Aqrar sahə modernləşmə mərhələsində

 

Yeni yaradılan aqroparklar ölkəmizin inkişafına əsaslı töhfə verir

 

Bu gün Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsi baxımından kənd təsərrüfatı böyük potensiala malikdir. Aqrar sektora güzəştli kreditlərin, vergi güzəştlərinin, subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi istiqamətində mühüm addımlar atılır və böyük layihələrin icrası davam etdirilir. Prezident İlham Əliyev tərəfindən son üç il ərzində verilmiş fərman və sərəncamlar, qəbul edilmiş qanunlar, qərarlar aqrar sektorda iqtisadi fəallığın yüksəlməsinə səbəb olub.

 

Aqrar islahatlar, yeni

çağırışlar və strateji hədəflər...

 

Həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının dinamik inkişafı üçün əlverişli zəmin yaradıb. Bu sektorda əsaslı dəyişikliklər baş verib, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşıb, normativ hüquqi baza təkmilləşdirilib. Xüsusilə kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin və institusional dəyişikliklərin müəyyən edilməsi bu sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoyub. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədi ilə ölkədə müasir aqroparklariri fermer təsərrüfatları təşkil edilir.

Xatırladaq ki, hələ 3 il öncə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi və kənd təsərrüfatının, bütünlüklə aqrar sənaye kompleksinin modernləşdirilməsi istiqamətində tamamilə yeni yanaşma - aqrar sahədə aqroparkların yaradılması konsepsiyasını irəli sürmüşdür. 2014-cü ilin aprel ayında isə Prezidentin imzaladığı “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanından sonra ölkəmizdə aqroparklar yaradılmağa başlanılıb və ilk aqroparkın təməli də həmin il noyabrın 15-də Şəmkir rayonunda qoyulub.

Həyata keçirilən aqrar islahatlar, bu sektora dövlət dəstəyinin əhəmiyyətli dərəcədə gücləndirilməsi, bu sahəyə inamın artmasına və fəallığın yüksəlməsinə səbəb olub.

 

Aqropark- modern

təsərrüfatçılıq mexanizmi

 

Hazırda hökumət qeyri-neft sektorunun inkişaf bazalarından biri kimi aqrar-sənaye sektoruna daha böyük üstünlük verir. Ölkənin inkişafının əsas sütunlarından biri aqrar sektor hesab olunur. İnnovativ iqtisadiyyatda aqrar sektorun modernləşdirilməsi başlıca prinsiplərdəndir və bu sahədə aqrar texnoparkların (aqropark) yaradılması əsas hədəflərdən hesab olunur.

Aqrar sektorun yeni infrastrukturu, ölkəmizdə texnopark modelinin yeni forması olan aqroparkların əsas işi kənd təsərrüfatı məhsulunun istehsalı, qablaşdırılması, logistikası və satışından ibarətdir. İqtisadçı ekspertlər də hesab edirlər ki, yaxın onillikdə kənd təsərrüfatında ən mühüm layihələr aqroparkların yaradılması ilə bağlı olacaq.

Hər kəsə bəllidir ki, kənd təsərrüfatı məhsulları tez xarab olduqlarına görə, realizasiya prosesi sürətli olmalıdır. Əksər hallarda məhsulların fermerlər tərəfindən vaxtında satılması mümkün olmurbunun nəticəsində yararsız vəziyyətə düşərək zərər gətirir. Bu həm maddi itkiyə səbəb olmasına, həm də bazarda məhsul qıtlığına gətirib çıxarır. Nəticədə daxili istehsal hesabına tələbat ödənilmir, idxal məhsullarına üstünlük verilir. İdxal edilən məhsulların çoxu isə geni dəyişdirilmiş olur. Məhsulların yerlixarici bazarlara çıxarılmasında, onların saxlanma və daşınmasında müəyyən çətinliklər də olur. Bu baxımdan aqroparklar müasir texnologiyaları tətbiq etməklə istehsal, emallogistika xidmətlərini mərkəzləşdirilmiş vahid ərazidə yaratmaqla yüksək keyfiyyətli məhsulların alınmasına səbəb olur. Aqroparklar müxtəlif sahəvi strukturları özündə birləşdirir, buraya kənd təsərrüfatı maşınqayırması, kimya, tikinti, bitkiçilik, heyvandarlıq, yeyinti, nəqliyyat, ticarət və s. aiddir. Başqa sözlə, aqropark dedikdə, qarşılıqlı əlaqədə olan kənd təsərrüfatı və sənaye müəssisələrinin birlikdə fəaliyyəti nəzərdə tutulur. Aqroparkların yaradılması ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli aqrar və aqrar-sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədi daşıyır.

 

Kənd təsərrüfatının müasir

inkişaf modelinin faydaları

 

Yaxın onillikdə Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri iqtisadiyyatda karbohidrogen ehtiyatlarının ixracından asılılığı aradan qaldırmaq və iqtisadi artımın lokomotivi kimi neftdən kənar sahələrin, xüsusilə də qeyri-neft sektorunun aparıcı bölməsi hesab olunan aqrar-sənaye sektorunun inkişafını təmin etməkdir. Dövlət sənaye texnoparkları layihələrini hazırkı dövr üçün ən perspektivli model hesab etdiyindən texnoparkların digər forması olan aqroparkların yaradılmasında da maraqlıdır. Prezident İlham Əliyev bildirib ki, aqrar sektorda yeni meyarlar nəzərə alınmaqla proqramların hazırlanmasına, yeni aqrar layihələrə başlamağa ehtiyac var.

