Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 404                                    Bakı şəhəri, 29 dekabr 2015-ci il

 

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin vəsaitlərinin istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 14 may tarixli 75 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan bəzi qurumların əsasnamələrinin təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin vəsaitlərinin istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 14 may tarixli 75 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 5, maddə 545; 2008, ¹ 2, maddə 105; 2014, ¹ 2, maddələr 201, 208) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında, preambulasında 1-ci hissəsindəAzərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət AgentliyininsözləriAzərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətininsözləri ilə əvəz edilsin.

2. Həmin qərarla təsdiq edilmişAzərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin vəsaitlərinin istifadəsi Qaydalarıüzrə:

2.1. adındaAzərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət AgentliyininsözləriAzərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətininsözləri ilə əvəz edilsin;

2.2. 1.1-ci bənddə “2005-ci il 20 aprel tarixli 226 nömrəli fərmanı ilə təsdiq edilmişAzərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”yəsözləri “2015-ci il 23 iyul tarixli 571 nömrəli fərmanı ilə təsdiq edilmişAzərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti haqqında Əsasnamə”yəsözləri ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin (bundan sonra - Agentlik)” sözləriAzərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin (bundan sonra - Dövlət Xidməti)” sözləri ilə əvəz edilsin;

2.3. 1.4-cü bəndin birinci cümləsindəKənd Təsərrüfatı Kreditləri üzrə Dövlət AgentliyininsözləriKənd Təsərrüfatı Layihələri Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətininsözləri ilə əvəz edilsin;

2.4. 1.2-ci bənddə,1.3-cü bənddə (hər iki halda), 1.4-cü bənddə (hər üç halda), 1.5-ci bənddə (hər üç halda), II hissənin adında birinci abzasında, 3.1-ci, 3.4-cü bəndlərdə, 3.5-ci bənddə (hər üç halda), 3.6-cı bənddə (hər iki halda), 4.1-ci bənddə, 4.3-cü bənddə (hər dörd halda), 5.4-cü bənddə (hər iki halda), 6.1-ci bənddə (hər iki halda), 6.2-ci 6.3-cü bəndlərdə ismin müvafiq hallarındaAgentliksözü ismin müvafiq hallarındaDövlət Xidmətisözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan. - 2016.- 7 yanvar.- S.1.