Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 2                                        Bakı şəhəri, 12 yanvar 2016-cı il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə  təsdiq edilmişAzərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması barədəAzərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 noyabr tarixli 1582 nömrəli Sərəncamının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 7, maddə 745, ¹ 10, maddə 969, ¹ 12, maddələr 1241, 1245; 2012, ¹ 3, maddə 257, ¹ 4, maddə 399, ¹ 6, maddələr 633, 634, ¹ 12, maddə 1346; 2013, ¹ 6, maddə 775, ¹ 9, maddə 1130; 2014, ¹ 1, maddə 72, ¹ 2, maddə 214, ¹ 6, maddə 751, ¹ 7, maddə 907, ¹ 9, maddə 1120; 2015, ¹ 3, maddə 336, ¹ 6, maddə 807, ¹ 8, maddə 966, ¹ 10, maddələr 1226, 1229; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 dekabr tarixli 372 nömrəli qərarı) ilə təsdiq edilmişAzərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “Ali təhsil müəssisələribölməsində aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 7-1 - 7-7-ci hissələr əlavə edilsin:

7-1.Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı

7-2.Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialı

7-3.Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı

7-4.Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialı

7-5.Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı

7-6.Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı

7-7.Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı

2. 22-33-cü hissələr ləğv edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan. - 2016.- 13 yanvar.- S.1.