13 ölkəyə 18 səfər

 

Azərbaycan Prezidentinin xarici dövlətlərə, beynəlxalq təşkilatlara səfərləri ötən ilintensiv və səmərəli olub

 

Prezident İlham Əliyevin ötən il ərzində xarici ölkələrə etdiyi səfərlər Azərbaycanın xarici siyasətinin kifayət qədər uğurlu, düşünülmüş və çoxşaxəli olduğunu, dövlətimizin və xalqımızın maraqlarına layiqli xidmətini göstərir. Hər bir səfər Azərbaycanın ayrı-ayrı dövlətlərlə, təşkilatlarla ikitərəfli və çoxtərəfli əlaqələrinin genişlənməsinə, ölkəmizin haqq səsinin dünyada eşidilməsinə imkan verdi.

Prezident İlham Əliyev ötən il ilk xarici səfərini Türkiyə Respublikasına edib. Yanvarın 14-də Türkiyəyə dövlət səfəri edən Prezident İlham Əliyev bu ölkənin başçısı Rəcəb Tayyib Ərdoğan, Baş naziri Əhməd Davudoğlu ilə görüşüb. Görüşlərdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Həmçinin iki ölkənin birgə həyata keçirdiyi layihələrin əhəmiyyətinə toxunulub, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin önəmi vurğulanıb, Azərbaycan-Türkiyə əlaqələrinin regional əməkdaşlığın gücləndirilməsinə töhfə verdiyi qeyd edilib. Görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi diqqətə çatdırılıb. Hər iki ölkənin rəhbərləri Azərbaycan ilə Türkiyə arasında münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildiriblər. Səfər çərçivsində yanvarın 15-də Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclası keçirilibbir neçə sənəd imzalanıb.

Yanvarın 20-də Prezident İlham Əliyev Almaniya Federativ Respublikasına işgüzar səfər edib. Həmin gün dövlət başçısı Almaniya-Azərbaycan Forumunun üzvləri, Almaniya Bundestaqının Xristian DemokratlarXristian Sosialistlər, Sosial Demokratlar və Yaşıllar partiyalarından olan deputatları, Bundestaqda fəaliyyət göstərən komitələrin rəhbərləri və üzvləri, xarici işlər üzrə federal nazir Frank-Valter ŞtaynmayerMünxen Beynəlxalq Təhlükəsizlik Konfransının sədri Volfqanq Fredrik İşinger ilə görüşüb.

Yanvarın 21-də isə Prezident İlham Əliyevin Almaniya Kansleri Angela Merkellə görüşü olub. Kansler Angela Merkel bu səfərin ikitərəfli münasibətlərin perspektivlərinin müzakirəsi üçün önəmli olduğunu dəyərləndirib. Almaniyanın Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsinə maraq göstərdiyini deyən Kansler ölkəmizin Avropanın enerji təminatının şaxələndirilməsində, TAP, TANAP kimi nəhəng enerji layihələrinin həyata keçirilməsində mühüm rol oynadığını bildirib.

Almaniya səfərini başa vuran Prezident İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 21-də İsveçrəyə işgüzar səfər edib. Ölkəmizin başçısı burada ayrı-ayrı ölkələrin prezidentləri, baş nazirləri, beynəlxalq təşkilatların və tanınmış şirkətlərin rəhbərləri ilə görüşüb. Prezident İlham Əliyevin İsveçrə Prezidenti Simonetta Sommaruqan, Monako Şahzadəsi II Albert, İsrailin sabiq prezidenti Şimon Peres, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç, Dünya İqtisadi Forumunun sədri Klaus Şvab, İran İslam Respublikasının Prezidenti Administrasiyasının rəhbəri Məhəmməd Nəhavəndian, “Airbus Group International” şirkətinin direktoru Jan-Pyer Talamoni, “Swiss Re Global Partnership” şirkətinin sədri Martin Parker, Rusiya “Sberbank”ının sədri German Qref, Niderlandın “Damen Shipyards Group” şirkətinin sədri Kommer Damen, “Soros Fondunun təsisçisi Corc Soros, BP şirkətinin baş icraçı direktoru Robert Dadli, “Gaz de France Suez” şirkətinin baş icraçı direktoru Jan-Lui Şossad ilə görüşləri ölkəmizin ikitərəfli əlaqələrinin inkişafı, dünyanın tanınmış şirkətlərinin Azərbaycanla əməkdaşlığı baxımından səmərəli olub.

Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün fevralın 5-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Almaniyaya işgüzar səfər ediblər. 51-ci Münhen Təhlükəsizlik Konfransı ölkəmiz üçün aktual məqamlarla yadda qaldı. Belə ki, konfrans çərçivəsində “Şaxələndirmə strategiyaları” mövzusunda keçirilən “dəyirmi masa” Azərbaycanın enerji təhlükəsizliyi məsələsində oynadığı rolu bir daha nümayiş etdirdi.

Enerji təhlükəsizliyi məsələsini milli təhlükəsizlik məsələsindən ayrı müzakirə etmək olmaz. Enerji siyasəti ilə bağlı məsələlər milli maraqlara və Avropanın bizim regionda qlobal siyasi xəritəsinə sıx bağlıdır”-deyən Prezident İlham Əliyev “dəyirmi masada çıxışında Azərbaycanın enerji təhlükəsizliyində oynadığı roldan, təbii qazın istehlakçılara çatdırılması üçün nəql marşrutlarının şaxələndirilməsi istiqamətində görülən işlərdən danışdı, həmçinin bu məsələdə Avropa dövlətlərinin üzərinə düşən vəzifələri bir daha onların diqqətinə çatdırdı.

Prezident İlham Əliyevin Münxendə Avropa Şurasının baş katibi Torbyorn Yaqland, Serbiyanın Baş naziri Aleksandr Vuçiç, Fransa müdafiə naziri Jan-İv Drian, Makedoniya Prezidenti George İvanov, Finlandiya Prezidenti Sauli Niinistön, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşlərində əməkdaşlıq əlaqələri ilə bağlı fikir mübadilələri aparıldı.

Son illərdə Azərbaycanın əlaqələrinin inkişaf etdiyi ölkələrdən biri də Bolqarıstandır. Prezident İlham Əliyevin bu il mart ayında Bolqarıstana rəsmi səfəri bu münasibətlərin gələcək inkişafına böyük töhfələr verdi. Martın 3-dən 5-dək davam edən səfər ikitərəfli münasibətlərin müxtəlif aspektlərini müzakirə etmək və yeni əməkdaşlıq tellərinin qurulması baxımından mühüm əhəmiyyət kəsb etdi. Prezident İlham Əliyevin Bolqarıstanın Prezidenti Rosen Plevneliyev, Baş naziri Boyko Borisov ilə görüşlərində ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, humanitar, mədəni və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi, yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulandı.

Azərbaycan Prezidenti İlham Əliyev martın 5-də Müqəddəs Taxt-Taca - Vatikana rəsmi səfərə gəlib. Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Katolik Kilsəsinin rəhbəri Papa Fransiski ilə görüşündə Azərbaycan ilə Vatikan arasında ikitərəfli əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə edildi, münasibətlərin yaxşı perspektivlərinin olduğu, Vatikanın Azərbaycan ilə əlaqələrə yüksək qiymət və mühüm əhəmiyyət verdiyi vurğulandı.

Martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda Transanadolu qaz boru kəməri - TANAP-ın təməlinin qoyulması münasibətilə təntənəli mərasim keçirilib. Həmin gün Prezident İlham Əliyev Qars şəhərinə işgüzar səfər edib. Burada Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə ölkələrimiz arasında strateji tərəfdaşlıq, dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Türkiyədə təməli qoyulan TANAP layihəsinin əhəmiyyəti vurğulanıb, əlaqələrin genişləndirilməsində yüksək səviyyəli görüşlərin rolu qeyd edilib.

