Myanma İttifaqı Respublikasının Prezidenti Zati-aliləri cənab Theyn Seynə

 

Hörmətli cənab Prezident,

Myanma İttifaqı Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Myanma xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 30 dekabr 2015-ci il.

 

Azərbaycan. - 2016.- 6 yanvar.- S.1.