Leyla Əliyeva uşaqları Yeni ilMilad bayramı münasibətilə təbrik edib

 

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva uşaqları Yeni ilMilad bayramı münasibətilə təbrik edib.

Leyla Əliyevanın təşəbbüsü ilə Fondun nümayəndələri 1000 kitab və şirniyyatı aztəminatlı ailələrin uşaqları və bazar günü məktəblərinin şagirdləri üçün Xilaskar İsa Kafedral Kilsəsinə veriblər.

Bayram günlərində Rusiyanın 30 regionunda uşaq evlərinin sakinləri də Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın adından Milad hədiyyələri alıblar.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan. - 2016.- 8 yanvar.- S.3.