Azərbaycanın pravoslav xristian icmasına

 

Hörmətli həmvətənlər!

Sizi, eyni zamanda, Azərbaycanın bütün xristian icmasını müqəddəs Milad bayramı münasibətilə ürəkdən təbrik edir, bu əziz gündə hər birinizə ən səmimi arzu diləklərimi yetirirəm.

Bu gün dünyada nümunəvi tolerantlıq örnəyi, sivilizasiyalararası mədəniyyətlərarası dialoq məkanı kimi tanınan Azərbaycanda tarixən dinlər əmin-amanlıq, qarşılıqlı hörmət etimad şəraitində fəaliyyət göstərmiş, fərqli mədəniyyətlərin təmsilçiləri olan ayrı-ayrı xalqlar etnik icmalar ümumi Vətən sevgisi, Azərbaycançılıq məfkurəsi ətrafında sarsılmaz birlik həmrəylik nümayiş etdirmişlər.

Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması, multikulturalizmin dəstəklənməsi təşviq edilməsi müasir mərhələdə həyata keçirdiyimiz dövlət siyasətinin başlıca məqsədlərindən biridir. Ölkəmizdə yaşayan müxtəlif xalqlara öz milli-mənəvi dəyərlərini, dini etiqadını, adət-ənənələrini qoruyub saxlamaq, dil mədəniyyətini inkişaf etdirmək üçün demokratik şərait təmin edilmişdir. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, bu gün cəmiyyətimizin ayrılmaz üzvləri olan xristian etiqadlı həmvətənlərimiz millətlərarası dinlərarası münasibətlərə öz layiqli töhfələrini verərək ictimai-siyasi həyatın bütün sahələrində yaxından iştirak edirlər.

Əziz dostlar!

İsa peyğəmbərin mübarək mövludu ilə əlamətdar olan hər il Azərbaycanda xüsusi coşqu ilə qeyd edilən Milad bayramı özündə yeniliyi, əmin-amanlığı, mərhəmət şəfqət duyğularının təntənəsini təcəssüm etdirir. Qoy bu əziz gün ailələrinizə xoşbəxtlik, süfrələrinizə bərəkət gətirsin.

Bayramınız mübarək olsun!

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 yanvar 2016-cı il.

 

Azərbaycan. - 2016.- 6 yanvar.- S.1.