BDU-da beynəlxalq elmi konfrans keçirilib

 

Bu ali təhsil ocağının yaradılmasının 100 illik yubileyinə hazırlıq tədbirinə 180-dən artıq əcnəbi yerli alim qatılıb

 

Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutundaFizikanın Müasir Problemlərisilsiləsindən IX elmi konfrans keçirilib. ABŞ, Rusiya, Yaponiya, İsveçrə, Almaniya, Polşa, Balkan ölkələri, Türkiyə, Pakistan Gürcüstanın aparıcı universitet institutlarının mütəxəssislərinin iştirak etdiyi tədbirə 180-dən çox alim qatılıb.

Təşkilat komitəsinin sədri, BDU-nun rektoru Abel Məhərrəmov tədbir iştirakçılarına Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun tarixi, həmçinin 10 il ərzində qazanılan nailiyyətlər barədə məlumat verib. O bildirib ki, Fizika Problemləri İnstitutunun BDU-nun Fizika fakültəsinin əməkdaşlarının bir sıra xarici ölkə alimləri ilə birgə bu konfransda müzakirə etdikləri problemlər olduqca aktualdır.

Rusiyanın Kurçatov İnstitutu Tədqiqat Mərkəzinin Yüksək Enerjilər Fizikası İnstitutunun Nəzəri Fizika divizionunun direktoru, professor V.A.Petrov, Almaniyanın Maks Plank İnstitutunun direktoru, professor Georgiy Dvali tərəfindən konfransın ünvanına təbrik məktublarının daxil olması tədbirin mühüm əhəmiyyət daşıdığını bir daha təsdiqləyir.

Konfransın əsas təşkilatçılarından olan professor Rauf Cəfərov çıxışında bildirib ki, BDU-da keçirilən beynəlxalq konfransın iclasları həm ənənəvi auditoriya şəraitində, həm onlayn rejimdə təşkil edilmişdi: “...İnstitutda, tərkibində 30-dan artıq fəlsəfə elmlər doktoru olmaqla, 58 əməkdaş çalışır ki, onların da əksəriyyəti BDU-nun tədris prosesində fəal iştirak edirlər. BDU-nun rəhbərliyinin təşəbbüsü ilə keçirilən tədbirlər elmi innovasiyalar nəticəsində son illər institutun əməkdaşları 2 minə qədər beynəlxalq respublika səviyyəli jurnallarda elmi məqalə (o cümlədən, Tomson-Reyters Agentliyi tərəfindən indekslənən jurnallarda 130-dan artıq məqalə) çap etdirib. Bu tip konfranslarda mindən yuxarı (o cümlədən, beynəlxalq səviyyəli konfranslarda 500-dən çox) məruzə dinlənilib. Qısa müddət ərzində 5 fəlsəfə, 5 elmlər doktoru dissertasiyaları müdafiə olunub. Ümumi dəyəri 1 milyon manatdan artıq beynəlxalq respublika səviyyəli, o cümlədən universitetdaxili 25-dən çox qrant layihədən gəlir əldə edilib. İnstitutun əməkdaşları BDU-da digər ali təhsil müəssisələrinin pedaqoji işində fəallıq göstərməklə yanaşı, dünyanın bütün qabaqcıl ölkələrinin elmi mərkəzləri ilə əlaqələrini genişləndiriblər”.

BDU-nun 100 illik yubileyinə start tədbirləri silsiləsindən olan IX beynəlxalq konfrans bir ona görə əlamətdardır ki, burada tələbələrlə elm xadimləri birgə həm təşkilatçı olublar, həm iştirakçı. BDU-nun tələbə həmkarlar ittifaqının təşkiatçılığı, “Bakı Dövlət Universiteti üçün oxuadlı yaradıcı hərəkat çərçivəsində Cabir NovruzunTələbəlik illərişeirinə bəstələnmiş mahnının müşayiəti ilə başlayan aksiyasının estafeti gənc fiziklərə verilib. Onlar üçün fəxrdir ki, Fizika Problemləri İnstitutunun 10 illik yubileyinə həsr olunmuşFizikada Müasir DüşüncələrBeynəlxalq Konfransının işində iştirak ediblər.

 Konfransda nano-texnoloji tədqiqatlar da daxil olmaqla materiyanın fundamentini təşkil edən elementar zərrəciklərin kütlə spektrindən tutmuş, böyük partlayış nəzəriyyəsindən irəli gələn kvark-glüon plazması, Kainatda materiyanın generasiyası, gizli kütlə, kosmoloji problemlər, inflyasiya, kosmologiya yüksək enerjilər fizikasının bir sıra məsələləri digər mövzular müzakirəyə çıxarılıb. Müasir dövrün tələblərinə milli mənafelərə uyğun olaraq Abşeronun digər bölgələrin radioekoloji monitorinqi işıqlandırılaraq ekoloji problemlərə toxunulub.

Konfransda Rusiya, Türkiyə, ABŞ, Yaponiya, Almaniya, İsveçrə, Pakistan, Monteneqro, Makedoniya Polşanın aparıcı elmi müəssisələri mütəxəssislərindən 20-dək məqalə daxil olub. İnstitutun veb saytında konfrans haqqında Azərbaycan, rus ingilis dillərində materiallar yerləşdirilib. Bundan başqa tədbirdə xarici ölkələrin mütəxəssislərinin onlayn iştirakı üçün lazımi şərait yaradılıb.

Yaponiyanın Hirasimo Universitetinin qrup rəhbəri, professor Tomohiro İnaqaki, Londonun Şahzadə Meri Universitetinin gənc tədqiqatçısı Osman Ersoy, Pakistanın İslamabaddakı COMSAT Texnologiya İnstitutunun aparıcı mütəxəssisi, professor Mayis Süleymanov, Gürcüstandan professor Pavle Asatiani, Rusiyanın Dubna şəhərindəki BNTİ-nin elmi işçisi, doktor Nazim Hüseynov, professor Marina Frontasyeva, Türkiyənin Ankara Universitetindən professor doktor İman Əsgərzadə, AMEA-nın müxbir üzvü, professor Vəli Hüseynov, BDU-nun Fizika Problemləri İnstitutunun baş elmi işçisi, professor Rauf Cəfərov digərləri tədbirdə onlayn rejimdə elmi tədqiqatlarını müzakirə ediblər.

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan. - 2016.- 12 yanvar.- S. 7.