Beynəlxalq müşahidəçilər referendumun şəffaf və demokratik keçdiyini bəyan etdilər

Sentyabrın 26-da Azərbaycan sabit inkişafına xidmət edəcək və ona yeni töhfələr verəcək Konstitusiya dəyişikliklərinə getdi. Kifayət qədər şəffaf mühitdə baş tutan səsverməni prosesi izləyən beynəlxalq müşahidəçilər də yüksək qiymətləndirdilər. Məlumat üçün qeyd edək ki, referendum günü səsvermənin gedişini Avropa Şurası Parlament Assambleyasının, MDB Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının müşahidə missiyaları, Böyük Britaniya, İtaliya, Türkiyə, Fransa, Avstraliya və digər dövlətlərin parlamentariləri, xarici ölkələrin ali seçki qurumlarının nümayəndə heyətləri və digərləri daxil olmaqla 18 beynəlxalq qurumdan 117 beynəlxalq müşahidəçi izləyib.

AŞPA nümayəndə heyəti:

Referendum milli qanunvericiliyə uyğun keçirilib

Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda keçirilmiş referendumla bağlı qiymətləndirmə missiyasının rəhbəri Aleksandr Nikoloski heyətin ilkin rəyini açıqlayarkən deyib: “Biz Azərbaycan xalqını sakit keçən səsvermə günü ilə bağlı təbrik etmək istəyirik. AŞPA nümayəndə heyəti belə nəticəyə gəlib ki, referendum milli qanunvericiliyə uyğun keçirilib. Azərbaycan Konstitusiyası qanuni legitim hesab olunur. Səsvermə prosesi yaxşı təşkil olunub, şəffaf, səmərəli sakit keçib. Səslərin sayılması zamanı ciddi pozuntular qeydə alınmayıb. Biz Azərbaycan xalqının iradəsinə hörmətlə yanaşırıq. Referendumun nəticələri Azərbaycan xalqının iradəsini əks etdirir”.

Avropa Seçkilərin Müşahidəsi Akademiyası:

Səsvermə prosesi peşəkarcasına mütəşəkkil aparılıb

Avropa Seçkilərin Müşahidəsi Akademiyası (ASMA) müşahidə missiyası Azərbaycanda Konstitusiyaya əlavə dəyişikliklərlə bağlı referendumun beynəlxalq standartlara uyğun keçirildiyini bildirib.

Müşahidə missiyasının rəhbəri, Malta parlamentinin spikeri Ancelo Farruca deyib ki, bu referendum səsvermənin ədalətli azad keçirilməsini təmin edən Azərbaycan qanunvericiliyinə əsasən keçirilib: “Beynəlxalq müşahidəçilər səsvermə bülletenində təklif edilən 29 düzəlişin hər biri barədə ayrı-ayrılıqda seçicilərin fikrinin soruşulmasını müsbət qarşılayırlar. ASMA müşahidəçiləri referendum günü Bakıda onun ətrafında təxminən 20 dairə üzrə müşahidə aparıblar. Referendum dinc keçib, səsvermə məntəqələrinə sərbəst maneəsiz giriş olub. Yerli orqanların polisin seçki prosesinə müdaxiləsi müşahidə edilməyib. Seçicilərin qeydiyyatı ilə bağlı problemlər olmayıb. Səsvermə gizli keçirilib bununla bağlı problem müşahidə edilməyib. Barmaqların mürəkkəblənməsi prosesi düzgün qaydada aparılıb”.

Ancelo Farruca qeyd edib ki, ümumilikdə, səsvermə prosesi beynəlxalq standartlara müvafiq olaraq, təyinatlı heyət tərəfindən peşəkarcasına mütəşəkkil aparılıb: “Səsvermə məntəqələrinin əksəriyyətində xeyli sayda yerli müşahidəçi iştirak edirdi ki, bu da vətəndaş cəmiyyətinin həqiqi öhdəliyinin göstəricisi idi. Səsvermə məntəqəsində səslərin sayılması açıq şəffaf keçib. Müşahidəçilər səslərin sayılmasını tam izləyib heç bir problem qeydə alınmayıb. Biz nəticələrlə bağlı rəsmi protokolların surətinin müşahidəçilərə paylanması faktını təqdirəlayiq hesab edirik. Hər seçki məntəqəsinin nəticəsi təyinatlı qutuda möhürlənərək dairə səviyyəsində mərkəzi qərargaha göndərildi”.