Hazırda Azərbaycanın əlaqələrinin daha da gücləndiyi və yaxından əməkdaşlıq etdiyi ölkələrdən biri də Səudiyyə Ərəbistanı Krallığıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın aprelin 5-7-də Səudiyyə Ərəbistanı Krallığına etdikləri rəsmi səfər bir daha göstərdi ki, iki ölkə arasında əlaqələr tarixən bağlı olduğumuz mənəvi dəyərlərdən, dostluqdan irəli gələrək inkişaf edir. Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin Ər-Riyadda hava limanında İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud tərəfindən qarşılanması Azərbaycan dövlətinə və onun rəhbərinə göstərilən böyük ehtiramın göstəricisi idi.

Aprelin 24-də Prezident İlham Əliyev Türkiyə Respublikasına işgüzar səfər edib. Dövlət başçısı Çanaqqala zəfərinin 100 illiyi münasibətilə keçirilən təntənəli mərasimdə iştirak edib. Mərasimə 21 dövlətin başçısı, 70-dən çox ölkədən rəsmi şəxslər, beynəlxalq təşkilatların nümayəndələri qatılıblar.

Mayın 8-də isə Prezident İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfər edib. Dövlət başçısı və xanımı Mehriban Əliyeva 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibətilə keçirilən bayram tədbirlərində iştirak ediblər.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Milan Expo 2015” Beynəlxalq sərgisində Azərbaycan pavilyonunun açılışında iştirak etmək üçün iyulun 8-də İtaliya Respublikasına işgüzar səfər ediblər. Səfər çərçivəsində dövlət başçısı İlham Əliyev İtaliyanın Prezidenti Sergio MattarellaBaş naziri Matteo Renzi ilə görüşüb. Görüşlərdə iqtisadi, siyasi, mədəni əlaqələrin daha da genişləndirilməsi, ikitərəfli münasibətlərimizin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çərçivəsində möhkəmləndirilməsi baxımından önəmi vurğulandı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammitində iştirak etmək üçün sentyabrın 10-da Qazaxıstana işgüzar səfər edib. Səfər zamanı Prezident İlham Əliyev Qazax xanlığının 550 illik yubileyi münasibətilə Astanadakı Müstəqillik sarayında keçirilən təntənəli mərasimdə iştirak edib. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ilə görüşdə isə dövlət başçıları ortaq tarixi, mədəniyyəti, milli maraqları olan ölkələrimiz arasında əlaqələrin perspektivlərinin daha da geniş olduğunu qeyd etdilər və mövcud potensialdan səmərəli istifadə edilməsində belə tədbirlərin xüsusi önəm daşıdığını vurğuladılar.

Oktyabrın 16-da Qazaxıstan Respublikasının Akmola vilayətinin Burabay qəsəbəsində Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının növbəti iclası keçirilib. İclasda iştirak etmək üçün Prezident İlham Əliyev oktyabrın 15-də bu ölkəyə işgüzar səfər edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Gürcüstana rəsmi səfər edib. Bu ölkənin Prezidenti Giorgi Marqvelaşvili, parlament sədri David UsupaşviliBaş nazir İrakli Qaribaşvili ilə görüşlərdə ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrimizin uğurla inkişaf etdiyi bildirilib. Energetika, infrastruktur, nəqliyyat və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb. Söhbətlər zamanı ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, Azərbaycan Prezidentinin rəsmi səfərinin əlaqələrin genişləndirilməsi baxımından önəmi vurğulanıb. Səfər zamanı Prezident İlham Əliyev Gürcüstanın keçmiş Baş naziri Bidzina İvanişviliGürcüstan Pravoslav Kilsəsinin Patriarxı II İliya ilə də görüşüb.

“G20” inkişaf etmişinkişaf etməkdə olan ölkələrlə qlobal iqtisadiyyat məsələlərinin birgə müzakirəsi üçün formalaşıb. Ötən ilin noyabr ayında Antalyada keçirilən “G20” sammitinin gündəliyinə qlobal iqtisadiyyat məsələləri ilə yanaşı, terrorçuluğa qarşı mübarizə, qaçqın problemi kimi aktual mövzular da daxil edilmişdi. Sayca onuncu dəfə keçirilən bu sammitdə Azərbaycan xüsusi dəvətli qonaq statusunda təmsil olunurdu. Tədbirin ənənəsinə görə, toplantıya evsahibliyi edən ölkə tərəfindən fəxri qonaq dəvət edilir. Türkiyə isə fəxri qonaq qismində Azərbaycanı seçmişdi.

