Yenidən qurulan Heydər Əliyev parkı sumqayıtlıların sevimli istirahət məkanıdır

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıtda əsaslı təmir edilərək yenidən qurulan Heydər Əliyev parkında yaradılan şəraitlə tanış olub.

Dövlət başçısı elektromobillə parkın ərazisini gəzdi.

Məlumat verildi ki, son dövrlərdə Sumqayıtda əsaslı təmir olunaraq yenidən qurulan istirahət məkanlarından biri də Heydər Əliyev parkıdır. Parkın ümumi sahəsi 8 hektardır. Bu park 1995-1996-cı illərdə salınıb. Ötən ildən başlayan əsaslı təmir və yenidənqurma işlərindən sonra parkın ərazisi genişləndirilərək 15 min kvadratmetrə çatdırılıb. Görülən işlər çərçivəsində parkın girişi və saat qülləsi yenidən qurulub. Burada Bayraq Meydanı da yaradılıb. Buradakı bayraq dirəyinin hündürlüyü 67 metrdir.

Qeyd edildi ki, parkın ərazisində aparılan geniş abadlıq işləri çərçivəsində 5 mindən çox ağac əkilib, 25 min kvadratmetr ərazi yaşıllaşdırılıb. Şəhər sakinlərinin və qonaqların istirahəti üçün parkda hər cür şərait yaradılıb. Heydər Əliyev Mərkəzi, Şahmat Məktəbi, Uşaq İncəsənət Məktəbi bu parkın ərazisində yerləşir.

AZƏRTAC

Azərbaycan.-2016.- 28 sentyabr.- S.3.