“Opinion Way” Tədqiqatlar İnstitutu:

Səsvermə çox yüksək səviyyədə təşkil olunmuşdu

Fransanın “Opinion Way” Tədqiqatlar İnstitutunun rəsmisi Bruno Janbart qeyd edib ki, səsvermə çox yüksək səviyyədə təşkil olunmuşdu. O bildirib ki, referendumda Konstitusiyaya təklif olunan 29 əlavə dəyişiklik 4 blok üzrə “exit-poll”a çıxarılmışdı: “Birinci blokda təhlükəsizlik müdafiə məsələləri ilə bağlı təkliflər var idi. Bu blok üzrə vətəndaşların 89,3 faizibəli”, 10,7 faizixeyrcavabı verib. İkinci blokda icra hakimiyyətinin strukturu səlahiyyətlərinə aid təkliflər var idi. Tədqiqatın nəticələrinə görə, bu təkliflərə seçicilərin 88,9 faizibəli”, 11,1 faizixeyrdeyib. Üçüncü blokda insan hüquq azadlıqlarının təminatı ilə bağlı təkliflər yer alıb. Bu blok üzrə seçicilərin 90,1 faizibəli”, 9,9 faizixeyrdeyib.

Seçkili təyinatlı vəzifələr üçün yaş məhdudiyyətlərinin ləğv edilməsi ilə bağlı təkliflər dördüncü qrupda idi. “Exit-poll”un nəticələrinə görə, bu blok üzrə təklif olunan dəyişiklik əlavələrə seçicilərin 88,8 faizibəli”, 11,2 faizixeyrcavabı verib”. Bu rəqəmlər Mərkəzi Seçki Komissiyasının açıqladığı məlumatlara çox yaxındır.

MDB İcraiyyə Komitəsi:

Referendumun nəticələri Azərbaycan xalqının iradəsini əks etdirir

MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev Rusiya mətbuatına verdiyi açıqlamasında qeyd edib ki, Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumun nəticələri bu ölkənin xalqının real iradəsini əks etdirir: “Referendumun nəticələri göstərir ki, Azərbaycan xalqı Konstitusiyaya dəyişiklikləri dəstəkləyir. MDB müşahidə missiyası referendumun qanuni, şəffaf, demokratik keçirildiyini bildirir”.

Avropa Xalq Partiyası:

Ümumxalq səsverməsi ən mütərəqqi beynəlxalq standartlara cavab verib

Avropa Xalq Partiyasının vitse-prezidenti David Mario qeyd edir ki, Konstitusiyaya təklif edilən dəyişikliklər əlavələrlə bağlı keçirilən ümumxalq səsverməsi azad, sərbəst ən mütərəqqi beynəlxalq standartlara cavab verib. Səsvermə Azərbaycan xalqının iradəsini mütləq şəkildə əks etdirib. Onun sözlərinə görə, Avropa Xalq Partiyası ümumxalq səsverməsində Mərkəzi Seçki Komissiyasının dəvəti əsasında müşahidəçi qismində iştirak edib. Vitse-prezident deyib ki, səsvermədə Azərbaycan vətəndaşları təklif olunan 29 dəyişiklik əlavəyə müstəqil şəkildə münasibətlərini bildiriblər: “Partiya üzvləri gün ərzində ölkə ərazisindəki müxtəlif seçki məntəqələrində səsvermənin gedişini izləyiblər. Müşahidələr beynəlxalq standartlara tam uyğun aparılıb”.

Avropa İttifaqının Regional Komitəsi:

Referendum tam şəffaf şəraitdə keçib

Avropa İttifaqının (Aİ) Regional Komitəsinin müşahidə qrupunun rəhbəri, Finlandiyadan olan Paulina Haijanen bildirib ki, müşahidə qrupu səfər öncəsi referenduma çıxarılan Konstitusiya dəyişikliklərinin məzmununu araşdırıb, sentyabrın 26-da ümumxalq səsverməsi günü 2 seçki dairəsinin 10 seçki məntəqəsində səsvermə prosesinin müşahidəsini aparıb. Qrup apardığı araşdırmalar müşahidələr əsasında referendumun keçirilməsinin suveren Azərbaycan dövlətinin səlahiyyətlərinə aid bu barədə qərarın verilməsinin milli qanunvericiliyə uyğun olduğu qənaətinə gəlib. Həmçinin referenduma çıxarılan məsələlər ölkədə idarəetmə sisteminin gücləndirilməsinə, insan hüquqlarının müdafiəsinin rəsmiləşdirilməsinə xidmət edir.

