Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 408                                    Bakı şəhəri, 29 dekabr 2015-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il  14 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq edilmişAzərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası onlar üçün ehtiyat hissələrinin komisyon satışı Qaydaları”nda dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan bəzi qurumların əsasnamələrinin təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 14 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq edilmişAzərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası onlar üçün ehtiyat hissələrinin komisyon satışı Qaydaları”nın 2.2-ci bəndindənazirliyinin dövlət texniki nəzarət orqanlarındasözləriNazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi tərəfindənsözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan. - 2016.- 7 yanvar.- S.2.