Sammit çərçivəsində terrorizmə qarşı mübarizə və qaçqınlar böhranı mövzusunda aparılan müzakirələrdə çıxış edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan beynəlxalq terrorizmlə mübarizədə fəal iştirak edir, Əfqanıstanda koalisiya qüvvələrinin işinə qoşulan ilk ölkələrdən biri olub. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan özü terrorizmdən əziyyət çəkən ölkələrdəndir və bu terrorizm Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin tərkib hissəsidir.

Prezident İlham Əliyev “Böyük İyirmiliyin Antalya sammiti çərçivəsində keçirilən işçi naharda da çıxış edib. Dövlət başçısı çıxışında Azərbaycan ilə Türkiyə arasında uğurla reallaşdırılan mühüm energetika və digər layihələrin yalnız region deyil, dünya miqyasında da böyük əhəmiyyətə malik olduğunu bildirib. Bu baxımdan “Cənub” qaz dəhlizi layihəsinin Avropanın enerji təhlükəsizliyinin təmin olunması işində önəmini vurğulayaraq, bu layihənin həyata keçirilməsində koordinasiyanın gücləndirilməsinin önəmini vurğulayıb.

Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva UNESCO baş konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirak etmək üçün Fransaya işgüzar səfər ediblər.

Forumda çıxış edən dövlət başçısı ölkəmizin UNESCO-nun fəal üzvü kimi bəşəri dəyərlərin təşviqinə öz töhfəsini verdiyini deyib və Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin Ermənistan tərəfindən işğalının bu günə kimi davam etdiyini diqqətə çatdırıb.

Noyabrın 27-də Prezident İlham Əliyev Belarusa rəsmi səfər edib. Belarus Prezidenti Aleksandr Lukaşenko ilə təkbətək görüşdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti ilə Belarus Respublikası Prezidentinin Birgə Bəyannaməsi, “Azərbaycan Respublikası və Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq” haqqında müqavilə, “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu ilə Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq” haqqında Protokol və “Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə Belarus Milli Elmlər Akademiyası, Belarus Respublikası Fundamental Tədqiqatlar Fondu arasında əməkdaşlıq haqqında” Saziş imzalanıb.

Azərbaycanla sıx əlaqələri olan ölkələrdən biriÇindir. Azərbaycan Prezidentinin dekabr ayında bu ölkəyə etdiyi səfər ikitərəfli əlaqələrdə yeni səhifə açıb. Səfər zamanı Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpin, Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri (parlament sədri) Can Decian, ÇXR Dövlət Şurasının Baş naziri Li Keçyan və digər rəsmi şəxslərlə görüşüb. Görüşlər zamanı Prezident İlham Əliyev qeyd edib ki, Çinə dövlət səfərinin nəticələri iki ölkəni bir-birinə daha da yaxınlaşdıracaq. Azərbaycanın Çin ilə bütün istiqamətlərdə əlaqələri inkişaf etdirmək niyyətində olduğunu deyən Prezident İlham Əliyev iqtisadi sahədə də əməkdaşlıq üçün yaxşı potensialın olduğunu vurğulayıb, Çin şirkətlərini investor və podratçı qismində Azərbaycanda fəaliyyət göstərməyə dəvət edib.

2015-ci il ərzində Prezident İlham Əliyev 13 ölkəyə (Türkiyə - 4 dəfə, Almaniya - 2 dəfə, İsveçrə, Bolqarıstan, Vatikan, Səudiyyə Ərəbistanı, Rusiya, İtaliya, Qazaxıstan - 2 dəfə, Gürcüstan, Fransa, Belarus, Çin) 18 dəfə səfər edib. Bu səfərlər zamanı Prezident İlham Əliyev 13 ölkənin dövlət başçısı, 8 ölkənin Baş naziri ilə görüşüb. Bütün bunlar Azərbaycanın xarici siyasətinin kifayət qədər geniş, düşünülmüş və çoxşaxəli olduğunu göstərir.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan. - 2016.- 8 yanvar.- S.2.