P.Haijanen qeyd edib ki, qrupun üzvləri olduqları məntəqələrdə çoxsaylı müşahidəçilərin səsvermə prosesinin gedişini müşahidə etdiklərinin şahidi olublar: “Səsvermə prosesi texniki təşkilati baxımdan çox yaxşı təşkil edilmişdi. Məntəqələrdə seçici fəallığı yüksək idi səsvermə prosesi dinc şəraitdə keçdi. Hər hansı bir zərurət olmadan polisin ya yerli icra hakimiyyəti orqanının nümayəndələrinin seçki məntəqələrinə daxil olmalarını səsvermə prosesinə müdaxilə etmələrini görmədik. Səs verənlər müstəqil heç bir kənar müdaxilə olmadan səsvermə prosesində iştirak edərək öz iradələrini bildirdilər. Müşahidə qrupu belə bir qənaətə gəlib ki, sentyabrın 26-da Konstitusiyaya dəyişikliklərlə bağlı referendum tam şəffaf şəraitdə keçib. Referendumun nəticələri Azərbaycan xalqının öz iradəsini müstəqil azad şəkildə ifadə etdiyini göstərir”.

 

Avropa Strateji Kəşfiyyat Təhlükəsizlik Mərkəzi:

Ümumxalq səsverməsi Azərbaycanda siyasi sabitliyin zəmanətidir

Avropa Strateji Kəşfiyyat Təhlükəsizlik Mərkəzinin (ASKTM) vitse-prezidenti Villyam Rasimora ölkəmizdə keçirilən ümumxalq səsverməsini Azərbaycanda siyasi sabitliyin zəmanəti kimi dəyərləndirib. Diqqətə çatdırıb ki, Konstitusiyaya ediləcək əlavə dəyişikliklər vətəndaş azadlıqlarını gücləndirəcək demokratiyanı müdafiə edəcək. Bu yeni mərhələdə ölkədə fərqli institutların sabitliyi təmin ediləcək.

V.Rasimora vurğulayıb ki, Avropa İttifaqının tərəfdaşı olan bir ölkədə siyasi sabitliyin hökm sürməsi vətəndaş azadlıqlarının qorunması beynəlxalq əlaqələrin inkişafının mühüm elementidir. O deyib: “Müşahidə apardığımız bütün məntəqələrdə səsvermənin ədalətli düzgün keçirildiyinin şahidi olduq. Səslərin hesablanması zamanı heç bir qanun pozuntusuna rast gəlmədik. Hesab edirik ki, referendum Azərbaycan vətəndaşlarının gözləntilərini doğruldub. Digər tərəfdən, referendum günü ölkədə ümumi vəziyyətin sakit olduğunu müşahidə etdik”.

“AJF Associates & İNC” təşkilatı:

Xalq Konstitusiyaya dəyişikliklərin tərəfdarı olduğunu nümayiş etdirdi

ABŞ-ın “AJF Associates & İNC” təşkilatının prezidenti Corc Bornbaum bildirir ki, onlar tərəfindən əvvəlcədən püşkatma metodu ilə seçilmiş 100 seçki dairəsindəki 450 məntəqədə “exit-pollkeçirilib. Respondentlər sorğu prosesinə təsadüfi seçmə metoduna əsasən cəlb ediliblər. Dünya üzrə 20-dən artıq ölkədə seçkiləri müşahidə etdiklərini bildirən Corc Bornbaum Azərbaycanda keçirilən referendumun peşəkarlıqla təşkil olunduğunukeçirildiyini yüksək dəyərləndirərək vurğulayıb: “Referendum günü səs verən 32 min 400 nəfər arasında “exit-pollkeçirdik. “Exit pollkeçirdiyimiz məntəqələrdə seçicilərin 88,9 faizi səsvermədə fəal iştirak edib. Onlar referendumda səsverməyə çıxarılan məsələlərə “hə” deyərək, dəyişikliklərin tərəfdarı olduqlarını vurğulayıblar. Azərbaycan Respublikası ərazisində təhlükəsizliyin və müdafiənin, insan haqlarının təmin olunması ilə bağlı təkliflər müsbət qarşılanıb. Sosial təminat ilə bağlı təkliflərə isə seçicilərin 86,5 faizi müsbət cavab verib. Konstitusiya ilə bağlı dəyişikliklərə dəstək verənlərin sayı daha çox olub. “Exit poll”a cəlb olunan seçicilərin 90 faizi referenduma çıxarılan məsələlərədeyib”.

Elçin CƏFƏROV,

Azərbaycan.-2016.- 29 sentyabr.- S.6.