LifeNews” telekanalı Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini məqsədyönlü şəkildə təhrif edir

 

RusiyanınLifeNewstelekanalı tərəfindən Azərbaycana qarşı qərəz, yalan böhtana əsaslanan davamlı redaksiya siyasəti yürüdülür. Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim haqqında yanvarın 8-də yayımlanmış veriliş kanalın bu qəbildən olan növbəti təxribat cəhdidir.

Bu fikirləri AZƏRTAC-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyinin internet saytında yerləşdirilmiş müvafiq xəbərdarlığa məhəl qoymayaraq, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən “LifeNews” telekanalının çəkiliş qrupu Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini, köklü səbəblərini, Ermənistanın Azərbaycana qarşı təcavüzünü və bir milyondan artıq azərbaycanlının kütləvi şəkildə etnik təmizləməyə məruz qalmasını məqsədyönlü şəkildə təhrif edir.

Mətbuat xidmətinin rəhbəri vurğulayıb ki, Rusiya Federasiyasının hüquqinformasiya məkanında fəaliyyət göstərən “LifeNewsseparatizmekstremizmi təşviq etməklə və Ermənistan-Azərbaycan münaqişəsinə dini çalarlar verməklə, ilk növbədə Rusiyanın müvafiq qanunlarının müddəalarını ciddi şəkildə pozur. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı bu cür təxribatçı fəaliyyəti ilə “LifeNews” ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiya Federasiyasının rəsmi mövqeyinə zidd siyasət yürüdür. Rusiya Federasiyası tərəfindən Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyüsuverenliyi dəstəklənir və tanınır.

LifeNews” kanalın rəhbərliyində təmsil olunan erməni lobbi dairələrinin təsiri altında bu kimi təxribatçı və jurnalist etikasından kənar fəaliyyəti ilə Rusiya ictimaiyyətini aldatmaq, dostqonşu dövlət kimi Azərbaycan və Rusiya əlaqələrinə xələl gətirmək məqsədi güdür.

Bu kanalın Azərbaycana qarşı sistematik xarakter daşıyan qərəzli fəaliyyəti barəsində Rusiya Federasiyasının müvafiq dövlət orqanlarına müraciət olunacaq. Ümid edirik ki, Rusiya Federasiyasının aidiyyəti qurumları tərəfindən “LifeNewsun bu cür təxribatçı və qanunazidd əməlləri barəsində lazımi tədbirlər görüləcək.

 

Azərbaycan. - 2016.-9 yanvar.- S.1.