət abidələri diqqət çəkir. Bu yerlərin təbiəti, iqlimi, Kürün füsunkar mənzərəsi, gəzinti qonaqları heyran edir. Biz dövlət başçısının tapşırıqlarını icra etmək üçün bütün qüvvəmizi səfərbər edəcəyik ki, Mingəçevir ən yaxın zamanda respublikanın əsas turizm mərkəzlərindən birinə çevrilsin.

Dövlət başçısının Mingəçevirə bu səfəri də artıq tarixə çevrilmişdir. Ancaq bu səfər məzmun və mahiyyəti baxımından xeyli fərqlidir. Əsas hədəf qeyri-neft sektorunun potensialını əhəmiyyətli dərəcədə artırmaqdır. Prezident qeyri-neft sektorunu inkişaf etdirməyin prioritet vəzifə olduğunu dəfələrlə bəyan etmiş, bu istiqamətdə bir çox uğurlu layihələr həyata keçirmişdir. Bir neçə gün əvvəl isə Sabirabadda pambıqçılığın inkişafına həsr edilmiş müşavirədə də Prezident İlham Əliyev strateji məhsul olan pambıqçılığı inkişaf etdirməklə, ölkəyə valyuta axınının artacağını, əkin dövriyyəsini genişləndirməklə 10 minlərlə yeni yeri açılması hesabına kəndlilərin güzəranının yaxşılaşacağını diqqətə çatdırıb. Mingəçevirdə qurulan yeni Sənaye Parkının xammalla təmin edilməsi aqrar sektorun inkişafı ilə qırılmaz şəkildə bağlıdır. Sənaye Parkının nəzdində 9 fabrik-pambıq iplik, akril iplik, yun iplik, corab məhsulları, ayaqqabı istehsalı, toxuma, parçaboyama, tikiştibbi komsetika fabriklərinin inşa edilməsi nəzərdə tutulub. Pambıq iplik fabrikində birinci mərhələdə ildə 10 min ton, sonrakı mərhələdə isə 20 min ton pambıq iplik istehsalı proqnozlaşdırılır. Məqsəd dünya bazarına xam pambıq yox, pambıqdan hazırlanmış məhsullar çıxarmaqdır. Bu baxımdan aqrar sektorla paralel olaraq ölkədə yüngül sənayeni inkişaf etdirmək zərurəti yaranır. Dövlət başçısının təməlini qoyduğu Mingəçevir Sənaye Parkı da son illərin ən möhtəşəm layihələrindən biridir. Sənaye Parkının fəaliyyəti ölkədə yunun ilkin emalı zavodlarının yaradılmasını da labüd edəcəkdir. Sənaye Parkı işləyəndə yuna, dəriyə xammal kimi ciddi ehtiyac duyulacaqdır. Heyvandarları narahat edən bir sıra problemlər də öz uğurlu həllini tapacaqdır.

Prezident İlham Əliyev bölgəyə səfərinin ertəsi günü imzaladığı sərəncamla Mingəçevirdə abadlıq işlərinin davam etdirilməsi üçün 5 milyon manat vəsait ayırdı. Nur şəhəri sakinlərinin xoş ovqatına yeni sevinc qatıldı. Hər könüldə razılıq, hər ürəkdə minnətdarlıq hədsizdir.

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2016.- 25 sentyabr.- S.3.