Dövlət başçısı əksər çıxışlarında sənaye texnologiyaları parkları ilə yanaşı, kənd təsərrüfatında aqroparkların yaradılmasının zəruriliyini də vurğulayıb. Aqroparkların yaradılması kənd təsərrüfatının inkişafı üçün növbəti bir təkan olacaq. Çünki aqroparklar kənd təsərrüfatının, emalaqrar sənayenin tamamilə yenidən qurulmasını əhatə edir. Aqrar parkların yaradılması ilə kənd təsərrüfatı məhsullarının emalına xüsusi diqqət yetirilir, mövcud aqroemal müəssisələrinin müasir texnologiyaların tətbiqi nəticəsində istehsal gücləri artırılır və yeni müəssisələrin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilir.

Aqroparkların əsas hədəflərindən biri ərzaq təhlükəsizliyi ilə bağlı daha güclü mexanizmlərin tətbiqinın həyata keçirilməsidir. Respublikamızda ərzaq təhlükəsizliyi sahəsində beynəlxalq standartların qəbul edilməsi və yeni milli standartların inkişaf etdirilməsi nəzərdə tutulur. Bunun üçün dövlət proqramına daxil olan meyarlara uyğun tədbirlər görülür, özəl qurumların təşəbbüsü ilə ərzaq təminatının gücləndirilməsinə dair mikrolayihələr həyata keçirilir. Məqsəd aqrar biznesdə rəqabətin artırılmasına, ərzaq məhsullarının keyfiyyət və təhlükəsizlik standartlarına cavab verməsinə şərait yaratmaq, yeni məhsulların istehsalını və bazar əlaqələrini inkişaf etdirmək, mülkiyyətçilərin maliyyə xidmətlərinə çıxışını artırmaqdır.

 

“Azərbaycanda aqroparkların

sayı ən azı 10-a çatmalıdır

 

Aqrar sahədə aparılan islahatarın növbəti uğuru sentyabrın 8-də Xaçmaz rayonunun Yalama qəsəbəsində “Yalama” Südlük-Maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsinin bazasında yaradılmış Yalama aqroparkının açılışı oldu. Bu, ölkəmizdə son illər ərzində Azərbaycanda yaradılan birinci aqroparkdır. 523 hektar ərazidə salınan aqroparkın yaradılmasına birinci mərhələdə 20 milyon manat investisiya qoyulub. Layihənin ilkin mərhələsinə uyğun olaraq, 1000 baş sağmal olmaqla, 3000 başlıq cins iribuynuzlu heyvandarlıq kompleksi, müasir suvarma sistemi ilə təmin olunmuş 385 hektar sahədə iri taxılçılıq təsərrüfatı, istehsal gücü saatda 5 ton olan yem zavodu yaradılıb. Zavodun davamlı və fasiləsiz xammala olan tələbatının ödənilməsi məqsədilə tutumu 4,5 min ton olan anbarsaatda 30 ton taxıl qurudan qurğu quraşdırılıb.

Açılış mərasimində iştirak edən Prezident İlham Əliyev vurğulayıb ki, yeni yaradılan aqroparklar ölkəmizin inkişafına öz töhfəsini verəcək. Çünki bu aqroparkların yaradılması dövlətin həyata keçirdiyi siyasəti əks etdirir. Dövlət başçısı vurğulayıb ki, indiki nailiyyətlərlə kifayətlənməməli, aqroparkın fəaliyyəti genişləndirilməlidir: “Dövlət və özəl sektor tərəfdaşlıq formatında əməkdaşlıq edir. Gələcəkdə bu aqroparkın həm ərazisi, həm də fəaliyyəti genişləndirilməlidir. Ərazisi 3 dəfə bundan böyük olmalıdır. Biz təqribən 1000 hektar əlavə torpağı dövriyyəyə cəlb etməliyik”.

Bu aqroparkın yaradılması həm də sahibkarlığın inkişafı deməkdir. Bu da dövlətin həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Prezident qeyd edib ki, kənd təsərrüfatının müasir inkişaf modeli kimi səciyyələndirilən aqroparkların çox böyük mənası varbu səbəbdən də aqroparkların sayının artırılması vacib şərtlərdən biridir:Bir daha demək istəyirəm ki, bu, ölkə üzrə birinci belə aqroparkdır. Növbəti açılış yəqin ki, Şəmkir rayonunda olacaq. Orada da böyük aqropark tikilir. Mən göstəriş vermişəm ki, bizim müvafiq qurumlar - Prezident Administrasiyası, İqtisadiyyat, Kənd Təsərrüfatı nazirlikləri birgə işləsinlər. Çünki belə aqroparkların sayı ən azı 10-a çatmalıdır. Belə olan halda, biz heyvandarlıqla, südçülüklə bağlı bütün problemləri tamamilə həll edərik”.

Dövlət başçısı vurğulayıb ki, hökumətin iqtisadi inkişafla bağlı prioritetləri bəllidir. Bu gün ölkəmizdə qeyri-neft sektoru inkişafdadır və iqtisadiyyatın təxminən 70 faizini təşkil edir. Bu da çox böyük nailiyyətdir. Bu, o deməkdir ki, Azərbaycan artıq neft amilindən asılılığını azaldır və getdikcə ümumi daxili məhsulda qeyri-neft sektorunun çəkisi artacaq.

Prezident İlham Əliyevin dediyi kimi, bu gün müasir aqrokomplekslərin yaradılması qarşıya qoyulan məqsədə çatmaq üçün yeni imkanlar yaradır. Yeni aqroparkların yaradılması ölkənin ixrac coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə də istehsalçı-emalçı-istehlakçı münasibətlərinin formalaşmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin açılmasında əhəmiyyətli rol oynayacaq.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2016.- 25 sentyabr.- S.4.